Modern.az

Nazir Elmar Məmmədyarov dövlət katibini qəbul etdi

Nazir Elmar Məmmədyarov dövlət katibini qəbul etdi

23 İyul 2019, 17:50

 

Xarici İşlər naziri Elmar Məmmədyarov Ekvatorial Qvineyanın mədənçilik və hidrokarbon məsələləri üzrə dövlət katibi Santiaqo Mba Eneme Nsuqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

 

Modern.az xəbər verir ki, Azərbaycanda olmasından məmnunluğunu bildirən Santiaqo Mba Eneme Nsuqa 2019-cu ilin 27-29 noyabr tarixlərində Ekvatorial Qvineyada keçiriləcək Qaz ixrac edən ölkələrin Forumunda iştirak ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış dəvət məktubunu ali ünvan sahibinə çatdırılması məqsədilə nazir Elmar Məmmədyarova təqdim etdi.

 

Dəvətə görə təşəkkürünü bildirən nazir Elmar Məmmədyarov məktubu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim edəcəyini bildirdi. Daha sonra, nazir Elmar Məmmədyarov 2019-cu ilin oktyabr ayında Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Ekvatorial Qvineyadan yüksək səviyyəli nümayəndə heyətinin iştirakına ümidvar olduğunu diqqətə çatdırdı.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir