Arxiv
14 Avqust 2019, 10:04 | AKTUAL
Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda iki yeni çimərlik yaradıldı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın nəcib təşəbbüsü ilə Bakı şəhərində ictimai çəmərliklərin yaradılması işləri davam edir. 

Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, paytaxt sakinləri və eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzularını, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq birliyin təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklərin yaradılır. 

Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə yaradılan çimərlikdən sonra artıq Buzovna və Goradil qəsəbələrində növbəti çimərliklər yaradılaraq vətəndaşların istifadəsinə verilib. Əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun sayda  kölgəlik, soyunub-geyinmə kabinaları, duş, sanitariya qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün  söhbətgahlar quraşdırılmış, futbol və voleybol meydançaları yaradılmış, dəniz kənarına uzanan yola asfalt çəkilib, avtomobil dayanacağı yaradılaraq bura asfaltlaşdırılıb.

Vətəndaşların istirahətinin təşkili üçün çimərliklərin ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazı boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb. 

Yaxın günlərdə daha 4 qəsəbədə də yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulub. 

Yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması  üçün burada xidmət personalı fəaliyyət göstərəcək. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38 İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi 22 Avqust 2019, 00:17 Bakıda kürəkən qayınanasını döydü 21 Avqust 2019, 23:56 Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək 21 Avqust 2019, 23:39 Qazax sakini restoranda bıçaqlandı 21 Avqust 2019, 23:21 Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı 21 Avqust 2019, 23:02 Bakının mərkəzini su basdı - SƏBƏB 21 Avqust 2019, 22:43 Oğul pensiya kartına görə atasını çəkiclə öldürdü 21 Avqust 2019, 22:25 Alman alimlərindən yeni kəşf 21 Avqust 2019, 22:09 Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi 21 Avqust 2019, 22:02 Rəqib "Qarabağ"dan çəkinir 21 Avqust 2019, 21:52 Mingəçevirdə uşaq ölü doğuldu 21 Avqust 2019, 21:34 Babasıgilə qonaq gedən uşaq hamamda boğuldu 21 Avqust 2019, 21:19 Fazil Mustafa Qabil Hüseynlinin müdafiəsinə qalxdı 21 Avqust 2019, 21:02 Almaniyada azərbaycanlı miqrantlarla kütləvi dava: Xüsusi təyinatlılar işə qarışdı 21 Avqust 2019, 20:46 “Müxalifət üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər yadlaşıb” - Vüqar Rəhimzadə 21 Avqust 2019, 20:33 Bakıda velosiped oğrusu yaxalandı 21 Avqust 2019, 20:18 Qazaxda Rusiya vətəndaşı öldü 21 Avqust 2019, 20:03 Prezident Vergi Məcəlləsində dəyişiklik etdi 21 Avqust 2019, 19:58 Müsabiqənin yazılı imtahan mərhələsi keçirilib - FOTO 21 Avqust 2019, 19:50 İcra başçısı vətəndaşların problemlərin həlli ilə bağlı göstəriş verdi - FOTO 21 Avqust 2019, 19:46 Küçələrin işıqlandırılması "Azərişıq" ASC-nin səlahiyyətində deyil 21 Avqust 2019, 19:42 Bakıda uşağını zəncirlə bağlayan anaya cinayət işi açıldı - RƏSMİ 21 Avqust 2019, 19:33 Paytaxtda avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub     21 Avqust 2019, 19:23 Azercell-in Rəqəmsal Dünyası Lənkəranda   21 Avqust 2019, 19:12 Nəticələr açıqlandı 21 Avqust 2019, 19:03 Prezident onları təltif etdi - SİYAHI 21 Avqust 2019, 18:56 Sabir Nağıyevə general-leytenant rütbəsi verildi- Sərəncam 21 Avqust 2019, 18:46 Aktyor Məhərrəm Qurbanov vəfat etdi   21 Avqust 2019, 18:21 AFƏRİN deyirik! Halal olsun SİZlərə!!! 21 Avqust 2019, 18:11 Azərbaycan-Gürcüstan sərhəd məsələləri üzrə komissiyanın növbəti iclası sentyabrda Tbilisidə keçirilə bilər 21 Avqust 2019, 18:00 Daxili işlər nazirindən yol polisinə yeni TƏYİNAT 21 Avqust 2019, 17:53 “Sığortalı gələcək” proqramına start verilib 21 Avqust 2019, 17:47 Şüurlu vətəndaşlığın adi tələbi 21 Avqust 2019, 17:44