Modern.az

Məmmədyarov həmsədrlərlə görüşdü

Məmmədyarov həmsədrlərlə görüşdü

20 İyun 2019, 08:13

Vaşinqtonda rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov  ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva özünün “Twitter" səhifəsində yazıb.

Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Endryu Şofer, Stefan Viskonti ilə görüşündə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib.


Qeyd edək ki, bu gün həmsədrlərin iştirakı ilə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər