Modern.az

Qurban bayramında şəhid ailələri ziyarət olunub

Qurban bayramında şəhid ailələri ziyarət olunub

Aktual

13 Avqust 2019, 17:34

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Milli Qəhrəmanların, veteranların, QHT rəhbərlərinin, baş redaktorların iştirakı ilə Qurban bayramı münasibətilə respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid və Qarabağ müharibəsi veteranı ailəsinə bayram təbrikləri və sovqatlar çatdırılıb.

Modern.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Səbail rayonunda şəhid Vüqar Muradovun, Yasamal rayonunda isə şəhid Cavid Quliyevin ailəsinə baş çəkib, bayram münasibətilə təbrik ediblər.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial siyasəti, şəhid ailələrinə diqqət və qayğını öz fəaliyyətində prioritet götürən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti dövlət orqanı olaraq müxtəlif layihələr həyata keçirir.

Həyata keçirilən bu cür layihələr Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının ailələrinin qayğı ilə əhatələnməsi, onlara əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.

Qeyd edək ki, SHXÇDX-nin yerli idarə, şöbə və bölmələri tərəfindən şəhid ailələrinin ziyarət olunması və onlara bayram sovqatlarının paylanılması həyata keçirilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır