Arxiv
18 Avqust 2019, 17:23 | AKTUAL
DİM dövlət qulluğuna qəbul imtahanının nəticələrini açıqladı

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək.


Dövlət İmtahan Mərkəzi tərəfindən 18 avqust 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.


Mərkəzdən Modern.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1501  namizəddən 18 nəfər imtahana gəlməyib.

İmtahan nəticələri saat 16:55-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. 

Nəticələrə əsasən:

BA2 altqrupu üzrə – 6 nəfər;

BA3 altqrupu üzrə – 11 nəfər;

BA4 altqrupu üzrə – 29 nəfər;

BB1 altqrupu üzrə – 58 nəfər;

BB2 altqrupu üzrə – 87 nəfər;

BB3 altqrupu üzrə – 135 nəfər;

BB4 altqrupu üzrə – 154 nəfər olmaqla, ümumilikdə 480 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün avqustun 19-dan 30-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 19–21 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək 20 Fevral 2020, 08:26 Bu ölkələr pullarını yuyacaq - virus əleyhinə 20 Fevral 2020, 08:10 Buxara şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunur 20 Fevral 2020, 08:00 Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə çatıb 20 Fevral 2020, 07:46 Kasilyas idmançı karyerasını bitirdi 20 Fevral 2020, 00:46 Ukraynadan Donbasla bağlı açıqlama 20 Fevral 2020, 00:27 Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri: Azərbaycan 10-cu yerdədir 20 Fevral 2020, 00:13 Batan  miqrant qayığında 14 nəfər öldü 19 Fevral 2020, 23:54 ABŞ-da gənc reper qətlə yetirildi 19 Fevral 2020, 23:38 Paşinyan yenə Qarabağa gəlir 19 Fevral 2020, 23:29 Gəncədə reyd zamanı 160-dan artıq sürücü cərimələndi 19 Fevral 2020, 23:14 Qızılın qiyməti 7 illik rekordu yenilədi 19 Fevral 2020, 22:54 10 yaşlı uşaq 5 ayda 250-dən çox kitab oxudu - VİDEO 19 Fevral 2020, 22:40 Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTOLAR 19 Fevral 2020, 22:25 Bakıda dava zamanı iki nəfər bıçaqlanıb 19 Fevral 2020, 22:12 Bakıda çoxmərtəbəli binada yanğın söndürülü 19 Fevral 2020, 21:54 Azərbaycanlılarla ermənilər arasında kütləvi dava 19 Fevral 2020, 21:42 Təbriz komandası İran kubokunda rəqib tanımır 19 Fevral 2020, 21:28 Bakıda avtomobil yolu keçən piyadanı vurdu 19 Fevral 2020, 21:14 Jurnalist hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcək 19 Fevral 2020, 21:11 Sumqayıtda sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələdi 19 Fevral 2020, 20:49 Sumqayıtda bu binalar söküləcək 19 Fevral 2020, 20:36 İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir - Brayza 19 Fevral 2020, 20:22 Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi 19 Fevral 2020, 20:06 Bakıda hündürmərtəbəli binada yanğın BAŞLAYIB 19 Fevral 2020, 19:58 “Putin bunu etsə, Qərbdən heç nə ilə fərqlənməyəcək” 19 Fevral 2020, 19:54 İranda koronavirusa yoluxan iki nəfər öldü 19 Fevral 2020, 19:42 Naftalanda hesabat iclası keçirildi 19 Fevral 2020, 19:33 Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb 19 Fevral 2020, 19:23 “Elmi dərəcələrin verilməsində MDB ölkələrinin təcrübəsindən yararlanırıq” - AAK sədri 19 Fevral 2020, 19:08 Ombudsman Nərmin cinayətinə görə həbs edilən İlkin Süleymanova baş çəkdi 19 Fevral 2020, 18:46 Dairə Seçki Komissiyasının sədri vəfat etdi 19 Fevral 2020, 18:30 Dəmir yolu stansiyasında partladıcılar tapıldı - FOTO 19 Fevral 2020, 18:21 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib 19 Fevral 2020, 18:10 Putin maaşının azlığından şikayətləndi 19 Fevral 2020, 18:03