Arxiv
9 Avqust 2019, 18:34 | QARABAĞ
Ermənilər Qarabağı viran qoyur - “Azərkosmos”peyk görüntülərini yaydı - FOTOLAR

 

“Azərkosmos” ASC-nin Azersky peyki vasitəsilə cari ilin iyun-iyul ayları ərzində Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyətlərin monitorinqi nəticəsində Şuşa şəhərində “İsabulağı” ətrafında 0.46 hektar sahədə meşə zolağının qırılması aşkar edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi və “Azərkosmos” ASC-nin birgə mətbuat açıqlamasında deyilir.

Açqılamada qeyd edilir ki, həmçinin, peyk təsvirləri vasitəsilə sözügedən ərazinin 0.85 hektar sahəsində yeni tikililər üçün planlama işlərinin aparıldığı qeydə alınıb:

 

"Məlum olduğu kimi, Ermənistanın işğal altındakı ərazilərimizdə törətdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən ekoloji terror nəticəsində meşə sahələri sürətlə deqradasiyaya uğrayır, həmin ərazilərdə yeni infrastruktur layihələri həyata keçirilir və təbii resurslar qanunsuz olaraq istismar edilir. Azersky təsvirləri vasitəsilə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda qızıl yataqlarının qeyri-qanuni istismarı ilə yanaşı, Tərtər rayonunun Dəmirli mədən yatağının 740 hektar ərazisində geoloji kəşfiyyat, qazıntıhasilat işlərinin və yeni infrastruktur elementlərinin (yol, bina, qurğu və s.) tikintisinin aparıldığı da müəyyən edilib. Eyni zamanda, Azersky vasitəsilə aparılmış son monitorinqlər zamanı Azərbaycanın işğal olunmuş ərazilərində kənd təsərrüfatı sahələrinin qanunsuz istismarının davam etdirildiyi və geniş miqyaslı yanğınların törədildiyi müşahidə edilib. Təkcə Füzuli rayonunun təxminən 15.000 hektar sahəsində yanğınların törədildiyi qeydə alınıb. Göründüyü kimi, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətini, o cümlədən təbii sərvətlərin istismarı və talan edilməsi, kənd təsərrüfatı və su ehtiyatları da daxil olmaqla sosial, iqtisadi və nəqliyyat infrastrukturunun dəyişdirilməsi, meşələrin qırılması, yanğınların törədilməsi və ətraf mühitə ziyan vuran digər əməllərini davam etdirir. Bu qanunsuz fəaliyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdirilməsi və möhkəmləndirilməsi, ərazilərimizin ilhaq edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının qarşısının alınmasına yönəlib. Beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüquq və insan hüquqları normalarını və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz fəaliyyəti həyata keçirən Ermənistan, onun fiziki və hüquqi şəxsləri, eləcə də işğal olunmuş ərazilərimizdə qeyriqanuni fəaliyyətdə iştirak edən bütün digər şəxslər və şirkətlər inzibati və hüquqi məsuliyyət daşıyırlar. Ermənistan anlamalıdır ki, Azərbaycan ərazilərinin hərbi işğalı müvəqqəti xarakter daşıyır və bu torpaqların əvvəl-axır Azərbaycanın nəzarətinə qaytarılması qaçılmazdır. O cümlədən, Azərbaycanın işğal olunmuş ərazilərinə təcavüzkar qüvvə tərəfindən vurulan zərər müvafiq beynəlxalq mexanizmlər vasitəsilə hesablanacaq, Ermənistan Azərbaycan tərəfinə vurduğu zərəri ödəyəcək və bütün qeyri-qanuni əməllərinin hüquqi cavabını verəcəkdir".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu gün Azərbaycan daha iki rayonunun işğal gününü anır 23 Avqust 2019, 00:01 Azərbaycan nefti bahalaşıb 22 Avqust 2019, 23:46 “Qarabağ” səfərdə uduzur - YENİLƏNİR   22 Avqust 2019, 23:38 Türkiyə Suriyada uduzur: Putin Ərdoğanı tələyə saldı TƏHLİL 22 Avqust 2019, 23:32 Azərbaycan hərbi pilotlarının MACƏRALARI 22 Avqust 2019, 23:21 Nazirlik Ağsudakı meşə yanğını barədə məlumat yaydı 22 Avqust 2019, 23:13 "Körfəzdə müharibəni başlayan biz olmayacağıq" - Məhəmməd Cavad Zərif 22 Avqust 2019, 22:48 Prezident tələbə adı qazanan siam əkizləri ilə görüşdü 22 Avqust 2019, 22:31 Dəmiryolu ilə sərnişin daşınması artıb 22 Avqust 2019, 22:17 Kanada Rusiyanın G8-ə qayıtmasını istəmir 22 Avqust 2019, 22:00 Bakıda taxta bazarındakı yanğın söndürüldü 22 Avqust 2019, 21:46 Bakıdakı taxta bazarında güclü yanğı - VİDEO + FOTOLAR - YENİLƏNİB 22 Avqust 2019, 21:20 Polşa ABŞ-dan qaz alır 22 Avqust 2019, 21:15 “Ermənistan demokratiyanın qasidi statusuna iddia edə bilməz” - XİN 22 Avqust 2019, 21:02 Zakir Qaralov Qubada qəbul keçirəcək 22 Avqust 2019, 20:44 “Titanik”in qalıqları yoxa çıxır 22 Avqust 2019, 20:30 “Kənddən Şəhərə” yarmarkasında reyd:  qiymətlər ucuzdur 22 Avqust 2019, 20:16 “Ermənilərin avantürist təşəbbüsünün qarşısı alınmalıdır” - Əliməmməd Nuriyev 22 Avqust 2019, 20:02 Mingəçevirdə azyaşlı binanın ikinci mərtəbəsindən yıxılıb 22 Avqust 2019, 19:42 Gömrükdə 50 minə yaxın siqaret ələ keçirildi 22 Avqust 2019, 19:29 ABŞ-Venesuela gizli danışıqları nə barədə aparılır... 22 Avqust 2019, 19:15 Nazir müavini: "Taxta bazarında yanğın tam məhdudlaşdırılıb" 22 Avqust 2019, 19:01 Bu il dəmir yolları 270 min sərnişin daşıyıb 22 Avqust 2019, 18:42 Jurnalist Tural Yusifov imkansız tələbənin 1 illik təhsil haqqını ödədi  22 Avqust 2019, 18:14 Nazir müavini: Taxta bazarında yanğın 1500 kvadratmetri əhatə edib 22 Avqust 2019, 18:12 “Azərbaycan dövləti əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir” 22 Avqust 2019, 18:08 Elçibəyin köməkçisi 19 illik sirri açır: “Almaniyaya aparmağa pulumuz olmadı” - MÜSAHİBƏ 22 Avqust 2019, 18:02 Əli Əhmədov: “Azərbaycan heç zaman indiki qədər güclü olmayıb” 22 Avqust 2019, 17:47 Dərnəgüldəki taxta bazarın yanğınında iki nəfər zəhərləndi 22 Avqust 2019, 17:42 Pirşağıda tullantı təmizləyici qurğu istifadəyə veriləcək 22 Avqust 2019, 17:38 Manatın məzənnəsi dəyişmədi 22 Avqust 2019, 17:25 Mirmahmud Mirəlioğlu Fəzail Ağamalının Elçibəylə bağlı iddialarına CAVAB VERDİ 22 Avqust 2019, 17:14 Telefon almadığına görə anasını öldürən oğula AĞIR CƏZA 22 Avqust 2019, 17:02 Saakaşvili “Qarabağ Azərbaycandır!” dedi - Azərbaycanlı deputat onu “populist” adlandırdı - QALMAQAL 22 Avqust 2019, 16:40 Şamaxıda da yanğın oldu - Havaya helikopter qaldırıldı 22 Avqust 2019, 16:36