Arxiv
22 İyul 2019, 18:09 | AKTUAL
Ana 9 yaşlı oğlunu döydü, uşaq evdən qaçdı - FOTO  

Abşeron rayonunda azyaşlı yaşadığı evi tərk edərək küçədə gecələyib.

 

Modern.az-ın məlumatına görə, Abşeron rayon sakini, 9 yaşlı Tunar Əhmədlinin anası Aysel Hacıyeva tərəfindən döyüldükdən sonra evi tərk etdiyi güman edilir. Küçədə gecələyən uşaq bir neçə gündən sonra polislər tərəfindən tapılaraq "Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi"nə gətirilib. Uşağın ilk ifadəsində məlum olub ki, 4 gün küçədə qalıb və buna səbəb anası tərəfindən şiddətə məruz qalmasıdır.

 

Baş vermiş hadisə ilə bağlı "Azərbaycan Uşaqları Birliyi" İctimai Birliyi və Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə Trend-ə açıqlamasında bildirib ki, hadisə ilə Abşeron Rayon Polis idarəsi və Rayon Prokurorluğu ciddi məşğul olur:

 

“Uşaq bizə polis əməkdaşları tərəfindən gətirilib, onun üzərində zorakılıq izləri də var idi. Anasını tapmaq mümkün olmadığından biz sosial şəbəkələrdə Tunarın şəklini paylaşdıq və onu tanıyanlardan bizimlə əlaqə saxlamağı xahiş etdik. Ötən gün isə uşağın atası Rasim Əhmədli bizimlə əlaqə yaratdı və bu gün mərkəzə gəldi. Onunla söhbətdən sonra məlum oldu ki, Aysel Hacıyeva ilə boşanıblar, bu evlilikdən iki övladları var. Tunar uzun zaman atası ilə qalmağı israr edib, ancaq aliment probleminə görə Aysel övladını atasının yanına buraxmayıb və uşağa qarşı şiddət göstərib”.

 

Mərkəz sədri qeyd edib ki, Tunar hazırda məhkəmə-tibbi ekspertizasına göndərilib:

 

“Biz sonradan Aysel Hacıyeva ilə də görüş keçirmişik və ilkin ehtimallara görə, uşağın bədənində olan xəsarətlər ana tərəfindən olub. O bildirib ki, Rasim Əhmədli uzun zamandır yığılan borcu az miqdarda ödəyib. Aysel hazırda yeni ailə qurub və bu nikahdan iki övladı var, birinə isə hamilədir. Tunar hazırda ekspertizadadır və çox güman ki, hadisə öz təsdiqini taparsa, anaya cinayət işi açılacaq, istintaqa cəlb olunacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abşeronda avtomobil iki şagirdi vurdu - FOTO, VİDEO 24 Yanvar 2020, 01:03 Avropa İttifaqı Ukraynadan quş ətinin ixracını dayandırıb 24 Yanvar 2020, 00:49 Dəhşətli virus daha üç ölkədə aşkarlandı 24 Yanvar 2020, 00:32 Bakıda Hindistanın milli bayramı qeyd edilib 23 Yanvar 2020, 23:57 2030-cu İL ZUKERBERGİN GÖZÜ İLƏ - REKTOR YAZIR 23 Yanvar 2020, 23:42 ABŞ İrana qarşı sanksiyalarını genişləndirib 23 Yanvar 2020, 23:26 Leyla Əliyeva bacısını ad günü münasibətilə təbrik etdi - VİDEO 23 Yanvar 2020, 23:11 Ziyad Səmədzadə seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 22:56 Azay Quliyev 6-cı mikrorayonda seçicilərlə görüşdü - FOTOLAR 23 Yanvar 2020, 22:45 Hicran Hüseynovanın seçicilərlə növbəti uğurlu görüşü - FOTOLAR 23 Yanvar 2020, 22:30 Virusdan ölənlərin sayı 18 nəfərə çatıb 23 Yanvar 2020, 22:14 Böyük Bəhmənli sakinlərindən Vüqar Bayramova yüksək etimad - FOTOLAR 23 Yanvar 2020, 21:56 Restoranda içkili vəziyyətdə dava salan nazir 23 Yanvar 2020, 21:41 Qaxda 17 yaşlı oğlan dəm qazından boğuldu 23 Yanvar 2020, 21:28 Vilayət Eyvazovdan yeni TƏYİNAT 23 Yanvar 2020, 21:17 Musa Qasımlı görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 21:01 ABŞ-ın vitse-prezidenti dünyanı İrana qarşı çağırdı 23 Yanvar 2020, 20:37 “Xəşəxuna”ya qaz verildi 23 Yanvar 2020, 20:18 Kraliça “Brexit” sazişini təsdiqlədi 23 Yanvar 2020, 20:01 Robotlar xəritəsiz hərəkət edəcək: ŞOK ixtira 23 Yanvar 2020, 19:48 İqbal Məmmədov seçiciləri ilə fərdi söhbət etdi - FOTO 23 Yanvar 2020, 19:39 Ceyhun Məmmədov Şüvəlanda məcburi köçkünlərlə görüşüb - FOTO 23 Yanvar 2020, 19:30 Azərbaycanda bədbəxt hadisə: 3 nəfəri "tok" vurdu 23 Yanvar 2020, 19:22 XİN: “Ermənistan uydurma təbliğat aparır” 23 Yanvar 2020, 19:15 Tələbələr arasında vətənpərvərliklə bağlı müsabiqə elan olundu 23 Yanvar 2020, 19:07 Azər Kərimli Qaxda gənclərlə görüşüb - FOTOLAR 23 Yanvar 2020, 18:59 Avtovağzalda oxu məntəqələri yaradıldı - FOTO 23 Yanvar 2020, 18:50 İcra başçısı hesabatı dinlədi - FOTO 23 Yanvar 2020, 18:42 Xarici Kitabxana ilə əməkdaşlıq - FOTO 23 Yanvar 2020, 18:34 Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb  23 Yanvar 2020, 18:28 Hadi Rəcəbli 9 kənddə görüşlər keçirib - FOTO 23 Yanvar 2020, 18:21 Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına BAŞLADI 23 Yanvar 2020, 18:14 Namizədliyini geri götürən Mais Səfərli: “Özünü buraxmış yaşlı deputatlar da geri çəkilsinlər” 23 Yanvar 2020, 18:07 Prezident İlham Əliyev tanınmış həkimlə bağlı sərəncam verdi 23 Yanvar 2020, 18:00 Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI 23 Yanvar 2020, 17:53
SORĞU Yeni parlamentdə kimlər olsun?