Modern.az

Badam südünün faydaları

Badam südünün faydaları

26 May 2019, 11:40

Badam südü dünyanın bir çox ölkəsində geniş istifadə edilir.

 

Modern.az Axşam.az-a istinadən xəbər verir ki, inək südünə allergiyası olan insanların üstünlük verdiyi bu süd eyni zamanda vitaminlərlə zəngindir və orqanizm tərəfindən tam mənimsənilir.

 

Badam südünün faydaları nələrdir?

 

- Tərkibində xolestrin olmadığı üçün ürək-damar sisteminin xəstəliklərinin qarşısını alır

- Sinir sistemi üçün çox faydalıdır - sakitləşdirir, beyinin fəaliyyətini, yaddaşı yaxşılaşdırır

- İmmuniteti artıraraq xəstəliklərdən qoruyur

- Xüsusilə, öskürək və bronxit zamanı faydalıdır

- Böyrəkdəki duzları təmizləyir 

- Maddələr mübadiləsini sürətləndirir

- Kişilərdə potensiyanı yaxşılaşdırır

 

Badam südünü necə hazırlayaq?

 

30 badam ləpəsi götürülür, üzərinə 1 stəkan qaynar su tökülür, 20 dəqiqə saxlanır, qabıqları soyulur. Ağardılmış badamı blenderə tökürük, üzərinə 100 ml qaynanmış su əlavə edirik, yaxşı əzirik. Alınmış badam südünü tənzifdən süzürük, üzərinə 200 ml inək südü əlavə edirik, qarışdırırıq. (İnək südü allergiyası olanlar əlavə etməməlidir). Südə 1 çay qaşığı bal və bıçağın ucunda darçın əlavə edirik, qarışdırırırq və içirik.

 

Badam südünü hər gün 1 stəkan olmaqla içmək olar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir