Modern.az

Bakıda 12 yaşlı qız 4-cü mərtəbədən yıxıldı

Bakıda 12 yaşlı qız 4-cü mərtəbədən yıxıldı

Aktual

13 Avqust 2019, 20:18

Bakıda bədbəxt hadisə baş verib.

Modern.az  “Report”a  istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu 4-cü mkr, Mircəlal 4 ünvanında qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü İsgəndərova Səma Coşqun qızı öz evlərinin eyvanından yıxılaraq xəsarət alıb.

4-cü mərtəbədən yıxılan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma, sol bud sümüyünün sınığı diaqnozu qoyulub və 12 yaşlı uşaq reanimasiyaya yerləşdirilib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu