Modern.az

Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək - Tarix AÇIQLANDI

Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək - Tarix AÇIQLANDI

Təhsil

19 Avqust 2019, 15:10

Yeni tədris ilində ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqində dəyişiklik olmayacaq. Vahid məktəbli formasının 2020-2021-ci tədris ilindən tətbiqi nəzərdə tutulur. 


Bu barədə Modern.az-a Təhsil Nazirliyinin İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşı Billurə Hacızadə məlumat verib.

Bildirilib ki, Təhsil Nazirliyində qeyd olunan məsələ ilə bağlı İşçı Qrupu yaradılıb. Bununla əlaqədar Bakı Tikiş Evinə müraciət olunub, hazırda müvafiq işlər aparılır, dizaynerlər tərəfindən formaların ilkin variantı hazırlanmaqdadır. Yeni məktəbli formasının dizayn layihəsi ictimai rəyə çıxarılacaq, bu zaman valideyn, müəllim və şagirdlərin rəyinə üstünlük veriləcək. 


Yekun rəydən sonra 2020-2021-ci tədris ilindən ölkənin ümumtəhsil məktəblərində yeni vahid məktəbli forması tətbiq olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?