Arxiv
10 Avqust 2019, 10:37 | İQTİSADİYYAT
Sentyabrın 1-dən maaşlar yeni qaydada hesablanacaq - Vahid Tarif Cədvəli 

Məlum olduğu kimi, Azərbaycan Prezidenti  İlham Əliyevin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamı ilə 2019-cu ilin 1 sentyabr tarixindən respublikda minimum aylıq əməkhaqqının məbləği artırılaraq, 180 manatdan 250 manata çatdırılacaq.

 

Əmək və Əhalinin Sosila Müdafiəsi Nazirliyindən Modern.az-a bildirilib ki, sərəncamın icrası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 345 nömrəli qərarı ilə əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin tarif (vəzifə) maaşları orta hesabla 40%-dək artırılaraq, həmin işçilər üçün yeni VTC təsdiq edilib.

Əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində  çalışanlar daxildir.

 

Yeni VTC-də tarif (vəzifə) maaaşları əməyin ödənilməsinin 1-19-cu dərəcələri üzrə 250-906 manat intervalında müəyyən edilib və bu VTC-nin tətbiqinə  1 sentyabr 2019-cu il tarixindən başlanacaq.

Dövlət başçısının qeyd edilən sərəncamının icrası olaraq, Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 346 nömrəli qərarı ilə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də orta hesabla 40% artırılıb. Təhsilverənlərin və təhsilalanların kateqoriyasından asılı olaraq müəyyən edilmiş saathesabı ödəniş  məbləğlərinin tətbiqi 1 sentyabr 2019-cu il tarixindən həyata keçiriləcək.

 

Həmçinin sərəncamın icrası olaraq, dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi və s.) aylıq vəzifə maaşları orta hesabla 40%-dən çox artırılaraq dövlət orqanlarının kateqoriyaları üzrə 260-310 manat intervalında müəyyən edilib. Bu aylıq vəzifə maaşlarının tətbiqinə də 1 sentyabr 2019-cu il tarixindən başlanacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəmkirdə 2 uşaq anası itkin düşüb 19 Oktyabr 2019, 13:31 Bazar günü Bakıya yağış yağacaq 19 Oktyabr 2019, 13:20 Bu il əmək yarmarkalarında iş tapanların sayı... 19 Oktyabr 2019, 13:08 Mətbuat Şurası mitinqlə bağlı jurnalistlərə çağırış etdi 19 Oktyabr 2019, 12:57 Bu partiya Milli Şuranın icazəsiz mitinqində iştirak etməyəcək 19 Oktyabr 2019, 12:53 Bakının “28 may”, "Cəfər Cabbarlı" və “Xətai” stansiyaları müvəqqəti bağlandı  - Mitinqə görə 19 Oktyabr 2019, 12:44 Respublikaçı senator: Məgər ABŞ o qədər zəifdir ki, Türkiyə bizi vadar edir? 19 Oktyabr 2019, 12:29 Goranboyda istehsal olunan məhsullar xaricə satılacaq 19 Oktyabr 2019, 12:19 Sağlamliq problemi olan 50 uşaq reabilitasiya mərkəzinə köçürüldü 19 Oktyabr 2019, 12:12 Pakistan ordusunun Baş Qərargah rəisi Qarabağ mesajı verdi 19 Oktyabr 2019, 12:00 Gəncədə 5 yaşlı uşaq qızdırmadan öldü 19 Oktyabr 2019, 11:46 Bakının mərkəzində başına boru düşən fəhlə öldü 19 Oktyabr 2019, 11:31 “Ded Xasan”ın qətlinin üstü açılır 19 Oktyabr 2019, 11:25 “Həmsədrlər deyir ki, Azərbaycan torpaqlarının işğalı ilə barışsın, ermənilərə güllə atmasın” - İTTİHAM 19 Oktyabr 2019, 11:06 Axtarışda olan şəxslər Azərbaycan sərhədini pozarkən saxlanıldı 19 Oktyabr 2019, 10:57 Nazirlik gələn il 130 min vətəndaşı sevindirəcək 19 Oktyabr 2019, 10:42 Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub 19 Oktyabr 2019, 10:36 BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək 19 Oktyabr 2019, 10:26 Gəncədə 2 yaşlı uşaq kimyəvi maddə içib zəhərləndi 19 Oktyabr 2019, 10:20 Azərbaycanda enerji içkilərinin satışı ilə bağlı sərt QƏRAR 19 Oktyabr 2019, 10:12 Pens Ərdoğanı Suriyada atəşkəsə necə razı saldı? – DETALLAR 19 Oktyabr 2019, 10:10 Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb 19 Oktyabr 2019, 09:55 Cəbhədə pulemyotlar və snayperlər işə düşdü 19 Oktyabr 2019, 09:40 “Atamın mahnılarına siyasi rəng verirdilər, o da hirsini anamın üstünə tökürdü” - Xalq artisininin oğlu 19 Oktyabr 2019, 09:25 Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünlərlə görüşdü 19 Oktyabr 2019, 09:24 İstirahət günləri Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq 19 Oktyabr 2019, 09:12 Ərdoğan Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb 19 Oktyabr 2019, 09:07 Rusiyada damba uçub: 11 ölü, 13 itkin düşən var 19 Oktyabr 2019, 08:59 Azərbaycan şahmatçısı erməni rəqibini məğlub etdi 19 Oktyabr 2019, 00:49 Roza Zərgərlinin qazandığı avtomobil qazilərə verildi 19 Oktyabr 2019, 00:32 “Maşın”ın qalibi Suna Kasımoğlu oldu 19 Oktyabr 2019, 00:14 Türkiyə və İran Suriya problemini müzakirə etdi 18 Oktyabr 2019, 23:45 Azərbaycan nefti ucuzlaşdı 18 Oktyabr 2019, 23:32 Şəmkirdə 2 uşaq anası itkin düşüb - FOTO 18 Oktyabr 2019, 23:16 Daha bir ərəb ölkəsi çalxalanır 18 Oktyabr 2019, 22:58