Arxiv
27 İyun 2019, 08:10 | DİASPOR
Niderlandda Azərbaycanı təmənnasız təbliğ edən soydaşımız

Onu çoxdan tanıyıram, uşaq yaşlarından. Yaxınlıqdakı məhəllədə yaşayırdı. Mədəni, tərbiyəli bir yeniyetmə kimi qonşular arasında hörmət qazanmışdı. Səliqəli geyinməyi, özünə fikir verməyi xoşlayırdı. Sonradan atalarımız başqa bir mikrorayonda, eyni binada mənzil alsalar da, onunla nadir hallarda görüşərdik. Səhv etmirəmsə, ailə qurduqdan sonra Bakıda məskunlaşmışdı. Bu yaxınlarda xəbər tutdum ki, on səkkiz ildir Nederland Krallığında yaşayır. Azərbaycan naminə xeyli işlər görüb...

Haqqında söhbət açdığım Elxan Mirhəşimli 1966-cı ildə Qubadlı rayonunda doğulsa da, üç aylıq körpə olanda valideynləri ilə Sumqayıta köçüb. Səkkizinci sinifədək şəhərin 14 nömrəli məktəbində oxuyub, orta təhsilini isə 27 nömrəli məktəbdə başa vurub. 1983-1991-ci illərdə indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin axşam şöbəsində ali təhsil alıb. Eyni zamanda, 1984-1991-ci illərdə Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyində çalışıb. Arada iki il əsgəri xidmətini keçib. 1991-2001-ci illərdə isə bizneslə məşğul olub…

…Ömür-gün yoldaşı Lətifə xanım ixtisasca mühəndisdir. Üç övladı var. Böyük oğlu Mirələkbər 28, qızı Mədinə xanım 27, üçüncü övladı Aidə xanım isə 13 yaşındadırlar…


O, 2001-ci ildən ailəsi ilə birlikdə Niderlandda yaşayır. 2002-ci ildən ictimai fəaliyətlə məşğul olur. 2013-cü ildən “Niderlandda Azərbaycan Mədəniyyət Evi” təşkilatını yaradıb. Bir neçə idir ki, Azərbaycan mədəniyyətini, tarixini, mətbəxini, dilini bu ölkədə təbliğ edir. Azərbaycanın ağrılı yeri olan Qarabağ həqiqətlərini avropalılara çatdırmağa çalışır.


2015-ci ildə Niderlandın Frisland bölgəsinin Bilds bələdiyyəsində "Xocalıya ədalət" konfransının keçirilməsinə nail olub. Niderlanddın Herenven şəhərində isə "Xocalıya ədalət" fotosərgisini təşkil edib. Brüsseldə, Haaqada Ermənistan səfirlikləri qarşısında etiraz mitinqlərinin təşkilində yaxından iştirak edib. Tez-tez yerli siyasi partiyaların rəhbərləri ilə görüşüb ölkəmizə qarşı ikili siyasət yürütdüklərinə etirazını bildirir. Bütün bunlar onun Azərbaycan naminə gördüyü işlərin bir hissəsidir. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsindən maliyələşən, amma təşkil etdikləri tədbirləri öz adlarına çıxan bəzi soydaşlarımızdan fərqli olaraq o, həyata keçirdiyi tədbirlərin hər birini öz maddi vəsaiti hesabına ərsəyə gətirib. Və heç bir vaxt xidmətlərinə görə dövlətdən təmənnası olmayıb…


Arzuları çoxdur. Qarabağın tezliklə işğaldan azad olunması arzularının ən böyüyüdür. Övladlarının yüksək təhsilə yiyələnməsini istəyir. Şahmat oynamağı xoşlayır. Torpaqla ünsiyyətdə olmaqdan yorulmur. Evinin həyətyanı sahəsində xeyli meyvə ağacı, qızılgül kolları əkib. Ağaclarda alma, armud, gilas meyvələrini, tənəklərdə yetişən üzüm salxımlarını göstərib, bütün bunlardan zövq aldığını dilə gətirir…

Bir sözlə, bu dəfəki söhbətimin qəhrəmanı uşaqlıq illərində necə saf, səmimi, mehriban, vətənpərvər idisə, hələ də həmin keyfiyyətləri özündə qoruyub saxlaya bilib. 

Bu gün, iyunun 27-si Azərbaycanı canı qədər əziz bilən bu gözəl insanın doğum günüdür. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat, Azərbaycan naminə gördüyü işlərdə səbr, əzmkarlıq və uğur arzulayıram. 
Heç bir təmənna güdmədən, qürbətdə yaşayaraq özünü Azərbaycana həsr edən soydaşlarımıza Tanrı yar olsun!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
23 iyul tarixinin nə günahı var? 23 İyul 2019, 00:45 Çempionlar Liqasında II təsnifat mərhələsi başlayır 23 İyul 2019, 00:29 Bərdədə iki azyaşlı uşaq xəstəxanaya atılıb 23 İyul 2019, 00:13 26 il işğalda qalan Ağdam... 23 İyul 2019, 00:02 Azərbaycan nefti bahalaşdı 22 İyul 2019, 23:42 Gürcüstanda 4 bal gücündə zəlzələ 22 İyul 2019, 23:21 Bakıda bacısı təhqir edilən şəxs bıçaqlandı 22 İyul 2019, 23:02 Azərbaycanlı Ukrayna Ali Radasının deputatı seçildi 22 İyul 2019, 22:44 59 yaşın mübarək, Yunus Oğuz! 22 İyul 2019, 22:36 “Şüvəlan” fəaliyyətini dayandırdı 22 İyul 2019, 22:27 Azərbaycanın 6 atleti mübarizəni dayandırdı 22 İyul 2019, 22:13 Bu ölkələrə 10,5 milyon avro yardım edilir 22 İyul 2019, 21:58 87 dövlət əmlakı hərraca çıxarıldı 22 İyul 2019, 21:43 Azərbaycan komandası ilk oyunda uduzdu 22 İyul 2019, 21:29 Əli Babacanın  partiyasında bu şəxslər təmsil olunacaq 22 İyul 2019, 21:14 Nazir səfirlə müzakirə  apardı 22 İyul 2019, 20:59 “Bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır” - Əli Həsənov 22 İyul 2019, 20:44 Prezident mühüm qanunu imzaladı 22 İyul 2019, 20:29 Hacıqabulda 5 otaqlı ev yandı 22 İyul 2019, 20:16 Arvadını qətlə yetirən şəxsin istintaqı yekunlaşdı 22 İyul 2019, 20:01 "Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir" - Mübariz Qurbanlı 22 İyul 2019, 19:45 Azərbaycan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulur 22 İyul 2019, 19:35 Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ 22 İyul 2019, 19:30 İki qadın güləşçimiz gümüş medal qazandı 22 İyul 2019, 19:25 “Akkord” dezinformasiyalara aydınlıq gətirdi   22 İyul 2019, 19:16 Baş Prokurorluq jurnalistləri təbrik etdi 22 İyul 2019, 19:05 Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Fuad Ələsgərov şərh edir 22 İyul 2019, 18:56 Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli? 22 İyul 2019, 18:47 “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir” - Əfqan Abdullayev 22 İyul 2019, 18:38 BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib - FOTO 22 İyul 2019, 18:27 Prezident həmkarını təbrik edib 22 İyul 2019, 18:18 Ana 9 yaşlı oğlunu döydü, uşaq evdən qaçdı - FOTO   22 İyul 2019, 18:09 “Nar” yarışma keçirdi 22 İyul 2019, 18:00 Lənkəranda tank əleyhinə mina aşkarlanıb - FOTO 22 İyul 2019, 17:50 "Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır" - Ceyhun Bayramov 22 İyul 2019, 17:42