Modern.az

Məhəmməd Kəngərlinin həyat yoldaşı vəfat etdi

Məhəmməd Kəngərlinin həyat yoldaşı vəfat etdi

Allah rəhmət eləsi̇n

5 İyul 2019, 15:18

Məhəmməd Əmin Rəsulzadənin silahdaşı, Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış mərhum Məhəmməd Kəngərlinin həyat yoldaşı Sabiha xanım bu gün vəfat edib.

Modern.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər məlumat paylaşıb.


Qeyd edək ki, əslən Azərbaycanın Tərtər rayonundan olan Məhəmməd Kəngərli M.Ə. Rəsulzadə tərəfindən qrbətdə yaradılmış Azərbaycan Milli Mərkəzinə rəhbərlik etmiş, Azərbaycan Mədəniyyət Cəmiyyətində (Kültür Dərnəyi) fəaliyyət göstərərək, uzun müddət sədr vəzifəsini yerinə yetirmiş, Azərbaycan Müsavat Partiyasının mühacirətdəki liderlərindən biri olmuşdu. 

1980-cı illərin ortalarından başlayaraq ermənilərin Azərbaycana qarşı təcavüzkar əməlləri Kəngərlini ən çox narahat edən məsələlərdən idi. O, Azərbaycana qarşı tətbiq olunan infiormasiya blokadasının qırılması, Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə və oradan da dünyaya yayılması üçün böyük işlər görüb.

Azərbaycan diasporunun ağsaqqallarından olan Məhəmməd Kəngərlinin cənazəsi 22 avqust 2006-cı il tarixində Ankara Karşıyaka qəbristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?