Arxiv
22 İyul 2019, 15:58 | AKTUAL
“AzerTelecom” “Microsoft”un rəsmi tərəfdaşı oldu

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom" informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən dünya üzrə tanınmış şirkətlərlə tərəfdaşlıq əlaqələrini genişləndirir.

 

Modern.az xəbər verir ki, ölkənin telekommunikasiya sektorunda artıq 10 ildən çoxdur fəaliyyət göstərən və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edən "AzerTelecom" şirkəti İKT sektorunun qlobal iştirakçılarından biri olan tanınmış "Microsoft" şirkətinin rəsmi tərəfdaşı olub.

 

Microsoft şirkəti ilə tərəfdaşlıq "AzerTelecom" tərəfindən korporativ sektorda müştərilərə ən müxtəlif İT xidmətlərin, məhsul və qabaqcıl həllərin təqdim edilməsinə şərait yaradır. Bu tərəfdaşlıq imkan verir ki, "AzerTelecom" öz müştərilərinə “Azure” (bulud üzərindən həllər), “Microsoft 365” (korporativ müştərilər üçün zəruri məhsullar toplusu), “Microsoft Windows” (Server və User) məhsulu, Vahid Ünsiyyət – Microsoft Teams (Unified Communication), “Office 365” (İstifafdəçilər üçün müxtəlif iş alətləri) və s. məhsul və həlləri təqdim etsin.

Qeyd edək ki, həmçinin "Microsoft" şirkətinin Server Node avadanlığı "AzerTelecom" şirkətinin Data Mərkəzində də yerləşdirilib. Müvafiq avadanlığın "AzerTelecom" şirkətinin Data Mərkəzində yerləşdirilməsi Microsoft korporasiyasının proqram təminatının yeniləmələrinin burada cəmlənərək müştərilərə çatdırılmasını təhlükəsiz, sürətli və fasiləsiz həyata keçirir. Bu zaman müştərilər proqram təminatını mütəmadi yeniləyərkən Avropada və ABŞ-da yerləşən serverlərdən deyil, məhz Azərbaycandakı xüsusi təhlükəsizlik tələblərinə cavab verən və Microsoft-un Data Mərkəzləri ilə sinxronlaşdırılan serverlərdən daha sürətli əldə edə biləcəklər.

"AzerTelecom" şirkəti Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkətinin törəmə müəssisəsidir və 2008-ci ildə təsis edilib. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtləlif qabaqcıl xidmətlər təqdim edir. "AzerTelecom" hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. “Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir. Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.

Microsoft (Nasdaq “MSFT” @microsoft) intellektual bulud və ağıllı texnologiyalar erasında rəqəmsal transformasiya üçün şərait yaradır. Onun missiyası daha böyük nailiyyətlər üçün hər bir insanın və hər bir təşkilatın imkanlarını genişləndirməkdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ecevitin həyat yoldaşı vəfat etdi 18 Yanvar 2020, 00:48 Bakıda qayınana kürəkənini döyüb 18 Yanvar 2020, 00:32 Dünyanın ən kiçik adamı vəfat etdi 18 Yanvar 2020, 00:18 Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya etdi 17 Yanvar 2020, 23:58 Qənirə Paşayeva seçicilərlə görüşdü - FOTO 17 Yanvar 2020, 23:34 Uşaqlı analar gediş haqqı ödəməyəcək 17 Yanvar 2020, 23:16 Növbəti qlobal böhran gözlənilir 17 Yanvar 2020, 22:58 Prezident Baş nazirin istefasını qəbul etmədi 17 Yanvar 2020, 22:36 Suriyada 50 silahlı zərərsizləşdirilib 17 Yanvar 2020, 22:18 Qeydiyyata cəlb olunan mənzillərin sayı açıqlandı 17 Yanvar 2020, 22:18 “Güclü Millət - Qüdrətli Dövlət yolunda sizin səsiniz!” – Musa Qasımlı 17 Yanvar 2020, 21:59 Vüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi - FOTOLAR 17 Yanvar 2020, 21:46 ABŞ-dan İrana yeni sanksiya - SƏBƏB 17 Yanvar 2020, 21:29 DYP polisin rüşvət alması videogörüntüsünə münasibət bildirdi 17 Yanvar 2020, 21:16 Jurnalistlərin gəlirləri artıb: JuHİ hesabatını açıqladı 17 Yanvar 2020, 20:58 Əhliman Əmiraslanov seçki kampaniyasına başladı - FOTOLAR 17 Yanvar 2020, 20:42 Alman əsgərin 1943-cü ildə arvadına yazdığı məktub tapıldı 17 Yanvar 2020, 20:21 "Keşlə" Almaniya klubuna məğlub olub 17 Yanvar 2020, 20:04 Qonşudan qaçırdığı maşınıyla qəza törətdi 17 Yanvar 2020, 20:02 Ceyhun Bayramovdan yeni TƏYİNAT 17 Yanvar 2020, 19:53 İcra başçısı “Sovetski” sakinləri ilə görüşdü 17 Yanvar 2020, 19:44 Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTO 17 Yanvar 2020, 19:35 “Azərişıq” yeni işçiləri onlayn yoxlayacaq 17 Yanvar 2020, 19:26 Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi - FOTO 17 Yanvar 2020, 19:17 Bakı Ali Neft Məktəbində anım mərasimi keçirilib - FOTO 17 Yanvar 2020, 19:08 “Qan yaddaşımız” adlı əbədi-bədii kompozisiya təqdim edilib - FOTO 17 Yanvar 2020, 19:00 İnformatika müəllimləri üçün təlim keçirilib 17 Yanvar 2020, 18:51 Putin özünə yeni köməkçi təyin edi 17 Yanvar 2020, 18:43 Deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatdı 17 Yanvar 2020, 18:35 Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yüksək VƏZİFƏ VERDİ 17 Yanvar 2020, 18:28 BMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc etdi 17 Yanvar 2020, 18:23 Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək 17 Yanvar 2020, 18:18 Dövlət Komitəsində faciənin 30-cu ildönümü qeyd olunub - FOTO 17 Yanvar 2020, 18:11 Rafiq Hüseynlinin qızı AzTV-də aparıcılıq edəcək 17 Yanvar 2020, 18:06 Musa Quliyev ilk görüşünü könüllü gənclərlə keçirib - FOTO 17 Yanvar 2020, 18:00
SORĞU Yeni parlamentdə kimlər olsun?