Arxiv
16 Avqust 2019, 10:37 | İQTİSADİYYAT
Neft Fondu Çin yuanına görə pul itirir? - AÇIQLAMA

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyanın təmin edilməsi istiqamətində növbəti mərhələ olaraq Çin yuanında investisiyalara başlamışdı. Açıq mənbələrdən göstərilir ki, Fondda valyutanın 1,2 %-i Çin yuanındadır. Son günlərdə isə Çin yuanı öz dəyərini itirib, ucuzlaşıb. Çin yuanının ucuzlaşması səbəbi ilə Fond nə qədər məbləğ pul itirib?

 

Fonddan Modern.az-a verilən məlumata əsasən 2019-cu ilin ilk yarım ilinin sonuna ARDNF-nin aktivlərinin həcmi 42,646 milyon ABŞ dolları olmuşdur.

 

“Bildiyiniz kimi, ARDNF öz valyuta vəsaitlərini illik əsasda təsdiq edilən İnvestisiya Siyasəti ilə müəyyən edilən çərçivədə müxtəlif valyutalarda ifadə edilən aktivlərdə yerləşdirir ki, cari ilin ilk yarımilinin sonuna da Çin yuanında ifadə edilən aktivlərin həcmi ümumi aktivlərin təqribən 1,2%-ni təşkil etmişdir.

Öncələr də qeyd etdiyimiz kimi, ARDNF-nin idarəetməsində olan vəsaitlərin gəlirliliyinin ölçülməsi onların ifadə olunduqları hər bir valyuta üzrə ayrılıqda aparılır və ümumi portfelin də gəlirliliyinin hesablanması müvafiq valyutalar üzrə investisiya dəyərinin portfeldəki payına uyğun olaraq həyata keçirilir. Lakin xüsusilə vurğulamaq lazımdır ki, Fondun valyuta vəsaitlərinin əsas gəlirlilik göstəricisi məhz aktivlərdən kupon (dividend, icarə haqqı), eləcə də əsas kapitalın dəyərinin dəyişməsi nəticəsində əldə edilən gəlirlərdir. Bildiyiniz kimi, ARDNF-də Çin yuanında ifadə edilən aktivlərə 2015-ci ilin iyun ayında başlanılmışdır və ümumi olaraq yerləşdirilən sərmayələrin həcmi 3,0 milyard Çin yuanı təşkil etmişdir. İnvestisiya dövrü ərzində isə bu yatırımların dəyəri artaraq cari ilin ilk yarım ilinin sonuna 3,4 milyard Çin yuanı qeydə alınmışdır”.

 

Mətbuat xidmətinin açıqlamasında bildirilib ki, ARDNF-nin vəsaitlərinin bazar dəyəri Fondun fəaliyyətini tənzimləyən qanunvericiliyə əsasən investisiya portfeli üçün bazar valyutası olan ABŞ dollarında da təqdim olunur.

 

“Öncələr də vurğuladığımız kimi, hər bir aktiv növü üzrə məzənnə dəyişkənliyi onun ABŞ dollarında olan ümumi gəlirliliyini təşkil edən komponentlərdən yalnız biridir ki (əsas kapitalın dəyəri və kupon komponentləri ilə yanaşı), nəticədə də mənfi məzənnə dəyişkənliyinə baxmayaraq, digər komponentlərin ümumi gəlirliliyə toplam müsbət töhvəsi nəticəsində Çin yuanında yerləşdirilən aktiv investisiyalarına başlanılma tarixindən etibarən olan dövr ərzində sözügedən aktivlər üzrə ABŞ dollarında da ümumilikdə müsbət gəlirlilik müşahidə edilmişdir.

 

Sonda isə bir daha vurğulamaq istərdik ki, ARDNF-nin investisiya siyasətinə əsasən Fondun vəsaitlərinin idarə olunması strategiyası uzunmüddətli dövr üçün nəzərdə tutulub və maliyyə bazarlarındakı çox qısamüddətli dalğalanmalardan, xüsusilə məzənnə dəyişikliklərindən yarana biləcək zərəri Fondun vəsaitlərinin artım tempinin dayanıqlığı üçün təhlükə və ya Fond üçün birbaşa itki hesab etmək yanaşma olaraq reallığa tam uyğun deyildir”.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Arif Rəhimov beynəlxalq mediaya müsahibə verib 14 May 2021, 10:16 Zakir Həsənov azad olunmuş ərazilərdə - FOTOLAR 14 May 2021, 10:09 20 yaşlı tələbə itkin düşüb 14 May 2021, 10:04 Fransa prezidentindən Azərbaycana qarşı ƏSASSIZ İTTİHAM 14 May 2021, 10:00 İsrail hava hücumlarına yenidən başlayıb 14 May 2021, 09:50 Tokio Olimpiadasının keçirilməsinə qarşı petisiya toplanır 14 May 2021, 09:33 Yer kürəsinə asteroid yaxınlaşacaq 14 May 2021, 09:19 BMT Təhlükəsizlik Şurası Fələstin üçün TOPLANACAQ 14 May 2021, 09:05 Ordumuz antiterror təlimlərinə başlayır 14 May 2021, 08:26 Məni niyə Şuşaya aparmayıblar? 14 May 2021, 01:17 Bakıda yeniyetmə boğazından bıçaqlandı 14 May 2021, 00:58 Ən çox peyvənd vurulan ölkələr 14 May 2021, 00:43 ABŞ 120 nəfərlik personalı İsraildən çıxardı 14 May 2021, 00:27 İsrailin atəşi nəticəsində “Anadolu” agentliyinin iki əməkdaşı yaralandı 14 May 2021, 00:16 Livandan İsrail istiqamətinə raket atıldı 14 May 2021, 00:01 Ermənistan-Azərbaycan sərhədində gərginliyin izi hara aparır? - TƏHLİL 13 May 2021, 23:53 Gürcüstanın Baş naziri müsəlmanları təbrik etdi - FOTO 13 May 2021, 23:48 Polisin xəbərdarlığına baxmayan 10 piyada cərimələndi - FOTO 13 May 2021, 23:32 “Oğlumun “Sportinq”ə keçməsi üçün hər şeyi edəcəm” - Ronaldonun anası 13 May 2021, 23:17 Türkiyədə yoluxanlar azaldı, ölənlər artdı 13 May 2021, 23:04 ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ 13 May 2021, 22:49 İsmayıllıda ağır yol qəzası - ölən var 13 May 2021, 22:35 Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə GETDİ 13 May 2021, 22:27 Daha 30 şirkət Rusiyaya pomidor ixrac edəcək 13 May 2021, 22:18 Ermənistan-Azərbaycan gərginliyi: “Bizə aid olanların hamısını geri qaytaracağıq!” - ŞƏRH 13 May 2021, 22:03 Ermənistanla sərhəddə nə baş verir? - XİN AÇIQLAMA YAYDI 13 May 2021, 22:03 ATƏT sədri Ermənistanın XİN rəhbəri ilə də danışdı 13 May 2021, 21:53 Cəlilabadda atanın törətdiyi qəzada qızı öldü 13 May 2021, 21:42 Hacıbala Abutalıbova - Hansı yaxşıdır, ölü, yoxsa ilana zəhər verən kərtənkələ? 13 May 2021, 21:34 Gürcüstanda bu məhdudiyyətlər ləğv olundu 13 May 2021, 21:28 ATƏT sədri ilə Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə edildi 13 May 2021, 21:15 Bir ölkəyə görə bütün dünya məhv ola bilər 13 May 2021, 21:02 Gürcüstan PUA istehsal edəcək 13 May 2021, 20:47 AMEA-nın bu jurnalı ilk beynəlxalq indeksini aldı - FOTO 13 May 2021, 20:34 Bu gün peyvənd olunanların sayı 21 mini keçdi 13 May 2021, 20:20