Arxiv
22 İyul 2019, 21:43 | İQTİSADİYYAT
87 dövlət əmlakı hərraca çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən avqustun 20-də növbəti hərrac keçiriləcək.

Komitədən Modern.az-a verilən məlumata görə, bu dəfə prosesə ümumilikdə 87 dövlət əmlakı çıxarılıb. Onlardan 37-si kiçik dövlət müəssisə və obyekti, 15-i səhmdar cəmiyyəti, 12-si qeyri-yaşayış sahəsi, 5-i yarımçıq tikili, 18-i isə nəqliyyat vasitəsidir.

Respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən kiçik dövlət müəssisələrinin faydalı sahəsi 12.2 kv.m ilə 2889 kv.m intervalındadır. Bu dövlət əmlaklarından çoxu özəlləşməyə torpaq sahəsi ilə birgə çıxarılıb. Onlar arasında ticarət və xidmət müəssisələri, təsərrüfat obyektləri, qeyri-yaşayış binaları var. Şəki şəhəri, B.Məmmədov küçəsindəki dövlət əmlakının faydalı sahəsi 151,3 kv.m-dir. İnvestor xidmət sahəsi üzrə gəlirli fəaliyyət imkanları olan bu obyekti 213.5 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirə bilər.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin faydalı sahəsi 9.2 kv.m ilə 127.4 kv.m arasındadır. Bu dövlət əmlaklarından 7-si paytaxtda, digərləri isə Sumqayıt, Şirvan, Ağdaş, Daşkəsən və Bərdədə yerləşir. Ən yüksək faydalı sahəsi olan qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsindədir. Bu dövlət əmlakı xidmət, ticarət və ya ofis obyekti kimi istifadəyə uyğundur.

Səhmdar cəmiyyətlərinin 30% ilə 45% arasında olan səhm paketləri özəlləşdirilməyə çıxarılıb. Bu kateqoriyadan olan dövlət əmlakları Lənkəran, Şirvan, Kürdəmir kimi şəhər və rayonlarda yerləşir. Potensial investorlar səhmdar cəmiyyətləri üzrə seçimlərini "Xəzər Avtonəqliyyat", "Kürdəmir Aqrotexservis", "Daşkəsən Aqrotexservis" və digər əmlaklar üzrə edə bilər.

Buraxılış ili 1990-2009 olan nəqliyyat vasitələri də budəfəki hərraca çıxarılıb. Avtomobil sahibi olmaq istəyən şəxslər "Nissan", "Kia", "Chevrolet", "Hyundai" və digər markalardan olan nəqliyyat vasitələri üzrə seçim edə bilər.

Özəlləşdirməyə qoşulmaq istəyən şəxslər onlayn formada qeydiyyatdan keçərək seçdiyi dövlət əmlakının ilkin qiymətinin 10%-i həcmində behi ödəyib hərracda iştirak statusu qazana bilər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyanın ən varlı insanlarından biri vəfat etdi 23 Avqust 2019, 21:02 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar   23 Avqust 2019, 20:46 Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı - FOTOLAR 23 Avqust 2019, 20:33 İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 23 Avqust 2019, 20:16 Azərbaycan millisi çempionata qələbə ilə başladı 23 Avqust 2019, 20:04 Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20 Qəbələdə meşə yanğınına daha bir helikopter cəlb olundu - Video 23 Avqust 2019, 19:10 ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 19:00 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30 “Nar+” ilə hesabınızı daha asan idarə edin!   23 Avqust 2019, 18:20 Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb 23 Avqust 2019, 18:11 İlham Əliyev Vladimir Zelenskini təbrik etdi 23 Avqust 2019, 17:59 İstirahət günlərinin HAVASI – Yağış yağacaq, şimşək çaxacaq 23 Avqust 2019, 17:43 Növbəti 3 gün üçün manatın məzənnəsi 23 Avqust 2019, 17:37 “Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI 23 Avqust 2019, 17:35 Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib 23 Avqust 2019, 17:34 “Relaks”da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA 23 Avqust 2019, 17:24 Siyavuş Novruzov Facebook-a gəldi: “Sosial mediada olmağa qərar verdim” 23 Avqust 2019, 17:15 Peşə məktəblərinə sənəd qəbulunun II turu keçiriləcək 23 Avqust 2019, 17:10 Bakıda 50 ədəd şam ağacı yandı 23 Avqust 2019, 16:57 ADU-ya qəbul olunan imkansız tələbə: “Heç ümidim yox idi...” - FOTO 23 Avqust 2019, 16:49 Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalı günü anıldı 23 Avqust 2019, 16:46 “Gəncə işi”nə görə tutulanlardan biri azad olundu 23 Avqust 2019, 16:38 Putin Ərdoğanla İdlibi müzakirə etdi 23 Avqust 2019, 16:35 Sabah Fransada G7 sammiti başlayacaq 23 Avqust 2019, 16:31 Şəmkirdə 31 yaşlı kişi küçədə bıçaqlandı 23 Avqust 2019, 16:19 Sülhün Səfiri - Etibar Cəbrayıloğlu YAZIR 23 Avqust 2019, 16:10 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!” 23 Avqust 2019, 16:05 Bir şəklin tarixçəsi: Qabil, Xəlil Rza, Tofiq Bayram “Sonuncu dərviş”in evində… 23 Avqust 2019, 15:50 Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX 23 Avqust 2019, 15:34