Modern.az

İngiltərədə baş nazir olmağa əsas FAVORİT

İngiltərədə baş nazir olmağa əsas FAVORİT

Dünya

13 İyun 2019, 17:32

Böyük Britaniyada baş nazir olmaq uğrunda mübarizə davam edir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Mühafizəkarlar partiyasının daxili səs verməsi zamanı baş nazir olmağa iddialı 10 siyasətçidən 3-ü mübarizəni dayandırıb. Onların heç biri minimal 17 səsi toplaya bilməyib.

 

İlk turda 37 səs toplayan ətraf mühit, qida və kənd təsərrüfatının inkişafı naziri Maykl Qouv, xarici işlər naziri Ceremi Xant (43 səs) və keçmiş xarici işlər naziri Boris Conson (114) ikinci turun əsas favoritləri sayılırlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır