Modern.az

İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI

İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI

Hadisə

20 Avqust 2019, 12:31

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant  Rəşad Saləddin oğlunun Atakişiyevin nəşi tapılıb.

Bu barədə Modern.az saytına pilotun qayınatası Qabil Hüseynli məlumat verib. Onun sözlərinə görə, pilotun bədəninin hissələri deformasiya olunmuş halda tapılıb.

"Əvvəlcə bir ayağı sonra isə təyyarənin gövdəsindəki oturacağında bədəninin digər hissələri aşkar olunub".

Q.Hüseynlinin sözlərinə görə, pilotun oturacağı iki hissəyə parçalansa da, təyyarənin gövdəsində ilişib qalıb və bədən hissələri həmin kabinədən tapılıb.


Bu gün Rəşad Atakişiyevin nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekzpertizadan keçiriləcək.

Sabah saat 10.00-da isə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində vida mərasimi təşkil olunacaq.

Mərhumun sabah dəfn olunması planlaşdırılır... R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.


Müdafiə Nazirliyi bildirib ki, hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.


Rəşad Atakişiyev 1984-cü ilin yanvarın 7-də doğulub. O Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alıb.


Xatırladaq ki, iyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” dünən tapılaraq dənizdən çıxarılıb.

Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.


Rəsmi məlumata görə, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəndə təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşmüşdü.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir