Modern.az

Tatarıstan Prezidenti Azərbaycana gəlir

Tatarıstan Prezidenti Azərbaycana gəlir

12 İyul 2019, 00:44

Tatarıstan Prezidenti Rüstəm Minnixanov iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün oktyabr ayında Azərbaycana işgüzar səfər etməyi planlaşdırır.

Modern.az  xəbər verir ki, bu barədə Kazan Kremlinin rəsmi nümayəndəsi Liliya Qalimova məlumat verib.

Daha əvvəl Azərbaycan tərəfi Minnixanova Tatarıstanla maşınqayırma sahəsində birgə müəssisələrin yaradılmasında maraqlı olduğunu bildirmişdi.

"Bu gün Tatarıstan və Azərbaycan arasında xarici ticarət dövriyyəsi $58 mln. təşkil edir, bu, çox azdır - münasibətlərimizin ən yaxşı dövründə bu rəqəm $200 mln.-a çatırdı. Biz razılaşdıq ki, prezident Minnixanovun Bakıya səfəri zamanı əməkdaşlığın inkişafı məsələsi müzakirə olunacaq. Səfər oktyabrın ikinci yarısına planlaşdırılıb", - deyə L.Qalimova qeyd edib. Tatarıstan prezidenti Rüstəm Minnixanov iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün oktyabr ayında Azərbaycana işgüzar səfər etməyi planlaşdırır. Bu barədə Kazan Kremlinin rəsmi nümayəndəsi Liliya Qalimova məlumat verib.

Daha əvvəl Azərbaycan tərəfi Minnixanova Tatarıstanla maşınqayırma sahəsində birgə müəssisələrin yaradılmasında maraqlı olduğunu bildirmişdi.

"Bu gün Tatarıstan və Azərbaycan arasında xarici ticarət dövriyyəsi $58 mln. təşkil edir, bu, çox azdır - münasibətlərimizin ən yaxşı dövründə bu rəqəm $200 mln.-a çatırdı. Biz razılaşdıq ki, prezident Minnixanovun Bakıya səfəri zamanı əməkdaşlığın inkişafı məsələsi müzakirə olunacaq. Səfər oktyabrın ikinci yarısına planlaşdırılıb", - deyə L.Qalimova qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü