Arxiv
30 İyun 2019, 10:49 | HADİSƏ
Səhiyyə Nazirliyindən baş həkimin döyülməsilə bağlı AÇIQLAMA

İyunun 27-dən 28-nə keçən gecə Füzulinin Böyük Bəhmənli kəndində daşla silahlanmış 35-40 nəfər Rayon Mərkəzi Xəstəxanasının baş həkim Natiq Şükürovun evinə basqın edərək pəncərələri qırıb, onun oğlu və qaynını döyüblər.

 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, hadisə polis nəzarətindədir:

“Artıq baş həkim hüquq mühafizə orqanlarına müraciət edib. Hazırda araşdırmalar gedir, ona görə də prosesin gedişi barədə daha detallı açıqlama verə bilmərik”.

 

Rəsmi məlumatda qeyd olunub ki, araşdırmalar yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, N.Şükürov başına gələnləri virtualaz.org-a danışıb. Bildirib ki, həmin gün təxminən gecə saat 12-də “VAZ 2107” ilə “Qazel” markalı maşın toqquşub, 4 nəfər yaralanıb.

“Mən ayın 20-dən məzuniyyətdəyəm. Gecə həkim Niyazi Əliyev zəng vurub hadisə ilə bağlı mənə məlumat verdi. Məzuniyyətdə olmağıma baxmayaraq, dərhal müavinim Soltan Əliyevə, cərrahiyyə şöbəsinin müdiri Əhəd Məmmədova, reanimasiya şöbəsinin müdiri Ruhəngiz Quliyevaya, təcili yardım şöbəsinin müdiri Arzu Şəfiyevaya, rentgen, UZİ həkimlərinə məlumat verib xəstəxanaya çağırdım. Həkimlər gecə saat 2-dək yardım göstərib, xəstələri vəziyyətdən çıxarıblar. Dedilər ki, “07”nin sürücüsü sərxoş olub, kəllə-beyin travması alıb. Onu Füzuli Rayon Diaqnostika Mərkəzinə göndərdik ki, KT müayinəsi olsun, nəticələrə uyğun qərar verilsin, lazım olarsa Bakıdakı xəstəxanaların birinə köçürülsün”.

Hücumla bağlı baş həkimi elə Diaqnostika Mərkəzinin həkimləri məlumatlandırıblar, deyiblər ki, ehtiyatlı olsun:

“Mən məzuniyyətdə olsam da, baş həkimi əvəz edən müavinim xəstəxanadaydı. Niyə məhz mənə hücum edəcəklərinə anlam verə bilmədim, fikirləşdim ki, yaxınları xəstələrin vəziyyətindən narahatdılar, ona görə də aqressiv davranırlar. Çünki həkimlərimizin təhqir edilməsi, döyülməsi tez-tez baş verir, çox zaman şikayətçi də olmuruq. Amma gələnlərin hamısı cavanlar idi. Sonradan bildim ki, aralarında narkotik satışına görə həbsdə yatanlar, sərxoş olanlar da varmış. Bəziləri sonradan dedilər ki, küyə düşüb gəliblər, sərxoş olduqları üçün hadisəni heç xatırlamırlar, xəstə yaxınları da deyillər. Bir-iki nəfər hasarı aşmağa cəhd etdi, amma həyətdəki itin qorxusundan geri qayıtdılar”.

Hadisə zamanı N.Şükürovun ailə üzvləri evdə olsalar da, Tibb Universitetinin 5-ci kursunda təhsil alan, tətil olduğu üçün kəndə dönən oğlu Araz Şükürov təsərrüfat sahəsindəymiş. Atasına hücum edildiyini öyrənən kimi evə qayıdırmış. “Yolda kənd sakini Yasin Süleyman oğlu İsmayılovun başçılığı ilə 15-ə yaxın şəxs maşının qarşısını kəsib, oğlumu və qayınımı döyüblər. Qonşular köməyə gəlib, oğlumu maşına mindirərək qaçıra biliblər. Araz ağır kəllə-beyin travması alıb, hazırda müalicə olunur”.

N.Şükürov hadisə ilə bağlı polisə şikayət edib. O, evinə hücumun planlşdırıldığını, qəsdən təxribat törədildiyini iddia edir. Deyir ki, 2016-cı ildə baş həkim təyin olunub, Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. Bundan sonra ona qarşı hücumları başlayıb, sosial şəbəkələrdə təhqir edilir, barəsində mətbuata yanlış məlumatlar ötürülür. Bu il aprelin 24-dən 25-nə keçən gecə də maskalı şəxslər evinə hücum edib, onu bıçaqlayıblar. Yalnız təsadüf nəticəsində sağ qalıb. Amma hadisənin üstü indiyədək açılmayıb, heç kim saxlanılmayıb. Qəza baş verən günü xəstəxanada həkim olmaması, xəstələrə vaxtında tibbi yardım göstərilməməsi, xəstə yaxınlarının da məhz buna görə aqressivləşməsi iddiası da yalandır.

Qəza nəticəsində yaralananlardan biri akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, digəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna köçürülüb. Digər 2 nəfərin isə vəziyyəti yaxşıdır.

Hadisə ilə bağlı 3 nəfər saxlanılıb, araşdırma davam edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”  - İlham Əliyev 20 Yanvar 2020, 01:06 Qənirə Paşayeva  Əyyublu kəndində seçicilərlə görüşdü - FOTO 20 Yanvar 2020, 00:46 Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb 20 Yanvar 2020, 00:21 "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub" - Mehriban Əliyeva 20 Yanvar 2020, 00:12 30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR 20 Yanvar 2020, 00:07 30 illik qürur tarixi: Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir 20 Yanvar 2020, 00:01 "Tələsmədən işləməliyik" 19 Yanvar 2020, 23:57 Hərbiçilər hökumətin pensiya islahatlarına qarşı   19 Yanvar 2020, 23:41 Azay Quliyev bir gündə üç böyük görüş keçirdi  - FOTOLAR 19 Yanvar 2020, 23:18 YAP-ın Sumqayıtdan olan  namizədi seçicilərlə NƏRD oynadı  - FOTO 19 Yanvar 2020, 22:43 İran meyitləri Ukraynaya təhvil verdi 19 Yanvar 2020, 22:22 İqbal Məmmədov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 22:08 Hindistanda K-4 ballistik raketi sınaqdan keçirilib 19 Yanvar 2020, 21:45 Hicran Hüseynova seçicilərlə görüşdü - FOTOLAR 19 Yanvar 2020, 21:22 Deputatlığa namizəd Rövşən Sadıxov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 21:03 Tovuzda yanacaq doldurma məntəqəsinə basqın 19 Yanvar 2020, 20:47 Fəzail Ağamalı seçicilərlə görüşdü - VİDEO 19 Yanvar 2020, 20:31 Çində güclü zəlzələ 19 Yanvar 2020, 20:19 İqbal Məmmədov şəhid ailələrinə baş çəkdi - FOTOLAR 19 Yanvar 2020, 20:01 Novruz Aslanov daha iki kənddə seçicilərinin görüşünə gəldi 19 Yanvar 2020, 18:42 MSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb” 19 Yanvar 2020, 18:38 Salyanda 52 yaşlı kişinin meyiti tapılıb 19 Yanvar 2020, 18:02 MSK DSK-nın qərarını ləğv edib 19 Yanvar 2020, 18:00 Tanınmış meyxanaçının bacısı oğlu özünü asıb 19 Yanvar 2020, 17:57 Dövlət Sərhəd Xidmətinin rəisi: “Azərbaycan və İran arasında yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması barədə müzakirə aparılır” 19 Yanvar 2020, 17:43 Musa Qasımlı şəhid ailəsinə baş çəkib 19 Yanvar 2020, 17:35 İstanbulda 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR 19 Yanvar 2020, 17:14 Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb 19 Yanvar 2020, 16:58 Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir 19 Yanvar 2020, 16:49 Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib 19 Yanvar 2020, 16:37 Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVAB 19 Yanvar 2020, 16:27 Musa Quliyev şəhid ailələrini ziyarət etdi 19 Yanvar 2020, 16:11 “WhatsApp” növbəti dəfə çökdü - PROBLEM HƏLL EDİLDİ 19 Yanvar 2020, 16:09 Sahibə Qafarova seçiciləri ilə görüşüb 19 Yanvar 2020, 15:42 Rayonlarda yarım metrdən çox qar var: Bakı sakinləri, gedə bilərsiniz 19 Yanvar 2020, 15:07
SORĞU Yeni parlamentdə kimlər olsun?