Modern.az

Mərkəzi Bankda yeni təyinat - FOTO

Mərkəzi Bankda yeni təyinat - FOTO

İqtisadiyyat

Bu gün, 17:08

Azərbaycan Mərkəzi Bankına (AMB) yeni kadr təyinatı olub.

Modern.az xəbər verir ki, Azər Novruzov Mərkəzi Bankın Strateji və Əməliyyat Risklərinin İdarə Edilməsi İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O iyul ayından etibarən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Azər Novruzov 2024-cü ilin mart ayından Mərkəzi Bankda Strateji və Əməliyyat Riskləri üzrə baş mütəxəssis vəzifəsində çalışırdı. Bundan əvvəl o, 2022-ci ilin oktyabrından 2024-cü ilin martınadək ABB-də komanda rəhbəri, 2017-2022-ci illərdə isə Azərbaycan Beynəlxalq Bankında baş mütəxəssis vəzifəsində işləyib.

Azər Novruzov ümumilikdə bank sektorunda 12 ildən artıq iş təcrübəsinə malikdir. (APA)

 

Sizə yeni x var
Keçid et
Türkiyədə dollar rekord həddə çatdı - Azərbaycanı nə gözləyir