Modern.az

Əfqanıstanda 14 dinc sakin öldürüldü

Əfqanıstanda 14 dinc sakin öldürüldü

23 May 2019, 20:37

Əfqanıstana son iki gündə endirilən hava zərbələri nəticəsində 14 dinc sakin ölüb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) “Twitter”dəki səhifəsində bildirilir.

 

Məlumata görə, Helmənd və Kunar əyalətlərinə endirilən iki hava zərbəsi nəticəsində ölən 14 nəfər dinc sakin arasında 5 qadın və 7 uşaq da var.

 

Məlumatda bildirilir ki, tərəflər dinc əhalinin qorunmasına dair öhdəliklərinə riayət etməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir