Modern.az

37 azərbaycanlı Çində təhsil almaq imkanı qazandı

37 azərbaycanlı Çində təhsil almaq imkanı qazandı

18 İyul 2019, 16:23

Azərbaycanın Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında əməkdaşlığın nəticəsi olaraq, 2019-2020-ci tədris ili üzrə 37 nəfər azərbaycanlı gənc bu Çinin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.  

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 37 nəfərbu ölkənin “Peking University”, “Beijing Normal University”, “University of Science and Technology Beijing”, “Central China Normal University”, “Shanghai University of Finance and Economics”, “Fudan University” kimi ali təhsil müəssisələrində neft mühəndisliyi, proqramlaşdırma və kompüter elmləri, beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat (3 nəfər), magistratura (32 nəfər)  və doktorantura (2 nəfər) səviyyələri üzrə  təhsil almaq hüququ qazanıb.

 

Müvafiq təqaüd proqramı barədə elan cari ilin 21 yanvar tarixində Təhsil Nazirliyinin saytında verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi