Modern.az

Nazirlik bir qrup əlili “Duzdağ”a göndərdi

Nazirlik bir qrup əlili “Duzdağ”a göndərdi

Aktual

22 İyul 2019, 10:44

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan MR-dəki “Duzdağ” Fizioterapiya mərkəzinə yola salınıb. 

 

Modern.az xəbər verir ki, əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən tədbirlərin bir istiqaməti də onların sağlamlıqlarının bərpasına yönəlib. Bu  istiqamətdə aparılan işlər çərçivəsində nazirlik tərəfindən əliliyi olan şəxslərin xəstəlikləri nəzərə alınmaqla müvafiq müalicə müəssisələrində müalicə kursu keçmələri də təşkil olunur. “Duzdağ” Fizioterapiya mərkəzinə göndərilən şəxslərin xəstəliklərinin müalicəsi üçün həmin Fizioterapiya mərkəzində təbii resurslardan istifadə edilməklə səmərəli fizioterapevtik müalicə prosedurları tətbiq olunur.   



Yola salınan əlilliyi olan şəxslər onların sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda, tibbi-sosial reabilitasiyası, sağlamlıqlarının bərpası üçün aparılan işlərə görə minnətdarlıqlarını ifadə ediblər. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır