Arxiv
19 Avqust 2019, 14:27 | AKTUAL
“Mehriban Əliyevanın bu addımı bütün məmurlara örnəkdir!” - Şəhid xanımı

"Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim. Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm".

Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün "İnstagram" səhifəsində yazıb.

Mehriban Əliyeva daha sonra bildirib: 
"Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub. 
Allah rəhmət eləsin. 
Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!"

 

“Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri, “Aprel döyüşləri”ndə həlak olmuş polkovnik-leytenat Raquf Orucovun xanımı Sevinc Alızadə  Modern.az-a Birinci vitse-prezidentin bu addımını yüksək qiymətləndirdiyini vurğulayıb:


“Həmin görüntülər qürurvericidir. Mehriban xanım yanında heç kim olmadan Ali Hərbi Məktəbin məzunları ilə birgə şəhid məzarını ziyarət edib. Mehriban xanım II Fəxri Xiyabanda uyuyan şəhidləri ziyarət edib. Həmin yerdə “Aprel şəhidləri”ndən olanlar da dəfn edilib. Bu, bütün məmurlara örnək addımdır”.

 

Birliyin sədri bildirib ki, şəhid adını hamımız uca tutmalıyıq:

“II Fəxri Xiyabanda da bizim igidlərimiz uyuyur. Onları da hörmət və ehtiramla yad etməliyik. Bu addım ölkənin Birinci vitse-prezidentinin şəhidə verdiyi dəyərdir. Şəhid adını hamımız uca tutmalıyıq. Şəhidlik baş tacımızdır. İnsanlarımız şəhidlərimizi sayqıyla anmalı, adları çəkiləndə ayağa qalxmalıdır”.



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abşeronda üç avtomobil toqquşdu 18 Fevral 2020, 21:44 Dünya Bankının Azərbaycanda məhkəmə islahatlarına dəstək verəcək 18 Fevral 2020, 21:23 “Həmsədrlərin Qarabağ münaqişəsinin həllinə dair səylərini dəstəkləyirik” - Aİ rəsmisi 18 Fevral 2020, 21:06 Prezidentin köməkçisi vəzifəsindən azad edildi 18 Fevral 2020, 20:49 Türkiyədə yenidən güclü zəlzələ oldu 18 Fevral 2020, 20:35 Türkiyə-Azərbaycan matçının yeri və vaxtı açıqlandı 18 Fevral 2020, 20:18 Turizm bələdçiləri üçün müxtəlif dil kursları açılacaq 18 Fevral 2020, 20:03 Baldızını öldürüb, arvadını bıçaqlayan şəxsə hökm oxunub 18 Fevral 2020, 19:56 Gürcüstandan Rusiyaya gedən yeganə yol yenidən bağlandı 18 Fevral 2020, 19:51 Ombudsman Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara bəyanat göndərib 18 Fevral 2020, 19:37 Bəxtiyar Hacıyevdən “Pirr qələbəsi” – 6 məntəqədə nəticələr ləğv edildi 18 Fevral 2020, 19:30 Azərbaycan neftinin qiyməti dəyişdi 18 Fevral 2020, 19:17 MSK: “Videogörüntülərdən görünür ki, orada ən sakit davranan polisdir” 18 Fevral 2020, 19:00 Naxçıvan Qarnizonu Qoşunlarında taktiki-xüsusi təlim keçirilib 18 Fevral 2020, 18:53 9 saylı Binəqədi seçki dairəsində 2 məntəqədə seçki nəticələri ləğv olundu 18 Fevral 2020, 18:40 Şamaxıda zəlzələ olub 18 Fevral 2020, 18:27 MSK 3 dairədən daxil olan şikayətləri geri qaytarıb 18 Fevral 2020, 18:23 Ukrayna parlamentində Xocalı soyqırımı müzakirə olunacaq 18 Fevral 2020, 18:17 Goranboyda icra başçısı yanında Şuranın iclası keçirilib - FOTO 18 Fevral 2020, 18:00 Meşədə əl qumbaraları və partladıcılar tapılıb 18 Fevral 2020, 17:53 32 saylı seçki dairəsində bir sıra məntəqələrdə nəticələr ləğv olundu 18 Fevral 2020, 17:47 MSK katibi əsəbləşdi: “Bu Xalq Cəbhəsinin iclası deyil” 18 Fevral 2020, 17:40 Prezident Gədəbəylə bağlı sərəncam imzaladı 18 Fevral 2020, 17:33 İbrahim Tatlısəs məhkəməyə verdiyi rəqqasədən təzminat alacaq 18 Fevral 2020, 17:28 Məzahir Pənahov: “Müşahidəçilər və KİV nümayəndələri komissiyanın fəaliyyətinə mane olublar” 18 Fevral 2020, 17:22 “Qaçqınkom” Buzovnadakı yanğınla bağlı məlumat yaydı 18 Fevral 2020, 17:16 Bu dairənin nəticələri ləğv oluna bilər - Məzahir Pənahovdan EYHAM 18 Fevral 2020, 17:11 Baş Prokuror Kamran Əliyevə yeni müavin təyin etdi 18 Fevral 2020, 17:04 Razi Nurullayevin qalib olduğu dairədə seçkilər yenidən keçiriləcək? 18 Fevral 2020, 17:00 Zakir Qaralov idarə rəisi təyin etdi 18 Fevral 2020, 16:58 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 18 Fevral 2020, 16:52 Məzahir Pənahov şikayətçilərə müraciət etdi: “Bizim hələ vaxtımız var” 18 Fevral 2020, 16:47 Azercell-dən Azərbaycan kinoindustriyasının inkişafına dəstək 18 Fevral 2020, 16:42 Bakıda tez-tez yanan ticarət mərkəzləri və bazarları -VİDEOXRONİKA 18 Fevral 2020, 16:37 İcra başçısının lider olduğu seçki dairəsi barədə QƏRAR 18 Fevral 2020, 16:34