Arxiv
30 May 2019, 09:24 | DİASPOR
Kanadanın azərbaycanlı müğənnisi

Məlahətli səs Allah vergisidir, İlahi ərmağandır. Elə ki, ifaya çevrilir, əsəblərə sığal çəkib zövqləri oxşamağa başlayır. Ecazkar gücü ilə hər kəsi sehrləyib düşünməyə vadar edir. Bu tilsimin təsiri altında insan ruhən dincəlir, mənən saflaşır. Bir də baxıb görür ki, başqa bir aləmdədir…


Bəli, bu gün sizə məlahətli səsiylə ürəklərə yol tapan bir müğənnidən söhbət açmaq istəyirəm. Elə bir müğənnidən ki, altı yaşından Təbriz radiosunda çıxışlar edib. On dörd yaşından həmin radionun xalq çalğı alətləri ansamblının solisti olub. İfa etdiyi nəğmələrin lent yazısı bu gün də radionun “Qızıl fond”unda qorunub saxlanılır...


Haqqnda danışdığım Yusif Savalan İranda dünyaya gəlib. İran şahı Rza pəhləvi devriləndən dörd il sonra bu ölkəni tərk edib. Bir il Tükiyədə məskunlaşsa da, sonradan üç il Fransada yaşayıb. Daha sonra Belçikaya köçüb. 1987-ci ildən 1998-ci ilədək orada idman mərkəzində işləyə-işləyə opera evində öz ecazkar ifası ilə Azərbaycan musiqisini təbliğ edib. 1998-ci ildə isə ABŞ-ın Kaliforniya ştatına gəlib. Burada görkəmli musiqiçi Çingiz Sadıqovla tanış olub. San Xosedə, Santa Klarada, San Fransiskoda onunla birlikdə konsertlər verib…


Deyir ki,- “Rəhmətlik Çingiz Sadıqov mənə mənəvi atalıq edib. Ondan musiqinin sirlərini öyrənmişəm”…


1999-cu ildə Kanadaya üz tutub. Dörd il Kanadanın Toronto şəhərində yaşayıb. Burada olarkən tarzən Məhəmməd Aman və qarmon ustası Ramin Şadpurla bir araya gələrək, Təbriz ansamblını yaradıb. Monrealda, Ottavada, Torontoda dəfələrlə konsert proqramıyla çıxışlar ediblər. 2002-ci ildə isə “İpək Yolu” kamera orkestrini yaradaraq bir sıra konsertlər təşkil edib. 2003-cü ildə Bakıya gedib, 2006-cı illədək orada “Lider” televiziyasının dublyaj redaksiyasında çalışıb. Eyni zamanda Xəzər Universitetində fransız və ingilis dillərini tədris edib. Bundan əlavə yaradıcılıqla da məşğul olub. Bir sıra videokliplər çəkdirib, o cümlədən Ruhəngiz Qasımovadan, Yalçın Rzazadədən, Mobil Əhmədovdan, Teymur Əmrahdan vakal dərsləri alıb. 2006-cı ildə isə Arif Qaziyevin ərsəyə gətirdiyi “Xarı bülbüllər” filmində Aleksandr Dümanın obrazını yaradıb...


…Bakıda olarkən həm də ailə qurub. Ömür-gün yoldaşı Naznaz Sadıqova Azərbaycan Dillər Universitetini bitirib. İxtisasca ingilis dili müəllimidir. Hazırda Torontoda şirkətlərdən birində işləyir. İki övladı vardır. Qızı Dəniz 14, oğlu Ayaz isə 12 yaşındadırlar…


2007-ci ildə yenidən Kanadaya qayıdıb. Daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olur və həmçinin “Kişi salonu”na rəhbərlik edir. 2009-cu ildə “Kanadada Azərbaycan İncəsənət Mərkəzi”ni yaradıb. Həmin mərkəzin xətti ilə bir sıra tədbirlər keçirib…


İndiyədək üç CD diski işıq üzü görüb. Onlardan birincisi bəstəkar mahnılarından ibarət “Heydər baba” albomu adlanır. 1997-ci ildə Bakıda, Cavanşir Quliyevin dəstəyi, Möhlət Müslümovun rəhbərlik etdiyi ansamblın müşayəti ilə ərsəyə gəlib. İkinci diski də 1999-cu ildə Bakıda, “Qarabağ” adı altında işıq üzü görüb. Üçüncü “Azərbaycan sevgi nəğmələri” diski isə Kanadada yazılıb. Əcnəbi musiqiçilərdən ibarət yeni yaratdığı “Xəzər nəfəsi” estrada orkestirinin müşayəti ilə təqdim olunan bu diskdə Emin Sabitoğlu, Ruhəngiz Qasımovanın, Elza İbrahimovanın bəstələrindən ibarət mahnılar yer alıb…


Deyir ki,- “İran adlı məmləkətdə doğulub böyüsəm də şəcərəm böyük Məhəmməd Hadiyə gedib çıxır. Azərbaycanı canım qədər sevirəm. Haraya getsəm də, harada yaşasam da içimdə bir Azərbaycan gəzdirmişəm. Ömrüm boyu onun musiqisini təbliğ etmişəm. Nə qədər ki, nəfəs alıram, o, mənim anam, mən də onun övladıyam”…


Şux zarafatları ilə adamda xoş əhval-ruhiyyə yaradan, mehriban, diqqətli insandır. Söhbətimiz boyu bütöv Azərbaycan sevdalısı olduğu aydın görünürdü. Arzuları çoxdur. Hər iki Azərbaycanın birləşməsi, övladlarına yüksək təhsil vermək, onları əsl azərbaycanlı kimi böyütmək ən əsas arzusudursa, Bakıda konsert vermək ən böyük istəyidir. Velosiped sürməyi, idmanla məşğul olmağı xoşlayır. “Müğənninin səsi yerində, görkəmi xoş olmalıdır”- söyləyir. Bəs Kanadaya gəlmək istəyənlərə tövsiyən nədir soruşanda, cavabı Molla Vəli Vidadidən üç bənd oldu:


Dəli könül, gəl əylənmə qürbətdə,
Bir gün оlur vətən dеyib ağlarsan.
Yadlar ilə ömür çürür həsrətdə,
Bir gün оlur vətən dеyib ağlarsan.


Yaхşı gündə yarü yоldaş çох оlur,
Yaman gündə hеç bulunmaz, yох оlur.
Yad еllərin tənə sözü ох оlur,
Bir gün оlur vətən dеyib ağlarsan.


Mən görmüşəm bu qürbətin dadını,
Yanıb-yanıb çох çəkmişəm оdunu.
Qəmlənirsən hər görəndə şadını,
Bir gün оlur vətən dеyib ağlarsan…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Canəli Əkbərov xəstəxanada 27 İyun 2019, 00:58 Vyanada güclü partlayış: 10 nəfər yaralandı 27 İyun 2019, 00:47 7 nəfər ölümdən son anda qurtuldu 27 İyun 2019, 00:31 Şəhid hərbçilərin övladları üçün robotiks təşkil olundu - FOTOLAR 27 İyun 2019, 00:14 “Türkiyə Rusiya istehsalı S-400 alarsa...” - Pentaqon 26 İyun 2019, 23:51 Rusiyanın AŞPA-da səsvermə hüququ bərpa edilib 26 İyun 2019, 23:32 Şıxovda gənc qız boğuldu 26 İyun 2019, 23:15 Dünya son 1500 ilin ən isti yayını yaşayır 26 İyun 2019, 23:01 AŞPA-da Azərbaycanda yeni çağırışlardan danışıldı 26 İyun 2019, 22:44 Avropa Şurasına  yeni baş katib seçildi - FOTO 26 İyun 2019, 22:25 Putin İnquşetiyaya yeni rəhbər təyin etdi 26 İyun 2019, 22:16 Cəmaləddin Məhəmmədov bürünc medal qazandı 26 İyun 2019, 21:58 İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43