Modern.az

Qarabağda vuruşan erməni generalı ölüm ayağındadır

Qarabağda vuruşan erməni generalı ölüm ayağındadır

Dünya

13 İyun 2019, 14:58

Azərbaycana qarşı çoxsaylı cinayətlərdə iştirak edən general Manvel Qriqoryan ölüm ayağındadır.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə onun vəkili Levon Baqdasaryan jurnalistlərə deyib.

“Dünən Ermənistan hökumətinin təşəbbüsü ilə həkimlərin və nazirlik nümayəndələrinin iştirakı ilə konsilium keçirilib. Qriqoryanda təsbit olunmuş 30 xəstəliyə daha 3-ü əlavə olunub. Hazırda o, ağır vəziyyətdədir və süni nəfər aparatına qoşulub. Manvel Qriqoryanın əl və ayaqlarında amputasiyaya ehtiyac yara bilər”.

 

Qriqoryanın vəkilləri onun azadlığa buraxılması üçün Avropa Məhkəməsinə müraciət edəcək. Xatırladaq ki, Manvel Qriqoryan bir neçə maddə üzrə ittiham olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?