Arxiv
9 İyul 2019, 10:20 | DİASPOR
Florida ştatına Allahın töhfəsi - Töhfə xanım…

Ailənin yeganə övladı olduğuna görə, valideynləri onun hərtərəfli yetişməsi üçün əllərindən gələni əsirgəməyiblər. Hələ dörd yaşı olanda Neft-Kimya Prosesləri İnstitutunda elmi kitabxananın müdiri işləmiş anası Rəhilə Məmmədova onu yazıçı Mirzə İbrahimovun qızı Sevda xanımın yanına aparıb. Və orta məktəbə gedənədək ondan fortepiano dərsləri alıb. Beş yaşından yeddi yaşınadək Yuri Qaqarin adına Pionerlər Evində balet dərnəyinə gedib. Orta təhsilini 1989-cu ildə Bülbül adına orta ixtisas musiqi məktəbində başa vurduqdan sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub. 1993-cü ildə ali təhsilini bitirərək, teatrşünas ixtisasına yiyələnib. 1992-2000-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində teatr və balet tarixi fənnindən dərs deyib…

1989-cu ildən ictimai fəaliyyətlə məşğuldur. “Azərbaycan Qadınlar Cəmiyyəti”nin fəal üzvlərindən biri olub. 1993-cü ildə Elmira Süleymanovanın rəhbərlik etdiyi “Qadın və İnkişaf Cəmiyyəti”nə dəvət alıb. Pedaqoji fəaliyyətlə yanaşı, 2000-ci ilədək həmin cəmiyyətdə ictimai əsaslarla sədr köməkçisi vəzifəsində çalışıb. Eyni zamanda “Mədəniyyət Fondu”nun nəzdində “Bazar Günü Məktəbi”nin direktoru olub. 2000-ci ildə ailə qurduqdan sonra Amerikaya köçüb…

…Ömür-gün yoldaşı Əgdər Eminov ixtisasca hüquqşünas olsa da, hazırda bizneslə məşğul olur. İki övladı var. Oğlu Aydın bu il Florida Beynəlxalq Universitetinə qəbul olunub, 18 yaşındadır. Qızı Nabat isə hələ ki orta məktəbdə oxuyur…

Haqqında söhbət açdığım Töhfə Eminova ABŞ-a gələndən sonra üç il ailəsi ilə birlikdə Kentuki ştatında məskunlaşıb. Orada olarkən Qərbi Kentuki Universitetində doqquz ay ingilis dili kurslarına gedib. 2003-cü ildən Florida ştatının Mayami şəhərində yaşayır. Bir müddət övladlarının tərbiyəsi ilə məşğul oduqdan sonra 2006-2008-ci illərdə “MedVance İnstitute”də cərrah köməkçisi ixtisasına yiyələnib. 2008-2012-ci illərdə plastik cərrahiyyə klinikasında öz ixtisası üzrə çalışıb. Bir ara verdikdən sonra, 2013-cü ildən indiyədək “Aventura Hospital and Medical Center”də cərrah köməkçisi işləyir…

İctimai işlərdə zəngin təcrübəsi olan Töhfə xanım necə deyərlər, əsl təşkilatçıdır. Amerikada uğur qazanandan sonra azərbaycanlıları axtarıb- aramağa başlayıb. Bir il gərgin axtarışlardan sonra nəhayət ki, Mayamidə yaşayan soydaşlarımızı bir araya toplaya bilib. Zəruriyyət yarandığından 2006-cı ildə “Floridada Azərbaycan Amerika Mədəniyyət Asossasiyası”nı təsis edib. Elə o vaxtdan da Azərbaycan naminə işlər görür. Sizə zarafat gəlməsin, bir sıra milli və rəsmi bayramlarımızın Florida ştatında rəsmən keçirilməsi üçün ştatın qubernatoru tərəfindən on beşə yaxın bəyənnamənin verilməsinə nail olub...

“Səhiyyə sahəsində çalışıram. Gərgin iş rejimim olmasına baxmayaraq, azərbaycanlı olduğumu unutmuram. Azərbaycanın daha çox tanınmasına səy göstərirəm. İstəyirəm ki, Azərbaycan deyiləndə amerikalılar zəngin mədəni irsi olan, qədim ənənəyəmalik bir ölkədən söhbət getdiyini anlasınlar” - Töhfə xanım deyir...

Xeyirxah əməlləri saymaqla tükənməz. O qədər yaxşı işlər görüb ki, mən onların mahiyyətini bir yazıya yerləşdirə bilmədim. Onunla söhbətimiz uzun çəkdi. Özündən soruşmağa utandım, amma kübar bir nəsildən olduğu aydın görünürdü. Necə deyərlər, həmsöhbətim əsl xanım idi. Mükəmməl tərbiyə aldığı, yüksək mədəniyyət sahibi olduğu davranışından hiss edilirdi. O qədər xoş təəssürat yaratdı ki, onun insanlığına, alicənablığına, dünya görüşünə, əqidəsinə, iti zəkasına, dərin təfəkkürünə heyran qaldım. Bəli, zadəgan doğulanlar dünyanın harasına getsələr də toplumdan fərqlənir, İlahi təyinatı şərəflə icra edirlər…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabah Azərbaycanda payız başlayacaq 22 Sentyabr 2019, 11:36 Mahir Emrelinin evini qarət edən şəxslər danışdı - VİDEO 22 Sentyabr 2019, 11:20 Ötən il dünyanın böhran regionlarında 29 milyon körpə doğulub   22 Sentyabr 2019, 10:50 Yaponiyada 400-dən çox aviareys təxirə salındı 22 Sentyabr 2019, 10:36 Qubanın dağlıq kəndlərinə qar yağıb 22 Sentyabr 2019, 10:32 Şirvanda transformator yanıb   22 Sentyabr 2019, 10:27 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək DƏYİŞİKLİK GÖZLƏNİLİR” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34 Güclü külək Goranboyda fəsadlar törətdi 22 Sentyabr 2019, 00:16 Tacikistanda rüs əsgərlərinə hücum edildi 21 Sentyabr 2019, 23:54 Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü 21 Sentyabr 2019, 23:09 Neftin bölüşdürülməsi problem yaratdı 21 Sentyabr 2019, 22:47 İran, Çin və Rusiya ilə birgə hərbi təlimlərə hazırlaşır 21 Sentyabr 2019, 22:33 Rektor tələbələrə daha 10 tövsiyə verdi 21 Sentyabr 2019, 22:10 Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı 21 Sentyabr 2019, 21:58 Gecə klubundakı atışmada 2 nəfər ölüb   21 Sentyabr 2019, 21:39 Albaniyada güclü zəlzələ: yaralılar var 21 Sentyabr 2019, 21:25 İcma sədrindən ATƏT-də Qarabağ çağırışı 21 Sentyabr 2019, 21:06 Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələri İstanbulda - FOTO                        21 Sentyabr 2019, 20:48 Bakıda dünya çempionatının qalibləri mükafatlandırılıb 21 Sentyabr 2019, 20:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 21 Sentyabr 2019, 20:18 Güclü külək Bakıda toz dumanı yaradıb 21 Sentyabr 2019, 20:01 “Topaz”dan texniki problemlə bağlı MÜRACİƏT 21 Sentyabr 2019, 19:07 Ermənistan Dilqəmlə Şahbazı azad edə bilər - Yerevan müzakirə aparır 21 Sentyabr 2019, 18:43 Bakıda küləyin sürəti 38 m/s-yə çatıb 21 Sentyabr 2019, 18:28 “Türk ocağı” Azərbaycanda bərpa olundu - Akif Aşırlı başqan seçildi - YENİLƏNİB 21 Sentyabr 2019, 17:51 Bakıda küçələrə atılan azyaşlıya görə cinayət işi açıl 21 Sentyabr 2019, 17:18 Ordumuzun bir hərbçisi həlak oldu 21 Sentyabr 2019, 17:14 Azərbaycanda 3030 boşanmış və 204 dul qalmış qadın yenidən ƏRƏ GEDİB 21 Sentyabr 2019, 17:00 Tokio-2020 Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI 21 Sentyabr 2019, 16:03 SOCAR küləklə əlaqədar 500-dən çox neftçini sahilə çıxarıb 21 Sentyabr 2019, 15:51 Koreya səfiri “Qobu Park”da köçkünlərə dəstək verməyə gəldi 21 Sentyabr 2019, 15:34 Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?! 21 Sentyabr 2019, 15:23