Arxiv
31 May 2019, 20:57 | TƏHSİL
“Respublika birincisi olacağam” – 14 yaşında tələbə olan magistr

Bakı Dövlət Universitetinin (BDU) 4-cü kurs tələbəsi Nigar Veysəlova magistraturaya keçirilən qəbul imtahanlarının iki mərhələsində, ümumilikdə, 130 bal toplayıb.

Modern.az xəbər verir ki, bu barədə “Report”a N.Veysəlova özü məlumat verib.

 

O, qazandığı uğura görə qürur hissi keçirdiyini bildirib: “Mən uşaq vaxtı elmə o qədər bağlı idim ki, məktəbə getmək və təhsil almaq istəyirdim. Həmin vaxt, yəni 2004-cü ildə cəmi 4 yaşım var idi. Nəhayət, 4 yaşımda məni sorğu-sual edib bilik səviyyəmi yoxladılar, imtahan verdim və Sumqayıt şəhərində yerləşən 26 nömrəli tam orta məktəbin birinci sinfinə daxil oldum. 2015-ci ildə orta məktəbi bitirib, BDU-nun Kimya fakültəsinə daxil oldum. Orta məktəb vaxtı əlaçı olmuşam”.

 

O bildirib ki, 19 yaşı olmasına baxmayaraq, magistraturaya qəbul imtahanında iştirak etmək onun təhsilə maraq göstərməsi üçün stimul olub: “Magistraturanın birinci mərhələsində 89, ikinci mərhələsində isə 41 bal toplamışam. Ümid edirəm ki, kimya ixtisası üzrə respublika birincisi olacağam. Bir neçə müəssisədə və SOCAR-ın Neft Emalı Zavodunda praktikada olmuşam. Magistr təhsili müddətində xarici ölkələrin birində təcrübə keçirməyi düşünürəm. Magistr təhsilimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft Kimya Prosesləri İnstitutunda Nanokimya ixtisası üzrə davam etdirməyi planlaşdırıram. Uğur qazanmaq çətin deyil, buna çatmaq üçün, sadəcə, qarşıya məqsəd qoymaq və çalışmaq lazımdır”.

 

Qeyd edək ki, Nigar Rövşən qızı Veysəlova 2000-ci ilin yanvar ayında anadan olub. 4 yaşında Sumqayıtda yerləşən 26 nömrəli məktəbin birinci sinfinə daxil olub. O, 14 yaşında BDU-ya qəbul olub.

 

Xatırladaq ki, BDU-nun daha bir 18 yaşlı tələbəsi magistraturaya keçirilən qəbul imtahanlarının iki mərhələsində 114 bal toplayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Valideynlər övladları üçün doğru məktəbi necə seçməlidir?                  14 May 2021, 11:06 Yaponiyada zəlzələ olub 14 May 2021, 10:44 Qazax və Şəmkirdə qaz xətləri yenilənir 14 May 2021, 10:31 Arif Rəhimov beynəlxalq mediaya müsahibə verib 14 May 2021, 10:16 Zakir Həsənov azad olunmuş ərazilərdə - FOTOLAR 14 May 2021, 10:09 20 yaşlı tələbə itkin düşüb 14 May 2021, 10:04 Fransa prezidentindən Azərbaycana qarşı ƏSASSIZ İTTİHAM 14 May 2021, 10:00 İsrail hava hücumlarına yenidən başlayıb 14 May 2021, 09:50 Tokio Olimpiadasının keçirilməsinə qarşı petisiya toplanır 14 May 2021, 09:33 Yer kürəsinə asteroid yaxınlaşacaq 14 May 2021, 09:19 BMT Təhlükəsizlik Şurası Fələstin üçün TOPLANACAQ 14 May 2021, 09:05 Ordumuz antiterror təlimlərinə başlayır 14 May 2021, 08:26 Məni niyə Şuşaya aparmayıblar? 14 May 2021, 01:17 Bakıda yeniyetmə boğazından bıçaqlandı 14 May 2021, 00:58 Ən çox peyvənd vurulan ölkələr 14 May 2021, 00:43 ABŞ 120 nəfərlik personalı İsraildən çıxardı 14 May 2021, 00:27 İsrailin atəşi nəticəsində “Anadolu” agentliyinin iki əməkdaşı yaralandı 14 May 2021, 00:16 Livandan İsrail istiqamətinə raket atıldı 14 May 2021, 00:01 Ermənistan-Azərbaycan sərhədində gərginliyin izi hara aparır? - TƏHLİL 13 May 2021, 23:53 Gürcüstanın Baş naziri müsəlmanları təbrik etdi - FOTO 13 May 2021, 23:48 Polisin xəbərdarlığına baxmayan 10 piyada cərimələndi - FOTO 13 May 2021, 23:32 “Oğlumun “Sportinq”ə keçməsi üçün hər şeyi edəcəm” - Ronaldonun anası 13 May 2021, 23:17 Türkiyədə yoluxanlar azaldı, ölənlər artdı 13 May 2021, 23:04 ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ 13 May 2021, 22:49 İsmayıllıda ağır yol qəzası - ölən var 13 May 2021, 22:35 Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə GETDİ 13 May 2021, 22:27 Daha 30 şirkət Rusiyaya pomidor ixrac edəcək 13 May 2021, 22:18 Ermənistan-Azərbaycan gərginliyi: “Bizə aid olanların hamısını geri qaytaracağıq!” - ŞƏRH 13 May 2021, 22:03 Ermənistanla sərhəddə nə baş verir? - XİN AÇIQLAMA YAYDI 13 May 2021, 22:03 ATƏT sədri Ermənistanın XİN rəhbəri ilə də danışdı 13 May 2021, 21:53 Cəlilabadda atanın törətdiyi qəzada qızı öldü 13 May 2021, 21:42 Hacıbala Abutalıbova - Hansı yaxşıdır, ölü, yoxsa ilana zəhər verən kərtənkələ? 13 May 2021, 21:34 Gürcüstanda bu məhdudiyyətlər ləğv olundu 13 May 2021, 21:28 ATƏT sədri ilə Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə edildi 13 May 2021, 21:15 Bir ölkəyə görə bütün dünya məhv ola bilər 13 May 2021, 21:02