Arxiv
6 İyul 2019, 08:46 | MƏDƏNİYYƏT
Sofa xanım küsdü getdi...

..Sonuncu dəfə onunla görüşəndə sınıxmışdı, elə bil birdən-birə qocalmışdı. Gözlərində işıq yerinə  kədər vardı...

Küsmüşdü... hamıdan, həyatdan, doğma teatrından...

İşdən çıxarılmağıyla hələ də barışa bilmirdi. “Bacarığımı, yerişimi, ağlımı itirməmişəmsə, onda məni niyə səhnədən atsınlar? Demirəm, gənc qız obrazları oynayım. Yaşıma görə rollar versinlər! Axı mən sənətə, bu teatra canımı qoymuşam..!”

Haqlıydı. Sofa xanım hələ tələbəykən -18 yaşından Akademik Milli Dram Teatrının səhnəsinə çıxmışdı. Bu səhnədə yüzdən çox obraz yaratmışdı. Nisə xanım, Sevər, Səadət, Gülgün, Tanya, Gülsabah, Gülnisə, Madmazel Kuku, Məryəm, Sənubər... Hamısı da bir-birindən fərqli...

Rafiq Əzimov (Xalq artisti):

- Sofa xanım obrazdan obraza elə başqalaşırdı ki, onu tanımaq olmurdu. “Otello”da Biyankanı oynayırdı. Onun gülüşləri... O qədər şaqraq gülürdü ki! O səs hələ də qulaqlarımdadır! “Qəribə adam ”əsərindəki Nihal obrazı... tamam başqa bir insan olurdu, səsi, yerişi fərqli. “Göz həkimi”ndə İradə rolunu Sofa xanım da oynayırdı, Hökümə Qurbanova da. Qəribədir, hər ikisi eyni rolu oynayırdılar, eyni paltarı geyinirdilər, eyni sözü deyirdilər, amma yaratdıqları obrazlar bir-birinə bənzəmirdi...

Sofa Bəsirzadə aktrisa olmaqdan ötrü nələrə qatlaşmamışdı!

Ailədə hamı onun həkim olmağını istəyirmiş. Elə özü də. Bir günsə, hər şey dəyişir. Sofa xanım o günləri belə xatırlayardı:
““Kommunist” küçəsiylə gedirdim. Birdən gözüm divara yapışdırılan elana sataşdı. Oxudum, gördüm, aktyor qəbul eləyirlər. Fikirləşdim ki, bəlkə, özümü sınayım? Bir yandan qorxurdum, bilirdim, evdə mənim aktrisa olmağıma heç kəs razılıq verməyəcək. Bir yandan da, bu sənətə içimdəki gizli maraq, sevgi “get, özünü sına”- deyirdi. Axır ki, qərar verdim...
İçəri girəndə gördüm, dörd kişi oturub, gələnləri imtahan eləyir. Demə, bunlar Adil İsgəndərov, Abbas Mirzə Şərifzadə, Rza Təhmasib, bir də Səməd Mərdanovmuş. O vaxt onları tanımırdım. Dedilər, bir şeir de, mən də Süleyman Rüstəmin “Çapayev” əsərindən bir parça dedim. Sonra bir-iki sual da verdilər. Bildiyim də oldu, bilmədiyim də. Adil İsgəndərov məni başdan-ayağa süzdü. Deyəsən, boy-buxunum, görünüşüm xoşuna gəlmişdi...”

Beləcə, Sofa xanım 1936-cı ildə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbinə daxil olur. Amma ailəsinin bundan xəbəri yoxumuş. Evdə hamı elə bilir ki, Sofa xanım Tibb texnikumunda oxuyur. Bir günsə sirr açılır. “Atam rəhmətə getmişdi. Bizə dayım böyüklük eləyirdi. Dayım teatr məktəbində oxuduğumu biləndə məni elə möhkəm döymüşdü ki, düz üç gün üzüstə yatdım. Dedi, teatrı ancaq yuxunda görərsən. Məsələ gedib Rza Təhmasibə çatdı. Bir gün Rza Təhmasib evimizə gəldi, dayıma dil tökdü ki, Sofa çox istedadlıdı, onu bu sənətdən uzaqlaşdırmaq günah olar. Uzun get-gəldən sonra dayım razılıq verdi. Amma mənimlə şərt kəsdi: əgər tez bir zamanda məşhurlaşmasan, səni məktəbdən çıxaracam!”

Sofa xanımsa təkcə teatr səhnəsində yox, həm də kinoda məşhurlaşdı. Hələ ikinci kursda oxuyanda “Yeni qarizond” filmində şəfqət bacısı roluna çəkildi. Sonra daha neçə film... “Görüş”, “Qara daşlar”, “Dəli Kür”, “Yol əhvalatı”, “Bəxtiyar”, “Bizim Cəbiş müəllim”, “Aygün”, “Əhməd haradadır?”, “Qorxma, mən səninləyəm” kimi filmlərdə fərqli obrazlar yaratdı, tanındı. Amma teatr ona daha doğmaydı, 60 ildən çoxuydu ki, bu sənətə sevgisini, ürəyini qoyurdu. Nə qədər görüşlərdə, qastrollarda olmuşdu, hərəsi bir xatirə...

Rafiq Əzimov(Xalq artisti):

- Onunla qastrollarda çox olmuşam. Bəzən qastrola gedəndə oğlanlarını – Camalı, Kamalı da özüylə aparırdı, çox ailəcanlıydı. Həyat yoldaşı Soltan rəhmətə gedəndən sonra ailənin bütün yükü onun çiyinlərindəydi........


Bir dəfə neft daşlarına getməliydik. İsmayıl Dağıstanlı, Mirvari Novruzova, Sofa xanım, teatrdakı gənclər- hamımız yığışmışdıq.  Əvvəlcə teatrın avtobusuyla Pirallahıya getdik. Ordansa bizi vertolyotla Artyoma aparmalıydılar. Vertolyot yavaş-yavaş qalxdı, biz də pəncərədən aşağı baxırdıq. Qəfildən Mirvari xanım yanındakı boş yerə baxıb qışqırdı: aaa...bəs, Sofiçka hanı?! Sonra başladı pilotun üstünə qışqırmağa ki, saxla, hara sürürsən, Sofiçka yerdə qalıb. Sən demə, Sofa xanımın başı nəyəsə qarışıb, vertolyota minə bilməyib. Nəysə, neft daşlarına çatdıq, neftçilərlə görüşdük. Bizimlə qəzetdən müxbir, fotoqraf da getmişdi. Fotoqraf istədi neftçilərlə bizim şəklimizi çəksin, Mirvari xanım razı olmadı. Dedi, Sofiçka gəlməsə, heç kəs şəkil çəkdirməyəcək.  Hamımız oturub Sofa xanımı gözlədik. Axır ki, Sofa xanım başqa bir vertolyotla gəlib çıxdı.

Elə qazandığı bu sevgiydi onu Sofa xanım eləyən. Əslində, adı Sofiya olsa da, sənət dostları ona “Sofa xanım ” deyirdi. Çox vaxt afişalarda da adı belə yazılırdı...

...Sofa xanım sənətini o qədər sevirdi ki, Akademik Milli Dram Teatrından ayrılandan sonra da səhnəsiz qala bilmədi. Ömrünün son illərini Bakı Bələdiyyə Teatrında çalışdı. Amma hələ də ürəyində doğma teatrın nisgili, ağrısı vardı. Elə bu nisgillə də 2000-ci ildə dünyadan küsdü... getdi... 

2014, fevral

Səfurə Çərkəzqızı,
“Sevdalılar" kitabı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə polisi 217 cinayətkarı saxladı 21 İyul 2019, 00:36 Polis gücləndirilmiş rejimə keçdi 21 İyul 2019, 00:16 Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır 21 İyul 2019, 00:03 Bakıda restoranda kütləvi dava: yaralılar var 20 İyul 2019, 23:46 Qaz stansiyasındakı partlayışda 12 nəfər öldü 20 İyul 2019, 23:31 İstanbulda yaxta belə alovlandı - VİDEO 20 İyul 2019, 23:14 Tovuzda dönərdən zəhərlənmə 20 İyul 2019, 22:55 18 “Taliban”  döyüşçüsü öldürüldü 20 İyul 2019, 22:37 551 şahmatçının yarışı yekunlaşır 20 İyul 2019, 22:21 6 ayda 146 nəfər itkin düşdü 20 İyul 2019, 22:02 Qəzaya uğrayan təyyarə mağazaya çırpıldı 20 İyul 2019, 21:39 İsti hava 6 nəfərin həyatına son qoydu 20 İyul 2019, 21:24 Moskvada 12 min insan etiraza qalxdı 20 İyul 2019, 21:09 Astarada DTX polkovniki həbs edildi 20 İyul 2019, 20:51 2 273 namizəd məktəb direktorluğuna iddialıdır 20 İyul 2019, 20:19 Türkiyə diplomatlarını öldürənlər ələ keçirildi 20 İyul 2019, 20:02 Qusarda qoyun oğruları tutuldu 20 İyul 2019, 17:43 Dənizdə batdığı ehtimal edilən şəxsin axtarışları aparılır 20 İyul 2019, 17:15 Gömrük Komitəsinin sədri media ilə əlaqələri genişləndirmək istəyir 20 İyul 2019, 17:06 Bakıda yanğın - 6 nəfər təxliyə olundu 20 İyul 2019, 16:52 Yaqub Mahmudov jurnalistlərə təbrik ünvanladı 20 İyul 2019, 16:32 Gömrük 46 min dollarlıq telefonlara 28 min manat rüsum alıb - RƏSMİ 20 İyul 2019, 16:25 Bakıda “avtoşluq” edib sosial şəbəkələrdə yayan sürücü həbs edildi 20 İyul 2019, 16:16 Vilayət Eyvazov sıra baxışı keçirdi 20 İyul 2019, 16:14 Ekspert yay məktəblərinə qarşı çıxdı 20 İyul 2019, 15:26 Zakir Həsənov düşmənə zərbə endirməyi tapşırdı 20 İyul 2019, 15:17 Mirmahmud Mirəlioğlu Leyla Yunus haqda sərt DANIŞDI: “Erməni gəlini” 20 İyul 2019, 15:00 İlham Əliyev Belçika Kralını təbrik edib 20 İyul 2019, 14:38 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - YENİLƏNİB 20 İyul 2019, 14:09 Prezident onları mükafatlandırdı – 10  mindən 50 minə qədər... 20 İyul 2019, 13:46 Sabahın hava proqnozu – külək əsəcək 20 İyul 2019, 13:43 Taksi sürücüsünə 16 bıçaq zərbəsi vurub quldurluq etdilər  20 İyul 2019, 13:39 Milli Mətbuat günündə Azercell-dən hədiyyə! 20 İyul 2019, 13:34 Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan”  20 İyul 2019, 13:29 Şəmkir sakininin cibindən 5500 manat oğurlandı 20 İyul 2019, 13:28