Modern.az

Masallıda ağır QƏZA - 8 nəfər öldü

Masallıda ağır QƏZA - 8 nəfər öldü

9 İyul 2019, 09:03

Masallı rayonu ərazisində ağır yol qəzası baş verib. Modern.az saytı xəbər verir ki, yük maşınının "Mersedes Vito" markalı mikroavtobusla toqquşması çoxsaylı insan ölümünə səbəb olub.



Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, qəza nəticəsində 8 nəfər ölüb. 24 yaşlı qadın müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda reanimasiyadadır. 

 

İlkin məlumata görə, ölənlərin 2-si qadın, 3-ü kişi, digər 3-ü isə məktəb yaşlı uşaqdır.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü