Modern.az

Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı...

Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı...

17 İyun 2019, 15:20

Ağstafanın Böyük Kəsik qəsəbəsindəki bazarda bu gün törədilən qətliamın motivinə dair yeni təfərrüatlar məlum olub. Kənd sakinlərindən virtualaz.org- a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Elnur Süleymanov ailəsi ilə birgə "Ceyrançöl" ərazisində yaşayıb, femer təsərrüfatı ilə məşğul olublar.

 

25 yaşlı Elnurun bazarda “Kalaşnikov”la 4 nəfəri öldürməsinin, 3 nəfəri yaralamasının səbəbi isə daha əvvəl xəbər verildiyi kimi, qan davasıdır.

O da dəqiqləşib ki, Elnurun məhkumluğu olmayıb, xəbər agentliklərinin daha əvvəl iddia etdikləri kimi, keçmiş məhkum deyil. Əksinə, onun öldürdüyü şəxslərdən biri həbsxanadan təzə çıxıbmış.

 

"2007-ci ildə Elnurun atası  Ramiz Süleymanovla qonşuları Şəmiddin Musayev və onun qardaşları -  Rüfət və Novruz arasında dava düşmüşdü.  Həmin dava zamanı  Ramiz və qardaşı Rasim  odlu silahla qətlə yetirildi. Bu günkü hadisənin kökü də həmin qətldir"-yerli sakinlərdən biri belə deyib.

 

 

Kənd sakinlərinin dediyinə görə, qətl hadisəsi baş verən zaman E.Süleymanov uşaq olub. O, atasının və əmisinin qatillərinin - Səmiddin və Novruz Musayevin həbsxandan çıxacağını öyrənib və qisas alıb. Şəmiddinlə Novruzu, habelə onların anasını qətlə yetirib. Ağgöl kənd sakini Zeynəb Cəlilova  və hadisə zamanı yaralanananlar isə belə görünür ki, bu qətliamda təsadüfi qurban olub.

 

14 il əvvəl baş vermiş qətlin digər iştirakçısı Rüfət Musayev isə hazırda həbsxanadadır. 

Virtualaz.org Elnur Süleymanovun ailəsinə yaxın mənbədən bu dəhşətli qisasın və qan davasının yeni təfərrüatlarını öyrənməyə çalışacaq.

 

 

Virtualaz.org

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı