Modern.az

Adı gözəl, özü gözəl…

Adı gözəl, özü gözəl…

18 İyun 2019, 11:54

Sizə bir gözəl insan haqqında söhbət açmaq istəyirəm. Onun adı 1500 ilə yaxındır ki, bir milyard yarım müsəlmanın dilindən düşmür. Hər kim onu səsləsə, Qurani Kərimin 55-ci surəsinin adını dilə gətirir…

Onunla tanışlığımızın tarixi on ildən çoxdur. Yaxşı yadımdadır 2007-ci ildə rəhmətlik Feyzi Mustafayevin xatirə gecəsini keçirməyə hazırlaşırdıq. Onunla görüşüb, xeyli məlumat aldım. Axı Feyzi Mustafayevlə uzun müddət çiyin-çiyinə çalışmışdı. Sonra nədənsə biz xeyli zaman görüşə bilmədik. Günlərin bir günü yenidən “Facebook”da dost olduq. Və bu dostluq günbəgün dərinləşdi. “Facebook” aləmi də eynən yaşadığımız cəmiyyət kimidir, necə deyərlər, ağıllısı da var, ağılsızı da. Yaxşısı da var, pisi də. Adamların biri digəri barəsində xoş söz deməyə tələsmədiyi bir zamanda onun kimi insanlar “Facebook”da çox azdır. Dostları təbliğ edir, gəncləri maarifləndirir, əhəmiyyətli məlumatları paylaşmaqdan yorulmur. Yaşadığı şəhərin ağrı-acısı onu da kədərləndirir, xoş sorağını sözə çevrib dostlarına çatdırmağa tələsir…

Dostluqda sədaqətli, məğrur, dərin zəkalı, yüksək zövqlü insandır. Hadisələri düzgün dəyərləndirməyi bacarır. Haqqı söyləməkdən, ədalətli mühakimə yürütməkdən çəkinmir. 
Nə isə, çox uzatmayım. Bayaqdan sizinlə adı Tanrının şəninə söylənən "Bismillahir Rəhmanir Rəhim"dən götürülən Rəhman Orxandan danışırdım. İndi də söz sizindir. Mən deyə bilmədiklərimi siz deyin. Axı insanlara xoş söz demək, özü də bir qəhrəmanlıqdır…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan


Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər