Arxiv
17 Avqust 2019, 16:30 | AKTUAL
Fazil Mustafa Sərdar Cəlaloğluna: “Gülümsərovluq edən cahil...”

“Mənə bu vaxta qədər "FETO"çu deyənlər, o cümlədən Sərdar Cəlaloğlu da bunu sübut etməsələr, namussuzdurlar”.

 

Modern.az xəbər verir ki, bunu Fazil Mustafa öz facebook hesabında bildirib.

 

“Budur bax, bütün böhtançılar beləcə özlərini ifşa edirlər. Neçə müddətdir böhtanlarını sağa-sola dağıdırlar və deyirlər ki, ittihamlarımı sübut edərəm. Qarşılarına şərt qoyanda ki, sübut etməsən namussuzsan, o zaman mövzudan yayınmağa çalışırlar. Mən adama deyirəm ki, PKK-çı ilə görüşmüsən, adam özü də etiraf edir ki, bəli görüşmüşəm. Ardınca deyirəm ki, ondan vaxtilə təlimat aldığını ehtimal edirəm. Yəni "sübut edərəm" demirəm, "ehtimal edirəm" deyirəm. Sən isə mənə "sübut edərəm" deyirsən. Mənim "ehtimalım" subyektiv mülahizədir, sənin "sübut etmən" hüquqi iddiadır. Bu fərqi anlamayacaq bir cahilin mənimlə mübahisədə nə işi var?

 

Fazil Mustafa ona “FETÖ”çu deyən şəxslərdən iddialarını üçün konkret sübut ortaya qoymasını tələb edib.  

“Yenə də deyirəm, mənə bu vaxta qədər "FETO"çu deyənlər, o cümlədən Sərdar Cəlaloğlu da sübut etməsələr, namussuzdurlar. Olmayan bir şeyi necə sübut edəcəklər? Ardınca hələ mənə yol da göstərir. Deyir ki, özü MTN-ə müraciət etsin, bu da gedib orada əleyhimə ifadə versin. Yenə də hüquqi savadsızlıq ortaya qoyur. Təqsirsizlik prizumsiyası deyilən termindən xəbəri yoxdur. İttiham olunan şəxs özü təqsirsizliyini sübuta yetirməliymiş sanki.. Buyur MTN-ə, Türkiyə MİT-nə, Rusiya FSB-nə müraciət elə, əksinə mən gedim ortaya qoyum ki, bu böhtanlar hansı ölkənin mətbəxində hazırlanıb tirajlanır və Sərdar Cəlaloğluna da məhz bu ifadəni işlətməyi niyə həvalə ediblər. Elmdə nisbilik nəzəriyyəsini biologiyaya qatıb “Gülümsərovluq” etmək onsuz da bir utancverici davranışdır, üstəlik böhtançılıqla məşğul olmaq insana heç şərəf gətirməz”.

 

Qeyd edək ki, S. Cəlaloğlu Musavat.com-a açıqlamasında Fazil Mustafanın FETO-çularla əlaqəsinin olmasını onun özünə, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə də, Türkiyə təhlükəsizlik orqanlarına da sübut edə biləcəyini, faktlarının olduğunu söyləyib

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kolleclərə tələbə qəbulu BAŞLADI 21 Fevral 2020, 10:25 Koronavirus əlehinə peyvənd test olunamağa başlayır 21 Fevral 2020, 10:19 DTX Neftçala Mərkəzi Rayon  Xəstəxanasının baş həkimini saxladı - FOTO 21 Fevral 2020, 10:14 Nazirlik Xəzəri ən çox çirkləndirən rayonun adını AÇIQLADI 21 Fevral 2020, 10:08 Ağdaşda heroin satan şəxslər tutuldu 21 Fevral 2020, 10:02 Azərbaycanda qızlar da, oğlanlar da evlənməyə GECİKİR 21 Fevral 2020, 09:58 Ağdamda itkin düşən qadın tapıldı 21 Fevral 2020, 09:52 Qonaq gedən qadın və kişi hamamda çimərkən öldülər 21 Fevral 2020, 09:46 Bakıda itkin düşmüş 5 nəfər tapıldı - RƏSMİ 21 Fevral 2020, 09:40 Koronavirusa görə yoxlanılan tələbələrin analizlərinin cavabı mənfidir - RƏSMİ 21 Fevral 2020, 09:34 Toyunu təxirə salan gənc həkimin ölümü çinlilərin kədərinə səbəb oldu 21 Fevral 2020, 09:28 Ağdaşda heroin alverçisi saxlanıldı 21 Fevral 2020, 09:22 Erməni snayperləri mövqelərimizi atəşə tutdu 21 Fevral 2020, 09:15 İlham Əliyevin şərəfinə Romada ziyafət verildi - FOTO 21 Fevral 2020, 09:09 İsmayıllı sakinindən qanunsuz ov tüfəngi götürülüb 21 Fevral 2020, 09:04 Neftdən bal da hazırlanırmış - Azərbaycan neftinin sirrləri 21 Fevral 2020, 08:59 Çində koronavirusdan ölənlərin sayı daha da artdı 21 Fevral 2020, 08:54 UEFA Avropa Liqası: “Sevilya”, “Ayaks”, “Porto” məğlub oldular 21 Fevral 2020, 08:49 Çindən gələn ukraynalılar ölkəyə buraxılmadı 21 Fevral 2020, 00:44 DİN-dən Zərdabdakı aksiya ilə bağlı açıqlama 21 Fevral 2020, 00:24 Məscidin axunduna hücum edən şəxs tutuldu 21 Fevral 2020, 00:09 Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib - YENİLƏNİB 20 Fevral 2020, 23:47 Bakıda maşın reklam lövhəsinə çırpıldı: ölənlər var 20 Fevral 2020, 23:32 Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB 20 Fevral 2020, 23:21 Rusiya türk ordusunun İdlibdə hücumunu dayandırdı - DETALLAR 20 Fevral 2020, 23:17 Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının rəsmilərilə görüşəcək 20 Fevral 2020, 23:11 Paytaxtın əsas magistral yollarında sürət həddi endirildi 20 Fevral 2020, 22:47 Görmə məhdudiyyətli türk tələbə feysbukda işə başladı 20 Fevral 2020, 22:33 İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etdi - FOTO 20 Fevral 2020, 22:16 Dəniz quldurları 4 gürcü dənizçini qaçırdı 20 Fevral 2020, 22:02 İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb - FOTO 20 Fevral 2020, 21:51 İraq İranla sərhədi bağladı 20 Fevral 2020, 21:36 İranda KİV nümayəndələrinə koronavirusla bağlı xəbərdarlıq 20 Fevral 2020, 21:16 Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaqlar 20 Fevral 2020, 21:03 “2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub”  - İtaliya Prezidenti  20 Fevral 2020, 20:39