Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının hakimləri açıqlanıb.
Modern.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın “Linfild”lə Şimali İrlandiyadakı qarşılaşmasını isveçrəli hakimlər idarə edəcək.
Avqustun 22-də Belfastın “Vindzor Park” stadionunda keçiriləcək görüşün baş hakimi Sandro Şarer olacaq. Ona yan xətt hakimləri Stefan De Almeyda və Bekim Zoqay, dördüncü hakim Fedayi San yardım edəcəklər.
Matçın hakim-inspektoru xorvatiyalı Vlado Svilokos, UEFA nümayəndəsi isveçli Mikael Salzer olacaq.