Modern.az

Ağır qəzada 9 polis yanaraq öldü

Ağır qəzada 9 polis yanaraq öldü

26 May 2019, 22:26

Misirdə baş verən ağır qəzada 9 polis yanaraq ölüb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, İsmailiyyə şəhərində hüquq-mühafizə orqanı əməkdaşlarını daşıyan “Pikap” qarşıdan gələn yük avtomobili ilə toqquşub.

 

Qəzadan sonra avtomobil dərhal yanıb və nəticədə 2-i zabit olmaqla 9 polis əməkdaşı həlak olub.

 

Hadisəyə səbəb kimi sürücülərin yol hərəkəti qaydalarına riayət etməməsi göstərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi