Arxiv
4 İyul 2019, 14:26 | ƏDƏBİYYAT
Musa Yaqubun ailəsindən AÇIQLAMA: “Kişi sağdır…”

Bir qədər öncə sosial şəbəkələrdə və bəzi saytlarda Xalq şairi Musa Yaqubun vəfat etməsi barədə xəbər yayılıb.

Modern.az xəbəri dəqiqləşdirmək üçün şairin ailəsilə əlaqə saxlayıb.

M.Yaqubun gəlini Gülər Yaqubova Modern.az-a açıqlamasında faktı təkzib edib:

“Hazırda Musa müəllim rayondakı evindədir. Həkim də bu dəqiqə onu massaj edir. Bu məlumatları dəqiqləşdirmədən niyə yazırlar anlamıram?!”.

G.Yaqubova deyib ki, şairin yanında həkim olduğu üçün danışmaq imkanı yoxdur.

Musa Yaqub 1937-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay Pedaqoji Məktəbini bitirdikdən sonra 1957-1958-ci illərdə Tircan kənd orta məktəbində müəllim, 1958-1967-ci illərdə Buynuz kənd ibtidai məktəbində müəllim və məktəb direktoru işləyib.

1967-1973-cü illərdə o vaxtkı Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində qiyabi təhsil alıb. Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin direktoru kimi pedaqoji fəaliyyətini davam etdirib. Bakıya köçəndən sonra 1974-1978- ci illərdə Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifələrində çalışıb. 1978-ci ildən İsmayıllı rayonunun "Zəhmətkeş" qəzetinin redaktoru olub.

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayan Musa Yaqub Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərdə iştirak edib. 1979-cu ildə Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri, həmçinin İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. Ədəbi fəaliyyətinə görə M.F.Axundov adına mükafata layiq görülüb.

1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair, 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2004-cü ildən Söz Azadlığını Müdafiə Fondunun sədridir.

Şairin Azərbaycanda və xaricdə ümumilikdə 17 kitabı işıq üzü görüb.

Musa Yaqub 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülüb.

Şair parkinson xəstəliyindən əziyyət çəkir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda evdən 20 min manat oğurlanıb 16 Dekabr 2019, 12:29 Dövlət orqanlarında vəzifə tutan deputatlar yenə namizəd olacaqlar?.. 16 Dekabr 2019, 12:18 Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza”nın tətbiq olunur 16 Dekabr 2019, 12:17 Yaqub Mahmudov saytları məhkəməyə VERƏCƏK 16 Dekabr 2019, 12:15 Göyçayda oğrular “iş başında” yaxalandı - FOTO 16 Dekabr 2019, 12:09 Sarkisyan istintaqda eks-nazirlə üzləşdirildi 16 Dekabr 2019, 12:03 Polis daha 57 şübhəlini SAXLADI 16 Dekabr 2019, 12:00 Azərbaycan-Gürcüstan enerji sistemləri optik kabellə əlaqələndirildi - VİDEO 16 Dekabr 2019, 11:55 Şirməmməd Hüseynovun məzarı ziyarət edildi - FOTO 16 Dekabr 2019, 11:49 Beyləqanda həbs edilən polkovniki BURAXDILAR 16 Dekabr 2019, 11:43 Nazirlikdən pensiyaçılara XƏBƏRDARLIQ   16 Dekabr 2019, 11:38 Fransada azərbaycanlıların elmi diasporu yaradıldı 16 Dekabr 2019, 11:30 Bakıda intihar edən məmurla bağlı cinayət işi AÇILDI 16 Dekabr 2019, 11:24 Beyləqan İcra Hakimiyyətindən həbs olunan polkovniklə bağlı AÇIQLAMA 16 Dekabr 2019, 11:23 Daha 86 şəhidin 132 vərəsəsinə birdəfəlik ödəmə veriləcək 16 Dekabr 2019, 11:22 Dünyanın ən zəngin azərbaycanlısı 5 gündə 600 milyon dollar QAZANDI 16 Dekabr 2019, 11:16 İsa Sadıqov Əli İnsanova qoşuldu - İki nəfər sabiq nazirdən AYRILDI 16 Dekabr 2019, 11:15 Lökbatanda Uşaq Yaradıcılıq Mərkəzində partlayış olub - Müəllim yaralanıb 16 Dekabr 2019, 11:13 Bakıda məşhur məmur vəfat etdi - FOTO 16 Dekabr 2019, 11:07 “İcbari tibbi sığorta tətbiq edilənədək sənədsiz evlər məsələsi həll olunmalıdır” - Deputat 16 Dekabr 2019, 10:58 Nazirlik Qusardakı kütləvi zəhərlənmə ilə bağlı məlumat YAYDI 16 Dekabr 2019, 10:55 Ərdoğan ABŞ və Rusiyanı İTTİHAM ETDİ 16 Dekabr 2019, 10:50 İcra Hakimiyyətinin şöbə müdiri ÖZÜNÜ ASDI- FOTO 16 Dekabr 2019, 10:44 Sabunçuda yollar “güldü, çiçəkdi”... - FOTOLAR 16 Dekabr 2019, 10:42 Bibiheybətdəki çökən yol yenidən qurulacaq - LAYİHƏ 16 Dekabr 2019, 10:40 Qusarda kütləvi ZƏHƏRLƏNMƏ 16 Dekabr 2019, 10:36 Bakıda 7 nəfər liftdə qalıb 16 Dekabr 2019, 10:35 Apteklərdə satılan “Foden” qida əlavəsi saxtalaşdırılırmış 16 Dekabr 2019, 10:31 Elmar Qasımov şagirdləri ilə görüşüb - FOTO   16 Dekabr 2019, 10:30 Bakıda nənə və nəvəsi dəm qazından boğulub 16 Dekabr 2019, 10:21 Cocuq Mərcanlıya marşrut xətti AÇILIR 16 Dekabr 2019, 10:15 İcra başçısı şəhər gəzintisinə çıxıb - FOTOLAR 16 Dekabr 2019, 10:08 “Əlif Hacıyev - Qarabağın cəngavəri” filmi nümayiş etdirildi 16 Dekabr 2019, 09:44 Bakıda evdən meyit tapıldı 16 Dekabr 2019, 09:31 Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq! - XƏBƏRDARLIQ 16 Dekabr 2019, 09:23