Arxiv
31 May 2019, 18:01 | DİASPOR
Vaterloo Universitetinin professoru: “Azərbaycan həmişə bizim ürəyimizdədir”

Uzun illərdir Kanadada yaşayan, oradakı həmvətənlərimizin birliyi, eləcə də Azərbaycan həqiqətlərinin bu ölkənin ictimaiyyətinə çatdırılması naminə misilsiz xidmətlər göstərən soydaşımız Ilham Axundovun bu il 60 yaşı tamam olur.

 

Modern.az-ın məlumatına görə, Kanadanın Vaterloo Universitetinin riyaziyyat fakültəsinin Riyaziyyat və Biznes proqramları departamentinin direktoru olan İ.Axundov 1959-cu il iyunun 1-də Azərbaycanın dilbər guşələrindən birində – Lənkəranda dünyaya gəlib.

 

1975-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsinə daxil olan İ.Axundov 1981-ci ildə Leninqrad Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Daha sonra Leninqrad Dövlət Universitetinin aspiranturasını bitirərək, 1987-ci ildə professor V. Nevzorovun rəhbərliyi altında “Nizamlanmiş təsadüfi kəmiyyətlər və onların cəmləri üçün limit teoremləri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib.

 

İ.Axundov ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində ekspertdir. O, ehtimal nəzəriyyəsinin asimptotik metodlarına, sıra statistikası nəzəriyyəsinə ekstremal əhəmiyyətli əlavələrlə çox böyük töhfə verib. İ.Axundov üç dərslik və 30-dan çox elmi məqalənin müəllifidir.

 

Özü demişkən, dünyada baş verən müsbət dəyişikliklər ona elmi karyerasını öncə Birləşmiş Ştatlarda, daha sonra Kanadada davam etdirmək imkanını qazandırıb. 1999-cu ildə ABŞ Dövlət Departamenti tərəfindən dünya alimləri arasında keçirilən çox nüfuzlu Fulbrayt müsabiqəsinin qalibi olan İ.Axundov Texas Universitetində tədqiqat aparmaq imkanı əldə edib. Bu tədqiqat işlərinin nəticələri elmi jurnallarda dərc edildikdən sonra İ.Axundov xarici universitetlərin bir neçəsindən dəvət alıb.

 

Beləliklə, professor İlham Axundov 2001-ci ildən bir müddət Kanadanın Makmaster (Hamilton) Universitetində çalışıb. 2007-ci ildən indiyədək isə karyerasını Kanadanın nüfuzlu Vaterloo Universitetinin Riyaziyyat Fakültəsində davam etdirir.

 

Rəhbərlik etdiyi departamentdə 6 ixtisas üzrə 3 mindən çox tələbə oxuyur. İ.Axundov qürurla bildirir ki, bu tələbələrin hamısı riyaziyyatçıdır və onlar riyazi biliklərini maliyyə, iqtisadiyyat, biznes sahələrində tətbiq edirlər. Azərbaycanlı alim Vətənimizdə də riyaziyyata bu cür yanaşmanın tərəfdarıdır.

 

Onun fikrincə, bu gün riyaziyyatsız hər hansı sahədə uğuq qazanmaq çətindir, çünki riyazi metodların köməyilə insan bir çox problemlərin həllinə nail olmağı bacarır: "Riyaziyyatçılara yaşamaq nisbətən asandır. Biz həyatdakı çətinliklərə problem kimi deyil, riyazi məsələ kimi yanaşırıq və onları həll etməyimizə, şübhəsiz ki, riyazi bacarıqlar kömək edir".

 

O, ömrünü də riyaziyyatçı kimi hesablayır: "Birinci onillik – orta məktəb, ikinci onillik – ali məktəb, üçüncü onillik – Azərbaycan, 4-cü onillik – Kanada, 5-ci onillik – yenə Kanada. 6-cı onillyin başlanması – karyeramda son onillkdir”.

 

Yeri gəlmişkən, qeyd edək ki, bu ali məktəbin yeganə azərbaycanlı professoru olan İlham Axundov keçən ilin yekunlarına görə, Vaterloo Universitetində ən yüksək fəaliyyət mükafatına (outstanding performance award) layiq görülüb.

 

Elmi-pedaqoji sahədə işinin çoxluğuna baxmayaraq, İlham Axundov uzaq xaricdə Vətənimiz naminə çalışmaqdan usanmır.

O, siyasi, iqtisadi, sosial və təhsil sahələri üzrə fəaliyyət göstərən “Kanada–Azərbaycan” Əməkdaşlıq Assosiasiyasının prezidentidir.

 

2012-ci ildə  İ.Axundov Kanada Azərbaycan Araşdırmaları İnstitutunu təsis edib. Məqsəd – Azərbaycanın elmi institutları ilə əməkdaşlığın qurulması, Azərbaycan üzrə araşdırmaların aparılması, materialların nəşri, uğurların təbliği, ölkəmizin tarixi, coğrafiyası, ədəbiyyatı, iqtisadiyyatı, diasporu və mədəni irsi üzrə məlumatlandırma, elmi ictimaiyyət, hökumət nümayəndələri və KİV-lər üçün konfrans, seminar və mühazirələrin təşkil edilməsidir.

 

Elə həmin il İ.Axundov Toronto Uniuversitetində Azərbaycan tarixinin tədris olunmasına nail olub. Toronto Universitetinin Avropa, Rusiya və Avrasiya Tədqiqatları Mərkəzi (CERES) bu universitetin tələbələri üçün Azərbaycan tədqiqatları üzrə kredit kursu keçirib.

 

“Toronto Universitetində magistraturada Azərbaycan tarixi kredit kursu kimi tədris olunmağa başladı. 6 maqistr bu dərsləri götürdü. Onlara ABŞ-dan, Kanadadan dəvət olunan professorlar dərs deməyə başladılar. Bu tələbələr kursu bitirdikdən sonra Azərbaycana səfər etdilər. Bu, çox uğurlu proyekt oldu”, – deyə İ.Axundov vurğulayır.

 

Vətənimizin milli maraqları, Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə daha ətraflı çatdırılması və soydaşlarımızın birliyi  naminə o, buradakı bir çox Azərbaycan cəmiyyətlərini və diaspor təşkilatlarını koordinasiya edən "Kanada Azərbaycanlıları Təşkilatları Assambleyası"nın təsis edilməsinə nail olub.


Professor hesab edir ki, Kanada ilə Azərbaycan arasında siyasi əlaqələr güclü olmalıdır: “Bu sahədə diasporun rolu önəmlidir. Kanadada Azərbaycan səfirliyi var və diplomatlarımız bütün işlərin öhdəsindən uğurla gəlirlər. Amma azərbaycanlılar Kanada vətəndaşı olaraq fikirlərini bu ölkənin hökumətinə daha uca səslə çatdıra bilirlər. Mən Kanadaya 20 il əvvəl gəlmişəm. O zaman Azərbaycan Kanadada o qədər də tanınmırdı. Bədxah qonşularımız bizi onlarla vuruşan bir ölkə kimi təqdim etmişdilər. Son 20 il ərzində diaspor sahəsində Kanadada çox böyük işlər görülüb. 2009-cu ildə Kanadanın baş naziri Pol Martin Azərbaycan diasporasının bir qrupunu qəbul etmişdi. Bu, Kanada dövlətininin Azərbaycan diasporasına ciddi münasibətinin göstəricisi idi. Bundan sonra biz işlərin bir qədər də inkişaf etdirilməsi, təşklatların koordinasiya olunması üçün Kanada Azərbaycanlıları Assambleyası yaratdıq”.


İ.Axundov qeyd edir ki, əgər 90-cı illərdə kanadalılar azərbaycanlıları digər sovet xalqlarından fərqləndirə bilmirdilərsə, indi vəziyyət tamamilə dəyişib: “Hazırda ziyalı kanadalı üçün “Siz Azərbaycanı tanıyırsınızmı?” sualı təhqir hesab oluna bilər. Artıq onların hamıcı bizim olkəmizi tanıyır”.

İ.Axundov deyir ki, Vətənimizə tez-tez gəlir və universitetlərdə görüşlər keçirir: “Azərbaycan həmişə ürəyimin içindədir. Uzaq Kanadada Azərbaycan TV-lərinə baxir, Azərbaycan musiqisinə qulaq asırıq, evlərimizdə Azərbaycan mətbəxinə məxsus təamlar hazırlanır”.

Qeyd edək ki, dövlətimiz azərbaycanlı alimin göstərdiyi misilsiz xidmətləri yüksək qiymətləndirir. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev elmi, pedaqoji və diaspora fəaliyyətinə görə İlham Axundovu  "Tərəqqi" medalı ilə təltif edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək 18 Noyabr 2019, 17:32 “İmkanı olan da, olmayan da vergiləri ödəmir” - səlahiyyəti olub, pulu olmayan bələdiyyələr 18 Noyabr 2019, 17:30 Vüqar Kərəmovdan möhtəşəm qələbə - Video 18 Noyabr 2019, 17:28 Mirzə Cəlilin heykəli Bakının harasında qoyulacaq? 18 Noyabr 2019, 17:26 Manatın sabaha olan MƏZƏNNƏSİ 18 Noyabr 2019, 17:21 Rektor jurnalistə yüksək vəzifə verdi 18 Noyabr 2019, 17:15 İcra başçısı bacısı oğlunu köməkçi götürüb? - Rəsmi AÇIQLAMA 18 Noyabr 2019, 17:08 Paytaxtda küçədən qadın meyiti tapıdlı 18 Noyabr 2019, 16:59 ATƏT Belarusdakı parlament seçkilərini tanımadı 18 Noyabr 2019, 16:48 Psixoloqların da diaqnostik qiymətləndirilməsi keçiriləcək - Təhsil Nazirliyi 18 Noyabr 2019, 16:45 Alman polisinin saxladığı Əlövsət Əliyevdən xəbər var 18 Noyabr 2019, 16:40 Gürcüstanda etirazçılara yarım saat vaxt verildi 18 Noyabr 2019, 16:34 Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb 18 Noyabr 2019, 16:25 Prezident Vasif Talıbovu qəbula çağırdı: “Hansı işlər görülüb? Məruzə edin 18 Noyabr 2019, 16:23 Jurnalist Vüsal Tağıbəylinin “İki çay arasında cənnət” kitabı ÇAP OLUNDU 18 Noyabr 2019, 16:18 Gəncə Serbiyanın Novi Sad şəhəri ilə qardaşlaşdı - FOTO 18 Noyabr 2019, 16:02 Qarabağdakı qanunsuz məskunlaşma beynəlxalq təşkilatlarda qaldırılırmı? - Üç DEPUTAT 18 Noyabr 2019, 15:55  Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib - Sahibə Qafarova  18 Noyabr 2019, 15:48 Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR 18 Noyabr 2019, 15:41 Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ 18 Noyabr 2019, 15:35 “ENACTUS BEU” komandasının fəaliyyəti müzakirə olunub   18 Noyabr 2019, 15:30 Azərbaycan tolerantlıq məkanıdır 18 Noyabr 2019, 15:23 Xəzər dənizində bir neftçi batıb - HADİSƏ 18 Noyabr 2019, 15:18 İcra başçısı Qırıxlı kəndinin sakinləri ilə görüşüb - FOTO 18 Noyabr 2019, 15:15 DOST 50 mininci vətəndaşa xidmət etdi 18 Noyabr 2019, 15:07 Zahid Orucun təşkilatı ali məktəblərə qəbulla bağlı araşdırma aparıb 18 Noyabr 2019, 15:00 Ukrayna münaqişəsi ilə bağlı 4 ölkə lideri görüşəcək 18 Noyabr 2019, 14:52 Tarif Şurasından istilik xidmətinin qiymətilə bağlı AÇIQLAMA 18 Noyabr 2019, 14:45 Son iki günün dəhşətli yol qəzaları: 12 nəfər ölüb, 5 nəfər yaralanıb 18 Noyabr 2019, 14:38 Qida Təhlükəsizliyi Agentliyindən “Şahənşah” restoranındakı zəhərlənməyə REAKSİYA 18 Noyabr 2019, 14:31 Cəlilabadlı müəllimin ölüm səbəbi AÇIQLANDI 18 Noyabr 2019, 14:26 “DSMF-yə 5 milyard vəsait ayrılır, amma icrası müzakirə edilmir” - Vahid Əhmədov 18 Noyabr 2019, 14:25 Paşinyandan “Qarabağ klanı”na daha bir ZƏRBƏ 18 Noyabr 2019, 14:20 Tofiq Yaqublu azadlığa buraxılıb 18 Noyabr 2019, 14:17 Fuad Qəhrəmanlının məhkəməsi təxirə salındı  18 Noyabr 2019, 14:05