Arxiv
22 İyul 2019, 18:47 | AKTUAL
Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli?" adlı araşdırma hazırlayıb.

 

Modern.az həmin araşdırmanı təqdim edir:

 

"Gündəlik qida rasionumuzda əsas yer tutan süd məhsullarından olan pendir insan orqanizmi üçün çox faydalıdır. Tərkibində zülal, yağ və digər bioloji fəal maddələr olan pendir, həmçinin A, B, D, E vitaminləri və kalsiumla zəngindir.

 

Pendir südün mayalanması ilə əldə olunan yüksək kalorili qida məhsuludur. Süd və süd məhsulları yüksək risk qrupuna aid olduğundan istehlakçılar pendir alarkən mütləq bəzi məqamlara diqqət yetirməlidirlər.

 

Pendir alarkən saxlanma şəraitinə, məhsulun orqanoleptik göstəricilərinə mütləq fikir verilməlidir. Çünki köhnə və keyfiyyətsiz pendir zəhərlənməyə səbəb ola bilər.

 

Satış şəbəkələrindən alınan pendirin qida dəyərini qoruması üçün saxlanma şərtlərinə əməl olunmalıdır. Belə ki, pendiri alıb evə gətirdikdə dərhal soyuducuya yerləşdirmək lazımdır. Soyuducuda olan pendirin bir qismini istifadə etdikdən sonra, qalan hissəni əmtəə keyfiyyətini qoruyub saxlaya bilməsi üçün öz suyunda saxlamaq tövsiyə olunur. Əgər pendirin suyunda hər hansı keyfiyyət dəyişikliyi müşahidə edilərsə, onu evdə hazırlanan duzlu su məhlulu ilə əvəz etmək olar.

 

Keyfiyyətli pendir sərtliyi və ağ rəngi ilə seçilir. Qablaşdırılmış ağ pendir qapağı açıldıqdan sonra da öz suyunda saxlanmalıdır. Gündəlik tələbata uyğun, lazımi miqdar götürüldükdən sonra bu pendirlər öz suyunda və ya strec sellofana bükülmüş şəkildə 5-7 gün müddətində saxlanıla bilər. Ağ pendirlər, adətən öz təzəliyini və keyfiyyətini 2 həftə saxlayır. Motal və ya holland pendirləri kimi sərt pendirlər isə, bir neçə həftə istehlak yararlılığını qoruyur.

 

Pendir seçimi edən istehlakçılar, ilk növbədə pendirin suyunun olub olmamasına, yəni pendirin öz suyunda saxlanılmasına diqqət etməlidirlər. Əgər pendir duzlu su içərisində saxlanılmayıbsa, bu onun xarab olmasını sürətləndirir. Pendirlər, adətən qaranlıqda, +2℃ - +4℃ temperatur şəraitində saxlanmalı və istehlakçı satış obyektində məhsulun həmin temperaturda saxlanıldığından əmin olmalıdır.

 

  Əgər pendir vakuumlaşdırılmış qablaşmadadırsa, o zaman ağzı açılmadığı müddət ərzində təminatlı saxlanma müdəti 1 ildir. Mikroorqanizmlərlə asanlıqla çirklənmə ehtimalı olduğu üçün yaxşı olar ki, qablaşdırması açıldıqdan sonra məhsul ən qısa müddətdə istehlak edilsin. Eyni zamanda, pendir şüşə, metal və ya keramik materialdan olan qablarda saxlanılmalıdır.  

Holland pendirində isə bir qədər fərqli saxlanma şəraitinə əməl edilməlidir. Belə ki, lazımi miqdar götürüldükdən sonra qalan hissəni strec paketlə hava keçməyəcək şəkildə bükmək lazımdır. Əgər məhsul hava ilə təmas edərsə, pendirdə xarabolma əlamətləri daha da sürətlənəcək.

 

Yadda saxlamaq lazımdır ki, ağ pendir və onun növlərində temperatur, motal və ya holland pendirlərində isə rütubətin optimallığı qorunmalıdır.

 

Qablaşdırılmış pendirin üzərində məhsulun əmtəə nişanı, istehsalçının adı və ünvanı, istehsal tarixi, məhsulun xalis çəkisi qeyd edilməlidir. Son istifadə tarixi başa çatmış pendir istehlak edilməməlidir".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Astarada transformator yanıb   26 Avqust 2019, 13:25 Yerevan Azərbaycana qarşı Putinin hərbi blokundan yardım umur 26 Avqust 2019, 13:13 Tramp G7 liderləri ilə Rusiyaya görə dalaşdı 26 Avqust 2019, 12:58 Azərbaycanın 7 rayonunda yanğın olub - Nazirlikdən AÇIQLAMA   26 Avqust 2019, 12:57 Sabahın hava PROQNOZU 26 Avqust 2019, 12:54 Azercell uşaqları və məcburi köçkünləri sevindirdi 26 Avqust 2019, 12:54 İndoneziya sahillərində yük gəmisi yoxa çıxıb 26 Avqust 2019, 12:16 Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər təlimlərə cəlb olunur 26 Avqust 2019, 12:06 “Bu il 5 yaşında olan uşaqların 90 faizi məktəbəhazırlıq qruplarına qəbul olunacaq” 26 Avqust 2019, 11:47 Mehriban Əliyeva ailə, dəyərlər və xoşbəxtlik HAQQINDA 26 Avqust 2019, 11:26 Ermənilər Kəlbəcərin ən yüksək zirvəsindən FOTOLAR yaydılar 26 Avqust 2019, 11:24 “Azərenerji ASC “Şəmkir” SES-də təmir-bərpa işləri aparır 26 Avqust 2019, 11:21 Bəzi rektorlar Təhsil Nazirliyinin qərarını qulaqardına vururlar - QALMAQAL 26 Avqust 2019, 11:16 Qida məhsullarının qəbulu, saxlanması və daşınması üzrə təlim keçirilib 26 Avqust 2019, 11:00 Bir şəklin tarixçəsi: Xomeyninin dəfnindəki DƏHŞƏTLİ HADİSƏ - Tabutu niyə 3 dəfə yerə düşdü... 26 Avqust 2019, 10:59 Nazirlik restoranlarda yenidən monitorinq keçirdi - Tüstüyə görə 26 Avqust 2019, 10:58 Qaraçuxur və Suraxanı qəsəbələrində su kəsiləcək 26 Avqust 2019, 10:50 Məktəbə BirKart-la hazırlaş! 26 Avqust 2019, 10:47 Bakıda jurnalisti DÖYDÜLƏR - FOTO 26 Avqust 2019, 10:30 Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirildi - FOTOLAR 26 Avqust 2019, 10:20 Prezidentdən Allahşükür Paşazadədoğum günü TƏBRİKİ 26 Avqust 2019, 10:19 Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır   26 Avqust 2019, 10:14 İlham Əliyev Allahşükür Paşazadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi 26 Avqust 2019, 10:12 ADU-da Azərbaycan və Çində UNESKO-nun irsi müzakirə edilib 26 Avqust 2019, 10:07 55 illik ömrün ANLARI - FOTOLAR 26 Avqust 2019, 10:04 “Azərbaycan Abxaziyada keçirilən “prezident seçkiləri”ni tanımır” 26 Avqust 2019, 10:01 Dövlət rəhbərlərini təəccübləndirən 70 yaşlı Şeyxülislam - FOTOLAR 26 Avqust 2019, 10:00 Ermənilər atəşkəsi 20 dəfə pozdu 26 Avqust 2019, 09:56 Azərbaycan filmi ABŞ-da 24 karatlıq qızıl priz qazandı 26 Avqust 2019, 08:23 Manat və dolların bugünkü məzənnəsi 26 Avqust 2019, 08:11 Gürcüstan idmançısı rekordunu təzələdi 26 Avqust 2019, 00:16 Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür 26 Avqust 2019, 00:11 Zəlzələ Ankaranı silkələdi 25 Avqust 2019, 23:58 "Transfer axtarışındayıq" - Qurban Qurbanov  25 Avqust 2019, 23:39 Azərbaycanlı zəvvarların sonuncu qrupu vətənə döndü 25 Avqust 2019, 23:17