Modern.az

Sirkə gedən yol niyə bağlanıb? - “FHN-ə müraciət etmişdik..”

Sirkə gedən yol niyə bağlanıb? - “FHN-ə müraciət etmişdik..”

10 İyul 2019, 12:25

"Sirk yolunun sürüşmə səbəbindən  bağlanması xəbəri yalandır və həqiqəti əks etdirmir. Ümumiyyətlə, sirkin heç bir ərazisində sürüşmə zonası yoxdur".

 

Bu sözləri Bakı Dövlət Sirkinin məbuat xidmətinin rəhbəri Mahir Rəsuloğlu  Modern.az  saytına açıqlamasında  bildirib.

“Bilirsiniz ki, sirk teatr tamaşa müəssəsidir. Biz özümüz  dəfələrlə  FHN-nə müraciət etmişdik. Səbəbi isə odur ki, sirkə gələnlərin təhlükəsizliyi təmin edilsin. Təxminən 1 il yarım bundan qabaq FHN-nin əməkdaşları əraziyə baxış keçirəndə belə qərar verdilər ki, sirkin qarşı tərəfinə gedən yol sağ və sol tərəfdən məhdudlaşsın. Hal- hazırda hər şey yaxşıdır.  İndi sirkdə yaradıcı mövsüm bağlıdır”.

 

Jalə MEHDİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu