Modern.az

Fazil Mustafadan deputat həmkarına: Tarixin fəlsəfəsini anlamayan tarix üzrə elmlər doktoru...  

Fazil Mustafadan deputat həmkarına: “Tarixin fəlsəfəsini anlamayan tarix üzrə elmlər doktoru...”  

Parlament

2 Avqust 2019, 23:18

Millət vəkilləri Fazil Mustafa ilə Fəzail Ağamalı arasındakı polemika davam edir.

Modern.az  xəbər verir ki, F.Mustafa F.Ağamalı barədə yazdığı son statusda öncə onun açıqlamasını xatırladıb:

F.Ağamalı: "Onlara toxunmaq, onları addımbaşı, haqsız yerə təftiş etmək yol verilməzdir, tariximizə xəyanətdir. Edərsən, əllərin, qələm tutan barmaqların, danısan dilin yanar. Həm də sual olunur: axı sən bu tarixi şəxsiyyətlərlə müqayisədə doğrudan- doğruya kimsən!?”

Fazil Mustafa deputat həmkarına cavabında yazır: "Fəzail Ağamalı vətənpərvərlik pafosu ilə verdiyi açıqlamanın sonunda şəxsimizə qarşı belə bir sual yönəldib. Dərhal düşünürsən ki, bu cür cahil qafaların yönləndirdiyi millət inkişaf edə bilərmi? İnsanlar gözüyumulu, bütə sitayiş edirmiş kimi tarixi şəxsiyyətlərə də sitayiş etməlidir? Onların etdiyi faydalı və zərərli əməlləri insanlar müzakirə edib nəticə çıxarmamalıdır? Baxın, Azərbaycanda tarixin fəlsəfəsini anlamayan bir tarix üzrə elmlər doktorunun tipik obrazıdır Fəzail Ağamalı. Bunların həmişə səsləndirdiyi bir qeyri-elmi arqument var: deyirlər ki, ermənilər özlərindən saxta tarix uydururlar, biz də belə etməliyik. Buyurun, siz ermənilərin etdiyini təkrarlayın. Biz türklər öz yanlışlarımızı üzə çıxarmaqdan qorxmamalıyıq. Çünki geriçiliyimizin mənbəyini tapmadıqca erməniyə də, rusa da, farsa da hər zaman məğlub olmağa məhkumuq. İndisi və gələcəyi barədə sağlam düşüncəsi olmayan xalqlar əsasən tarixə mədət yeri kimi baxırlar. Mənim kimliyimə gəldikdə isə Azərbaycanda alimliyi kitabları ilə deyil, ancaq diplomla təsdiqlənən cahillərin qarşısında öz doğrularını qətiyyətlə savunan və onların savadsızlığını üzə çıxaran, Axundovun, Rəsulzadənin, Ağaoğlunun, Hüseynzadənin bu millət üçün miras qoyduğu sağlam dünyagörüşü onlara öyrədən Azərbaycan vətəndaşıyam! Kaş ki, bizdə elmi diskusiyalar üçün normal məkan, mühit olaydı, bu cür saxta vətənpərvərlərin tezislərinin nə qədər çürük və mənasız olduğunu rahatlıqla ortaya qoyardım. Necə ki, bunu bir neçə dəfə televiziyalardakı debatlarda etmişəm və az-çox obyektiv düşüncəli insanlar buna şahiddirlər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi