Modern.az

Elman Rüstəmovun şad xəbəri manatı bahalaşdıracaq?

Elman Rüstəmovun şad xəbəri manatı bahalaşdıracaq?

27 İyul 2019, 15:46

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 9,4% artaraq 49 milyard dollara çatıb.

Bu haqda Mərkəzi Bankın sədri Elman Rüstəmov iyulun 27-də keçirdiyi mətbuat konfransında deyib. 

Strateji valyuta ehtiyatlarının  artması manatın dollar qarşısında məzənnəsinin artmasına səbəb ola biləcəkmi?

 

İqtisadçı ekspert Cəfər İbrahimli Modern.az-a deyib ki, hazırda strateji valyuta ehtiyatlarının artması, iqtisadiyyatda gedən proseslərinin nəticəsidir.

 

Qeyd edib ki, Azərbaycanda isə bu proses daxildə istehsalın stimullaşdırılması  və idxaldan kifayət qədər asılılığın azalmasına gətirib çıxarıb. Eyni zamanda neft və qaz bu prosesdə qiymətə minib.

“Dünya bazarlarında Azərbaycanın qaneedici səviyyədə olması, ölkəyə daxil olan tədiyyə balansının da son 1 ildə müsbət olduğunu göstərir. Tədiyyə balansının müsbət olması , gələn strateji valyuta ehtiyyatları avtomatik olaraq daha çox Neft Fonduna daxil olur. Neft Fondunda əlavə vasaitlərin yaranması , strateji təmin ehtiyatı üzrə rezerv ehtiyatları artır.Rezervin artması manatın üzərindəki təzyiqi azaldır”.

 

Cəfər İbrahimli qeyd edib ki, manata təzyiqin olmamasının səbəbi ölkədə rezervin səviyyəsinin yüksək olmasıdır. İqtisadçı ekspert devalivasiya məsələsindən də danışıb.

Bildirib ki, artıq devalvasiya yox, revalvasiyadan danışmaq olar.

 

“Əhalinin dollara olan marağı əvvəlki illərlə müqayisədə xeyli zəifləyib. Bunun əsas səbəbi odur ki, əhali  yığımda saxladığı valyutaları qısa müddətdə  hər hansısa bir investisiya mərkəzlərinə yatırır. Ya əmanət kimi qoyur o valyutada, ya da qiymətli kağızlar alır.

Hal- hazırda bu valyutada olan, xüsusilə ABŞ dollarındakı depozit faizləri cəlbedici deyil. İnsanlar manatın faizlərinin daha gəlirli və yuxarı olmasına görə, manata daha çox üstünlük verirlər.

Azərbaycan ixracını , xaricdən gələn valyuta tələbinin azalması məqsədi ilə, manatın üzərində təzyiqi hələki dayandırıb. Devalvasiyanın özü də bir təhlükədir, yaxın bir il ərzində elə də dərin dəyişikliklərin olması gözlənilmir”.

 

Bəs strateji valyuta ehtiyatlarının artması ölkə iqtisadiyyatına necə necə təsir göstərəcək?

 

Ekspert bildirib ki, dünyanın hər yerində insanlar stabil valyutaya daha çox meyil edirlər, çünki bu riskləri azaldır.

 

“Bir cəmiyyət olaraq biz də uzun illərdir stabil valyutaya vərdiş etmişik. Burda psixoloji bir məsələ də var.Bu stabilliyin olması Azərbaycanın investisiya alan bir iqtisadiyyata malik olmasıdır”.

Cəfər İbrahimli  stabilliyin olmasının iş adamları və investorlar üçün müsbət bir tendesiya olduğunu da qeyd edib.

“Çünki burda biznes planları qurularkən valyuta məsələsi də həmin layihənin içinə daxil olmuş olur.

 

Ölkədə risklər qalxdıqca , əhali də əsasən manatdan istifadə etdiyi üçün, manatdan investisiya etməkdən çəkinirlər. Yaxud da manatın dəyərində kəskin çıxış olduğu zaman, kənardan alınan avadanlıq və texnikalar baha başa gəldiyi üçün investisiyalar çox da maraqlı olmur.Maya dəyəri yüksəlmiş olur.

 

Düşünürəm ki, bu stabilliyin saxlanılması iqtisadiyyatın daha da böyüyəcəyinə müsbət təsir edəcək”.

 

Jalə MEHDİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir