Arxiv
24 İyul 2019, 12:04 | PARLAMENT
Deputatdan təcili tibbi yardımlarla bağlı TƏKLİF

 

Dünyada ilkin tibbi yardım XIX əsrin sonlarında yaranıb. Azərbaycanda isə ilk təcili tibbi yardım xidməti 1922-ci ilə aid edilir.

 

XX əsrin əvvəllərində Bakıda Ağ şəhər, Ramana, Qara şəhər və Bibi Heybətdə tibbi yardım göstərmək üçün at arabalarından istifadə edilirdi. Sabunçu ərazisində bir həkimin və iki doğum həkiminin çalışdığı tibbi yardım xidməti fəaliyyət göstərib. O zamanlar təcili tibbi yardım bəzi paytaxt xəstəxanalarının nəzdində fəaliyyət göstərən şöbələr tərəfindən təqdim edilirdi.

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə təcili tibbi yardım xidmətinin inkişafına böyük diqqət göstərilməyə başlanıldı. Paytaxtda təcili tibbi yardım sisteminin yaxşı vəziyyətə gətirilməsinə baxmayaraq, Azərbaycanın rayonlarında təcili tibbi yardım elə problem olaraq qalır. Rayonlarda, kəndlərdə yaşayan əhali təcili tibbi yardımın gecikməyindən, ləng olduğu qədər keyfiyyətsiz  xidmətindən, həkimlərin qeyri-peşəkarlığından şikayətlənir. Hətta bəzi kəndlərdə təcili tibbi yardım üçün rayon mərkəzinə müraciət etdiklərində, onlara kömək göndərilmədiyini söyləyənlər də olur.

 

Rayonlardakı təcili tibbi yardımların durumu haqqında Modern.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev də bəzi çatışmazlıqların olduğunu təsdiq etdi. Deputat qeyd edib ki, ildən-ilə insanların şikayətlər, problemlər azalır:

 

“Əvvəllər təcili yardım maşınları sovet dövründən qalan köhnə “Raf”lar, içərisində heç bir tibbi ləvazimatı, dərmanları olmayan maşınlar idisə, indi səksən faizi müasir standartlara cavab verir. Əsas problem texniki təminat məsələsində deyil. Hələ də həll olunmayan məqam işin maarifləndirmə tərəfinin tam tənzimlənməməsindədir. Yeri gəldi-gəlmədi, lazım oldu-olmadı təcili yardımlar çağırılır. İnsanların bu məsələdə maarifləndirilməsi aşağı səviyyədədir. Xüsusilə, icbari tibbi sığorta tam tətbiq edilmədiyindən vətəndaşlar birbaşa təcili yardıma çıxmalı olur.

 

Təcili tibbi yardım isə müəyyən edə bilmir ki, eyni vaxtda daxil olan hansı çağırış daha vacibdir. Bəzən rayonda yaşayan vətəndaşlar təcili yardım çağırırlar ki, gəl mənim təzyiqimi ölç. Yaxud uşağın qızdırması 38 dərəcəyə qalxıbsa, dərman vermək, ev şəraitində problem həll etmək, sahə həkiminə müraciət etmək əvəzinə təcili yardım çağırırlar. Sahə həkiminə müraciət etmək əvəzinə rayondan kəndə bütöv briqadanı çağırırlar. İcbari tibbi sığorta sistemi qurulandan sonra bu işlər tənzimlənəcək”.

 

Bir neçə il əvvəl Bakıda yollara ayrıca zolaqlar çəkilməsini təklif etdiyini xatırladan M. Quliyev bunun təklif olaraq qaldığını təəssüflə vurğulayıb:

 

“Bu zolaqlar təcili yardım, yanğınsöndürən və s. vacib maşınların hərəkəti üçün ayrılmalı idi. Buna həqiqətən də ehtiyac var. Çünki təcili tibbi yardımlar çox zaman çağırışlara gecikirlər. Şəhərdəki tıxaclar, rayonlarda, kəndlərdə isə yolların təmirli olmaması təcili tibbi yardımın operativliyinə mane olur. Kimsə təcili yardım çağırırsa, maşın gecikə bilər. Amma ucqar dağ kəndlərində belə olsa, təcili yardımın çağırışa getməməsi real deyil. Bunun əksini iddia edənlərə inanmıram”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10 Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi 24 Avqust 2019, 22:59 Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39 Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB 24 Avqust 2019, 15:27 İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir 24 Avqust 2019, 14:56 Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - Fotolar 24 Avqust 2019, 14:49 Bakıda narkobaronlara qarşı əməliyyat: "Bibixanım" saxlanıldı - FOTOLAR 24 Avqust 2019, 14:21 Goranboyda növbəti ümumrayon aksiyası keçirildi 24 Avqust 2019, 14:05 Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi 24 Avqust 2019, 13:51 Bazar gününə Bakıda 35 dərəcə isti olacaq 24 Avqust 2019, 13:38