Modern.az

Bakıda Əməkdar jurnalistin qardaşının evi qarət olundu - FOTOLAR

Bakıda Əməkdar jurnalistin qardaşının evi qarət olundu - FOTOLAR

20 Avqust 2019, 09:38

Əməkdar jurnalist, ATV-nin əməkdaşı Elnarə Dərziyevanın qardaşının evi qarət olunub.

Modern.az xəbər verir ki, bu barədə jurnalist özü "Facebook" hesabında məlumat yayıb. Onun sözlərinə görə, artıq ikinci dəfədir ki, qardaşının evinə oğrular girib: 

“Rayona istirahətə gedirsən və döndüyün zaman belə bir mənzərə ilə rastlaşıb, şok yaşayırsan! Qardaşım Vüqar Dərziyevin evidi. Evi alt-üst edib, qızıl-zinyət əşyalarını oğurlayıblar! Hazırda Binəqədi rayon 6-cı polis bölməsinin əməkdaşları, ekspertiza qrupu buradadı. Artıq 2-ci dəfədir ki, qardaşımın evi qarət olunur. Qonşuların sözlərinə görə, son 3 ay ərzində artıq neçənci evdir ki, yarırlar! Həmkarlardan bu hadisəni ictimailəşdirmələrini xahiş edirəm. Mən bu məsələni belə qoymayacam!”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər