Arxiv
3 İyun 2019, 08:09 | DİASPOR
Floridada Azərbaycan sevdası ilə yaşayan Sevda həkim

Əməlləri, niyyəti çöhrəsitək gözəldir. Bu vəhdət onu daha mükəmməl, daha ecazkar göstərir. Dinlədikcə istər-istəməz bu xanıma heyran qalırdım. İnsanların uzunömürlü olması üçün neçə illərdir ki, elmi tədqiqatlar aparır. İnanır ki, nə vaxtsa elə bir tibbi vasitə tapacaq ki, insanlar ondan istifadə edib xeyli yaşayacaqlar. Poeziyanı çox sevir. Gözəl şeir nümunələrini mütaliə etməkdən zövq alır. Səyahət etməyi xoşlayır. Bu günədək Avropa ölkələrinin əksəriyyətinə səfər edib. İndi də Yeni Zelandiyada, Avstraliyada olmağı arzulayır. Elə bir gün olmur ki, evində Azərbaycan mətbəxinin təamlarından hazırlamasın...

Deyir ki, - “Mən çox xoşbəxt adamam. Qarşıma həmişə yaxşı insanlar çıxıb. Onlardan yüksək diqqət, ehtiram görmüşəm. Və bu da mənə müsbət enerji verib. Həyatın nə qədər gözəl olduğunu anladıb”...

...Rəhmətlik atası Malik Axundov əslən Masallı rayonunun Qızılağac kəndindən idi. Bakıda layihə insitututlarından birində şöbə müdiri vəzifəsində çalışıb. Anası Şükufə xanım əvvəlcə Maliyyə Nazirliyində şöbə müdiri olsa da, ömrünün son illərində Bakı Səhiyyə İdarəsində maliyyə şöbəsinin müdiri işləyib. Bacısı Səbinə xanım Axundova isə həkim-endokrinoloqdur. Özəl klinikalardan birində çalışır...


Haqqında söhbət açdığım Sevda xanım Axundova Bakıda dünyaya gəlib. 1986-cı ildə 9 nömrəli məktəbdə orta təhsilini bitirərək, Moskva Piraqova adına ikinci Tibb İnsitututuna qəbul olunub. 1992-ci ildə oranın pediatriya fakültəsini müvəffəqiyyətlə başa vurub. Sonra bir il Bakıdakı 6 nömrəli xəstəxanada internatura keçərək, pediatr-endokrinoloq ixtisasına yiyələnib. Və həmin xəstəxanada qalaraq, 2002-ci ilədək orada öz ixtisası üzrə həkim işləyib. Eyni zamanda, Azərbaycan Endokrinologiya Mərkəzində professor Valeh Mirzəzadənin rəhbərliyi altında elmi araşdırmalarla məşğul olub. 2002-ci ildə ailə quraraq Amerikaya gəlib...


...Ömür-gün yoldaşı İsmayıl Davud Suriya əsilli ABŞ vətəndaşıdır. İxtisasca kompüter üzrə mütəxəsisdir. İki övladı var. Qızı Aliyə 16, oğlu Əhməd isə 15 yaşındadırlar. Hər ikisi də xüsusi itedadlı uşaqlar üçün nəzərdə tutulan Kembric proqramına əsasən təhsil alır...


Sevda xanım ABŞ-a gəldikdən bir il sonra Cənubi Kaliforniyadakı Touro Beynəlxalq Universitetinin tibb fakültəsində fəaliyyət göstərən ictimai sağlamlıq üzrə doktoranturaya qəbul olunub. 2006-cı ildə elmi işini müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib (PhD). 2006-cı ildən Florida ştatının Fort Lauderdale şəhərində yaşayır və “Life Extension” şirkətində həkim işləyir. Eyni zamanda elmi tədqiqatlarını davam etdirir...


Deyir ki, - “Şirkətimiz əsasən insan ömrünün tibbin vasitəsi ilə uzadılması istiqamətində araşdırmalar aparır. İnanırıq ki, biz buna nail olacağıq”...

İctimai fəaldır. Azərbaycan naminə xeyli işlərdə xidməti olub. Töhfə xanım Eminovanın prezidenti olduğu “Floridanın Azərbaycan-Amerika Asossasiyası”nın təhsil məsələləri üzrə şöbəsinin rəhbəridir. Təşkilatın ərsəyə gətirdiyi tədbirlərdə yaxından iştirak edir. Asossasiyanın fəaliyyətindən ağız dolusu söhbət açıb, Azərbaycan naminə bu günədək gördüyü işləri sadalayır. Onların mahiyyətini dilə gətirir. Ştatın rəhbər orqanları ilə sıx münasibət qurduqlarını söyləyir. Bütün bunları dinlədikcə adamın ürəyi dağa dönür, belə bir soydaşının varlığından qürur hissi keçirirsən…


Az qala unutmuşdum, axı söhbətimin əvvəlində gözəllikdən danışırdım. Bəli, insanın niyyəti və eləcə də əməlləri gözəl olanda ətrafına nur saçır. Bu nur İlahi eşqin təzahürüdür…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağın Azərbaycanlı icmasının sədri Türkiyəyə gedib - FOTO 18 Noyabr 2019, 18:23 Yasamalda sakinlər dinlənildi, dəstək üçün göstərişlər verildi   18 Noyabr 2019, 18:14 UNEC rektoru yeni Tələbə-rektorla görüşüb - FOTO   18 Noyabr 2019, 18:05 Alimlərdən inqilabi yenilik: İnsan dərisi hazırlanır 18 Noyabr 2019, 17:58 Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri 18 Noyabr 2019, 17:50 Gürcüstan polisi etirazçılara müdaxilə etdi 18 Noyabr 2019, 17:45 Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək 18 Noyabr 2019, 17:32 “İmkanı olan da, olmayan da vergiləri ödəmir” - səlahiyyəti olub, pulu olmayan bələdiyyələr 18 Noyabr 2019, 17:30 Vüqar Kərəmovdan möhtəşəm qələbə - Video 18 Noyabr 2019, 17:28 Mirzə Cəlilin heykəli Bakının harasında qoyulacaq? 18 Noyabr 2019, 17:26 Manatın sabaha olan MƏZƏNNƏSİ 18 Noyabr 2019, 17:21 Rektor jurnalistə yüksək vəzifə verdi 18 Noyabr 2019, 17:15 İcra başçısı bacısı oğlunu köməkçi götürüb? - Rəsmi AÇIQLAMA 18 Noyabr 2019, 17:08 Paytaxtda küçədən qadın meyiti tapıdlı 18 Noyabr 2019, 16:59 Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı- Türkiyə mediası YAZDI 18 Noyabr 2019, 16:50 ATƏT Belarusdakı parlament seçkilərini tanımadı 18 Noyabr 2019, 16:48 Psixoloqların da diaqnostik qiymətləndirilməsi keçiriləcək - Təhsil Nazirliyi 18 Noyabr 2019, 16:45 Alman polisinin saxladığı Əlövsət Əliyevdən xəbər var 18 Noyabr 2019, 16:40 Gürcüstanda etirazçılara yarım saat vaxt verildi 18 Noyabr 2019, 16:34 Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb 18 Noyabr 2019, 16:25 Prezident Vasif Talıbovu qəbula çağırdı: “Hansı işlər görülüb? Məruzə edin 18 Noyabr 2019, 16:23 Jurnalist Vüsal Tağıbəylinin “İki çay arasında cənnət” kitabı ÇAP OLUNDU 18 Noyabr 2019, 16:18 Gəncə Serbiyanın Novi Sad şəhəri ilə qardaşlaşdı - FOTO 18 Noyabr 2019, 16:02 Qarabağdakı qanunsuz məskunlaşma beynəlxalq təşkilatlarda qaldırılırmı? - Üç DEPUTAT 18 Noyabr 2019, 15:55  Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib - Sahibə Qafarova  18 Noyabr 2019, 15:48 Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR 18 Noyabr 2019, 15:41 Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ 18 Noyabr 2019, 15:35 “ENACTUS BEU” komandasının fəaliyyəti müzakirə olunub   18 Noyabr 2019, 15:30 Azərbaycan tolerantlıq məkanıdır 18 Noyabr 2019, 15:23 Xəzər dənizində bir neftçi batıb - HADİSƏ 18 Noyabr 2019, 15:18 İcra başçısı Qırıxlı kəndinin sakinləri ilə görüşüb - FOTO 18 Noyabr 2019, 15:15 DOST 50 mininci vətəndaşa xidmət etdi 18 Noyabr 2019, 15:07 Zahid Orucun təşkilatı ali məktəblərə qəbulla bağlı araşdırma aparıb 18 Noyabr 2019, 15:00 Ukrayna münaqişəsi ilə bağlı 4 ölkə lideri görüşəcək 18 Noyabr 2019, 14:52 Tarif Şurasından istilik xidmətinin qiymətilə bağlı AÇIQLAMA 18 Noyabr 2019, 14:45