Arxiv
22 İyul 2019, 13:35 | AKTUAL
BDU hansı beynəlxalq reytinq agentliklərində təmsil olunur?   

Bakı Dövlət Universiteti dünya universitetlərinin reytinqini tərtib edən bir neçə beynəlxalq reytinq agentliklərinin siyahısında yer tutur. 

 

Modern.az xəbər verir ki, ilk olaraq 2010-cu ildə “QS World University Rankings” reytinqinə daxil olan universitet həm bu qurum, həm də növbəti illərdə əməkdaşlıq etdiyi digər bir neçə agentliyin siyahısında müxtəlif yerlərdə qərarlaşıb. 

 

“QS World University Rankings 2020”nin açıqlamasına görə, BDU dünyanın 20 min top universitetini araşdıran bu şirkətin siyahıya daxil etdiyi 1000 nüfuzlu universitet arasından seçilərək 801+ yerdə qərarlaşıb və ötən ildə olduğu kimi Azərbaycandan siyahıya düşən yeganə universitet olub. 

 

 

“QS World University Rankings” agentliyinin Şərqi Avropa və Mərkəzi Asiyanın İnkişaf etməkdə olan ölkələrinin reytinq siyahısında isə BDU 2014-ci ildən təmsil olunur və 2019-cu ilin nəticələrinə əsasən bu siyahıda 142-ci yerdə qərarlaşaraq Azərbaycan ali təhsil müəssisələrinə başçılıq edir. 

 

Bakı Dövlət Universiteti, eyni zamanda, 2010-cu ildən “University Ranking by Academic Performance: URAP”-ın siyahısında yer alır. Şirkətin 2018-2019-cu il nəticələrinə əsasən, BDU 2500 universitet arasında 2452-ci yerdədir. 

 

2010-cu ildən başlayaraq dünyanın 30 minədək ali təhsil müəssisəsini əhatə edən  "Webometrics"in siyahısında da yer alan BDU 2019-cu ilin nəticələrinə əsasən, 3634-cü yeri tutur. 

 

Universitetin təmsil olunduğu daha bir reytinq agentliyi "Round University Ranking"dir. BDU 2013-cü ildən etibarən bu reytinqə dünyanın ən yaxşı 750 universiteti ilə birlikdə daxil edilib və  2018-ci ilin nəticələrinə əsasən, bu qurumun siyahısında 686-cı yerdə qərarlaşıb. 

 

Bundan əlavə, BDU 2014-cü ildə etibarən “U-Multirank” tərəfindən 96 ölkə üzrə 1700 universitet arasında sünyanın ən yaxşı 800 universiteti siyahısında daxil edilib. 

 

Daha bir reytinq agentliyi - “Scimago İnstitutions Ranking” 2019-cu il nəticələrini açıqlayıb və Bakı Dövlət Universiteti bu reytinqdə də yer alaraq 817-ci yerdə qərarlaşıb. 

 

Qeyd edək ki, beynəlxalq reytinq agentlikləri, əsasən, tədris, tədqiqat fəaliyyəti, akademik reputasiya, universitetdə məşhur professorların və Nobel mükafatı laureatlarının sayı, istinadların sayı, universitetdə xarici tələbə və müəllimlərin sayı, beynəlxalq aktivlik, işəgötürənlərin rəyi və məzunların karyera potensialı, məzunların işlə təmin edilməsi kimi meyarlara diqqət verir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hərbi bazaya silahlı hücumda 5 gürcü əsgər yaralandı 12 Dekabr 2019, 00:48 Mehriban Əliyeva Heydər Əliyevi belə yad etdi 12 Dekabr 2019, 00:32 Bakıda 31 yaşlı kişi bıçaqlandı 12 Dekabr 2019, 00:14 Heydər Əliyevin anım günüdür - VİDEO 12 Dekabr 2019, 00:00 PSJ - "Qalatasaray" matçından öncə qarşıdurma  - VİDEO 11 Dekabr 2019, 23:44 YÖS, ALES, SAT və İELTS nəticələrində inqilab edəcək tədris mərkəzi – Uğur sirri 11 Dekabr 2019, 23:31 FED uçot dərəcəsini dəyişmədi 11 Dekabr 2019, 23:17 Azərbaycan neftinin qiyməti dəyişib 11 Dekabr 2019, 22:58 Bakı metrosunda qorxulu anlar - VİDEO 11 Dekabr 2019, 22:45 Qarabağda döyüşən qadınlar haqqında ən gözəl kitabın müəllifi 11 Dekabr 2019, 22:29 Ərdoğanla Putin Suriyadakı durumu müzakirə etdi 11 Dekabr 2019, 22:19 Hulusi Akara qarşı məhdudiyyətlər 11 Dekabr 2019, 21:53 Qatil məhkəmənin tavanından qaçmaq istədi - VİDEO 11 Dekabr 2019, 21:36 İrandan ABŞ-ın sanksiyalarına cavab 11 Dekabr 2019, 21:21 Davudoğlu partiyasının adını açıqladı 11 Dekabr 2019, 21:07 Lvov meri Azərbaycan diaspor rəhbəri ilə müzakirə apardı - FOTO 11 Dekabr 2019, 20:52 "Oyun daha çox "Qarabağ" üçün əhəmiyyətlidir" - Rəqib baş məşqçi 11 Dekabr 2019, 20:44 Azay Quliyev Oktay Gülalıyevdən yazdı - FOTO 11 Dekabr 2019, 20:30 Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək 11 Dekabr 2019, 20:17 AŞPA-nın həmməruzəçiləri Azərbaycana gəlir 11 Dekabr 2019, 20:03 Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb 11 Dekabr 2019, 19:51 “Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir” 11 Dekabr 2019, 19:45 Komitə sədri: “ Heydər Əliyev strategiyası uğurla davam etdirilir” 11 Dekabr 2019, 19:33 İstanbulda FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən daha 22 nəfər saxlanıldı 11 Dekabr 2019, 19:26 Qroznı şəhərinin polis rəisi ABŞ-ın “qara siyahı”sına düşdü 11 Dekabr 2019, 19:16 UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada anşlaqla qarşılanıb 11 Dekabr 2019, 18:53 Yunis Səfərov və digərlərinin cinayət işi icraata verilib 11 Dekabr 2019, 18:41 Ağstafada 7 nəfəri güllələyən şəxsin məhkəməsi başlayır 11 Dekabr 2019, 18:22 İsrail Knesseti özünü buraxmaq barədə qərar qəbul etdi 11 Dekabr 2019, 18:15 Bakıda 91 yaşlı qadının evinə basqın edildi 11 Dekabr 2019, 18:08 Qorxmaz Hüseynov iki rayonun sakinlərini qəbul etdi - FOTO 11 Dekabr 2019, 17:58 Üç dostun dağlara gedən yolu - “Dağlar Günü”nün adamları 11 Dekabr 2019, 17:43 Növbəti diaqnostik qiymətləndirmənin tarixləri AÇIQLANDI   11 Dekabr 2019, 17:36 Zakir Həsənov komandir-rəis heyətinə tapşırıqlar VERDİ 11 Dekabr 2019, 17:27 İcra başçısı Fəxralı sakinlərinin problemlərini araşdırıb 11 Dekabr 2019, 17:26