Modern.az

Jurnalistika fakültəsinin dekanı və professor “Şirməmməd Hüseynov mükafatı”nı ALQIŞLADILAR

Jurnalistika fakültəsinin dekanı və professor “Şirməmməd Hüseynov mükafatı”nı ALQIŞLADILAR

22 İyul 2019, 15:28

Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri Milli Mətbuatımızın yaradılmasının 144-cü ildönümü ilə bağlı toplantı keçiriblər.

Toplantıda jurnalistika sahəsində baş verən yeniliklər, xüsusilə yeni medianın üstünlükləri ilə yanaşı mənfilikləri müzakirə olunub. Müzakirələrdə jurnalistlər Şirməmməd Hüseynovun vəfatını mətbuat tariximizin ən böyük itkilərindən biri kimi dəyərləndirib.

 PJB üzvləri “Şirməmməd Hüseynov mükafatı” təsis etməyi qərar veriblər. Qeyd edək ki, mükafatın Əsasnaməsi yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

 

Maraqlıdır, “Şirməmməd Hüseynov mükafatı”nın təsis edilməsi ictimaiyyət necə qarşılayır?

 

Mövzu ilə bağlı Modern.az saytı bir neçə ziyalının fikirlərini öyrənməyə çalışıb.

 

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu mükafatı sevə-sevə qarşıladığını bildirib:

 

“Dünən “Şirməmməd Hüseynov mükafatı”nın təsis edilməsi barədə xəbəri oxudum. Düzü, çox sevindim. Mükafatın təsis edilməsini yüksək qiymətləndirirəm. Bu, ustad müəllimimizin adının əbədiləşdirilməsi üçün atılan  çox yaxşı addımdır. Bu təşəbbüsü ancaq və ancaq alqışlamaq lazımdır. Həmkarlarımıza təşəkkür edirəm ki, belə bir təşəbbüslə çıxış ediblər. Fakültə olaraq bununla bağlı biz də addımlar atacağıq. Şirməmməd müəllimin adının əbədiləşdirilməsi ilə bağlı bizim də bəzi planlarımız var. Fakültə olaraq bizim hər hansı işləri həyata keçirməyimiz normaldır. Şirməmməd müəllim ustadımız, müəllimimizdir. Ancaq jurnalistlərin  də bu cür ideya ilə  çıxış etməsi çox gözəl bir təşəbbüsdür. Buna görə Elşad Eyvazlıya və həmkarlarımıza təşəkkür edirəm”.

 

BDU Jurnalistika fakültəsinin “Jurnalistika nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri, professor Cahangir Məmmədli belə bir mükafatın təsis edilməsinin  çox yaxşı hal olduğunu deyib:

 

“Çünki Şirməmməd Hüseynovu Həsən bəy Zərdabi, Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli ilə müqayisə etmək olar. Bunlar öz dövrünün problemlərini ortaya qoyurdular. Şirməmməd müəllim də o formada müasir problemləri işıqlandırırdı. Şirməmməd Hüseynov bu dünyadan köçəndə elə bir iz qoyub getdi ki, o izi hər adam qoyub gedə bilməz.

 

O bizim qəlbimizdə hər zaman yaşayacaq. Onun varisi və tələbəsi kimi sizə sonsuz minnətdarlığımı bildirirəm. Elə bilirəm ki, bundan sonra onun kimi insan çətin tapılar”.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi