Modern.az

Prezident Azərbaycan Texniki Universitetinə rektor təyin etdi - DOSYE

Prezident Azərbaycan Texniki Universitetinə rektor təyin etdi - DOSYE

Təhsil

31 İyul 2019, 18:13

Prezident İlham Əliyev V.M.Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən, Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilir.

 

Qeyd edək ki, V.Vəliyev 1960-cı ilin martın 28–də anadan olub. O, bu təyinata qədər İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.

 

1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirib;

 

1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tətbiqi riyaziyyat fakültəsindən məzun olub;

 

1985-1989-cu illərdə Azərbaycan Elmlər AKademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) aspiranturasında təhsil alıb;

 

1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, 05.15.06 (indiki 2525.01) - “Neft-qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi alıb;

 

1992-ci və 1994-cü illərdə Amerika Birləşmiş Ştatlarında Unocal və Pennzoil şirkətlərinin elmi mərkəzlərində birgə tədqiqatlar aparıb;

 

1994-cü ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) üzvü, 2017-ci ildə İdarə Heyətinin üzvü, 2018-ci ildə regional inkişaf məsələləri üzrə Vitse prezidenti  seçilib;

 

1995-1999-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) doktoranturasında əyani təhsil alıb;

 

1999-cu ildə ABŞ-ın Oklahoma Universitetində (Oklahoma ştatı, Norman şəhəri) “Tək məhsul ixracından asılı keçid iqtisadiyyatları” mövzusunda təhsil alır və birgə tədqiqatlar aparıb;

 

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda dissertasiya işini müdafiə edərək, 08.00.13 (indiki 5302.01) - “İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsi alıb;

 

2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsində (fərqlənmə ilə) ikinci ali təhsil alıb;

 

1983-2009-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda (DNQYPİ) böyük laborant kimi işə başlayaraq, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, sektor müdiri və şöbə müdiri vəzifəsinə yüksəlib;

 

2003-2011-ci illərdə (2009-cu ildən sonra əvəzçiliklə) AMEA-nın Geologiya İnstitutunda (AMEA-nın DNQYPİ ilə Geologiya İnstitutu birləşdikdən sonra) “Neft-Qaz Problemlərinin İqtisadi Tədqiqi” şöbəsinin müdiri işləyib;

 

2013-cü ildə 5302.01 - “Ekonometriya, iqtisadi statistika” ixtisası üzrə professor elmi adını alıb;

 

2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb;

 

90-cı illərin əvvəllərindən başlayaraq indiyədək ARDNŞ, BP, Unocal, Pennzoil və digər beynəlxalq neft şirkətlərinin regionda neft-qaz ehtiyatlarının axtarış-kəşfiyyatı, işlənilməsi, istifadəsi və nəqlinin müxtəlif məsələləri, o cümlədən texniki-iqtisadi və kommersiya qiymətləndirmələri, perspektiv inkişaf planları və proqnozları, informasiya bazalarının yaradılması və qərarların qəbulu mexanizm və modellərinin işlənilməsi üzrə çoxsaylı tədqiqat işləri və xidmət layihələri yerinə yetirib;

 

2000-ci ilin əvvəllərindən etibarən Dünya Bankı (DB, ing. World Bank), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, ing. European Bank for Reconstruction and Development, EBRD), Asiya İnkişaf Bankı (AİB, ing. Asian Development Bank), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (abbr. USAİD), Avropa Birliyi (ing. European Union), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (ing. GIZ), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TIKA), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT, ing. Economic Cooperation Organization) və digər beynəlxalq maliyyə institutları, iqtisadi və regional təşkilatlarının dəstəyi ilə həyata keçirilən enerji və sosial-iqtisadi inkişaf problemlərinin həlii istiqamətində yerli və beynəlxalq layihələrin rəhbəri və məsul icraçısı qismində iştirak edərək enerji siyasəti və tənzimlənməsi, sosial-iqtisadi inkişafın modelləşdirilməsi, strateji planlaşdırılması və proqnozlaşdırılması, eləcə də universitet-sənaye işbirliyinin qurulması və innovativ inkişafın digər məsələləri üzrə onlarla layihə yerinə yetirib;

 

90-cı illərin əvvəllərindən başlayaraq özəl və dövlət universitetlərində müəllim kimi fəaliyyət göstərir, 2012-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında yarımştat professor vəzifəsində çalışıb;

 

2001-2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən N(FD).02.016 Dissertasiya Şurasının üzvü və şuranın 08.00.13 (indiki 5302.01) - “İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə Seminarın sədri kimi fəaliyyət göstərib.

 

V.Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan artıq xaricdə çap olunmuş əsərin, həmçinin 1 monoqrafiya və 1 dərsliyin müəllifidir. Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi(fəlsəfə doktoru) hazırlanıb.

 

Rus və ingilis dillərini bilir.

 

Ailəlidir, iki övladı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi