Arxiv
8 Avqust 2019, 09:35 | ANALİTİKA
“Jeenbekov Atambayevin həbsi üçün Putinin razılığını alıb” - Politoloq Bişkekdəki qarşıdurmanı ŞƏRH ETDİ

“Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun eks-prezident Almazbek Atambayevi həbs etmək üçün vaxtı azdır. Birinci cəhd alınmadı, ikinci cəhdə qədər Atambayev daxildə və xaricdə özünə dəstək qrupu formalaşdırmağa çalışacaq. Atambayevin itirəcəyi heç nə qalmayıb, həbsdən yaxa qurtarmaq üçün ölkəsini vətəndaş müharibəsinə də sürükləməyə hazırdır”.


Modern.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Qırğızısıtanda yaranmış qarşıdurmanı şərh edərkən bildirib.

O deyib ki, baş verənlərə Kremlin mövqeyi maraqlıdır:

“Qırğızıstanın həm hazırki, həm də keçmiş prezidenti Kreml sahibindən dəstək almağa çalışırdılar. Ancaq əgər Atambayevin həbsinə qərar verilibsə, böyük ehtimalla Qırğızıstanın hazırki prezidenti rusiyalı həmkarı Vladimir Putinin razılığını alıb. O da bəllidir ki, Putin qarşılıqlı fayda əldə etmədən heç kimlə sövdələşməyə getmir. Sooronbay Jeenbekovun eks-prezident Almazbek Atambayevin həbsi qarşılığında Putinin hansı tələbini və ya şərtini yerinə yetirəcək, bunu gələcək aylarda görəcəyik.

Atambayevin neytrallaşdırması Türkiyənin də maraqlarına cavab verir. Atambayev prezidentliyi dövründə ölkəsini terrorçu FETÖ təşkilatının əsas qalalarından birinə çevirmişdi. Hazırki prezident Atambayevi neytrallaşdırdıqdan sonra Ankaranın istəyi ilə FETÖ-nün adamlarını da həbs etməyə başlayacaq”.

 
Xatırladaq ki, avqustun 8-nə keçən gecə Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs olunması ilə bağlı əməliyyat ölkədə vəziyyəti gərginləşdirib.

Sabiq prezidentin tutulması ilə bağlı əməliyyatda bir xüsusi təyinatlı aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib. Qarşıdurma zamanı Çuy vilayəti daxili işlər idarəsinin rəisi Samat Kurmankulov ciddi yaralanaraq komaya düşüb.

Qırğızıstan mətbuatının yaydığı məlumata görə, qarşıdurmada yaralananların sayı 50-yə çatıb, onların biri jurnalistdir. 

Almazbek Atambayevi həbs etmək hələ də mümkün olmayıb. Sabiq prezidentin tərəfdarlarının bir hissəsi saxlanılıb.

Almazbek Atambayev korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azad edilməsi, vəzifədən sui-istifadə, torpaq sahəsinə qanunsuz sahib olmaq və digər maddələrlə ittiham edilir.

Xatırladırıq ki, Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
 “Mənim burda yerim hanı?” - Tanınmış şairə haqda dərc olunmamamış YAZI 8 Dekabr 2019, 11:11 Restoran mafiyası insanları müflis edir: Xalq şairindən ilginc AÇIQLAMA 8 Dekabr 2019, 11:07 Otel otağında kimsəsiz ölən dahi... 8 Dekabr 2019, 10:53 Ermənilər atəşkəsi 23 dəfə pozublar   8 Dekabr 2019, 10:06 Avtomobilin banından 27 yaşlı qızın meyiti götürülüb 8 Dekabr 2019, 09:33 Hindistanda zavod yandı: 32 can aldı 8 Dekabr 2019, 09:17 Prezident 92 məhkumu əfv edib 8 Dekabr 2019, 00:57 ABŞ terror təşkilatı ilə danışıqları bərpa edir 8 Dekabr 2019, 00:42 Paytaxtda minik maşını “Şaqman”la toqquşdu 8 Dekabr 2019, 00:16 Şadlıq sarayında bıçaqlanma 7 Dekabr 2019, 23:55 Prezidentlərin görüşündə işıq söndü 7 Dekabr 2019, 23:33 Balıqçı gəmisi qəzaya uğradı 7 Dekabr 2019, 23:16 Millinin oyunlarının başlama vaxtı açıqlandı 7 Dekabr 2019, 22:59 Avtomobil teatra gedən məktəbliləri əzdi: 1 ölü, 12 yaralı 7 Dekabr 2019, 22:33 Ziya Bünyadovun oğlu dünyasını dəyişdi 7 Dekabr 2019, 22:17 Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəldi - VİDEO 7 Dekabr 2019, 21:55 Azərbaycan Nəşriyyatı: nasaz lift, çirkli dəhliz, üfunət - Jurnalistlər çıxış yolu axtarır 7 Dekabr 2019, 21:34 Bakıda qadın meyiti tapıldı 7 Dekabr 2019, 21:07 Azərbaycan həkimlərindən dünyada ilk unikal əməliyyat - FOTO 7 Dekabr 2019, 20:37 Yanacaqdoldurma məntəqəsində yanğın: 5 yaralı 7 Dekabr 2019, 20:19  İranda hərbçi üç polisi güllələdi 7 Dekabr 2019, 20:02 YAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVAB 7 Dekabr 2019, 18:26 Məşhurların əsl adı – onları siz də bilin   7 Dekabr 2019, 18:15 “Deputatın dəfninə İsraildən gələnlər var” – İcma sədri   7 Dekabr 2019, 18:03 Baş nazir Şahin Mustafayevə yeni vəzifə verdi 7 Dekabr 2019, 17:50 Baş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR 7 Dekabr 2019, 17:40 10 ildən sonra yenidən dünya çempionu oldu 7 Dekabr 2019, 17:29 Tanınmış jurnalist Parlament seçkilərində namizəd olacaq 7 Dekabr 2019, 17:20 Bakıda bir mənzili bir neçə adama satan zavod direktoru həbs edilib 7 Dekabr 2019, 17:11 Hazırkı deputatların 27-si mandatdan əlini üzsün! - Astroloqdan PROQNOZ   7 Dekabr 2019, 16:50 "Həmrəy olaq"  Milli İncəsənət Muzeyində  7 Dekabr 2019, 16:19 Həmkarlarının Yevda Abramovla bağlı XATİRƏLƏRİ 7 Dekabr 2019, 16:10 "Prezidentimizi yalnız televizorda görmüşdüm" - VİDEO 7 Dekabr 2019, 16:01 528 məhkum əfv olundu - FƏRMAN 7 Dekabr 2019, 15:52 Azərbaycan idmançısı Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib 7 Dekabr 2019, 15:43
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?