Arxiv
21 Avqust 2019, 12:51 | AKTUAL
“Etibar Əliyev siyasətlə məşğul olmaq istəmədi” - Fazil Mustafa jurnalistlə təhsil ekspertinin davasından DANIŞDI

Jurnalist Eynulla Fətullayevlə təhsil eksperti Etibar Əliyev arasında yaşanan “söz davası” az qala əlbəyaxa davaya çevriləcəkdi. Eynulla Fətullayev Etibar Əliyevə zəng edib onu görüşə çağırsa da, ikinci bunu özünə rəva bilməyib.


“Bir müddət əvvəl məni təhqir etdi. Zəng etdim, söydüm onu və görüş təyin etdim. Bilirdim ki, gəlməyəcək, qorxacaq, çünki həbs təhlükəsi gələn kimi Fazil Mustafanın partiyasına qaçır, həbs təhlükəsi sovuşan kimi Əli Kərimlinin dəstəkçiləri sıralarında peyda olur...
...Etibar bu gün qaçdı əlimdən. Amma onu tapacam. Etibarla üz-üzə gəlmək istəyirəm, amma qorxur, gəlmir… Etibar, sən qorxaqsan!”, - Eynulla Fətullayev yazıb.

 
Qarşı tərəfin E. Fətullayevə cavabı gecikməyib. Jurnalisti “qoçu” adlandıran E. Əliyev bildirib:

“Telefonumna tanımadığım nömrədən zəng gəldi. Təkrar yığan kimi nömrə sahibi əxlaqsız söyüşlər söyməyə başladı. Eynulla idi. İsterik durumunu təsvir etmək mümkün deyildi. Normal insan ayıq başla belə söyüşlər söyə bilməzdi...
...Yazır ki, guya mən onu təhqir etdiyimdən o, məni görüşə çağırıb. Tamamilə yalandır. Kişiliyi də çatmır ki, konfliktin səbəbini düz desin.
Əslində bizim konfliktimiz nədən başlayıb. Bu ermənipərəst simasız vücud statuslarının birində yazmışdı ki, biz Şuşanın verilməsi ilə barışmalıyıq. Mən onun bu sərsəm yazısına cavab verdim. Eynulla bunu şəxsinə təhqir kimi qəbul etmişdi. Yenə də təkrar edirəm, kişiliyi də çatmır ki, konfliktin səbəbini düz desin. Bundan bir müddət sonra statuslarının birində məni təhqir etdi. Mən də onun üslubuna uyğun cavab verdim. 

Dünən də duelə çağırdı məni. Adam hələ də Orta əsrlər təfəkküründə qalıb. Yazır ki, Etibar Əliyev qaçdı əlimdən. Saat 23-də məni duelə çağırıb. Mən belə yaramazdan qorxmaram. Ancaq hüquqi dövlətdə KİV rəhbərinin özünü qoçu kimi aparması heç bir əndazəyə sığmır”.


Modern.az-ın əməkdaşı Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğludan  paylaşımda qeyd olunan iddia ilə bağlı cavab istəyib.

Deputat  deyir ki, hər iki tanınmış şəxs arasında bu cür insidentin yaranmasını istəmir, Etibar Əliyevin partiya ilə yaxınlığı isə həbslə bağlı məsələ deyil:

“Orada qeyd olunan məsələlər bir az fərqlidir. Etibar Əliyev bizim partiyadan deputatlıq üçün namizədliyini vermişdi. Buna görə də partiya sıralarına daxil olmuşdu, yəni həbslə bağlı məsələ deyildi. Onu bilirəm ki, Etibar Əliyev deputat seçkilərində iştirak edəndə,  2010-cu ildə bizim partiyanın üzvü olmuşdu. Ondan sonra siyasətlə məşul olmaq istəmədi deyə, təhsil eksperti kimi fəliyyət göstərdi və partiyadan çıxdı. Başqa məslələr barədə açığı bilgim yoxdur. Heç istəməzdim ki, jurnalistika və təhsil sahəsində tanınmış, istedadlı şəxslər  bir-biri ilə düşmənçilik müstəvisində münasibət  sərgiləsinlər. Ümid edirəm ki, aralarındakı məsələ yoluna düşəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Metroda polis güllələndi 18 Sentyabr 2019, 23:58 Azərbaycan nefti ucuzlaşdı 18 Sentyabr 2019, 23:43 Davudoğlunun daha bir adamı AKP-dən getdi 18 Sentyabr 2019, 23:29 Hökumət hərbi xərcləri artırır 18 Sentyabr 2019, 23:14 “Qalatasaray” heç-heçəyə razılaşdı 18 Sentyabr 2019, 22:56 Yenidən  dollar böhranı yaşanır 18 Sentyabr 2019, 22:42 Bakıda yeniyetmə anasına mesaj yazanı bıçaqladı 18 Sentyabr 2019, 22:30 Federal Ehtiyatlar Sistemindən dollarla bağlı mühüm qərar 18 Sentyabr 2019, 22:16 ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir 18 Sentyabr 2019, 22:00 Hamilə qadın toy günü öldü - FOTO, VİDEO 18 Sentyabr 2019, 21:59 Goranboyda avtomobil qaz kəmərinə çırpıdı: 1000 ev qazsız qaldı 18 Sentyabr 2019, 21:48 Deputat beynəlxalq tədbirdə Qarabağdan danışdı 18 Sentyabr 2019, 21:36 Jurnalist təşkilatı maarafləndirməyə başlayıb 18 Sentyabr 2019, 21:22 Ukraynalı torpaqları azad etmək üçün bütün ölkəni ayağa qaldırdı - FOTO 18 Sentyabr 2019, 21:13 İldırım vurması nəticəsində17 nəfər öldü 18 Sentyabr 2019, 20:47 Polis rəisinin avtomobili partladıldı 18 Sentyabr 2019, 20:30 “Sona qədər mübarizə aparacağıq” - Qurban Qurbanov 18 Sentyabr 2019, 20:16 Şura Şirvan və Xaçmazda təlim keçib - FOTO 18 Sentyabr 2019, 20:02 Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin AÇILIŞINDA 18 Sentyabr 2019, 19:53 Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü 18 Sentyabr 2019, 19:42 Polisi təhqir edən sürücü həbs olunub   18 Sentyabr 2019, 19:36 Ağstafada göl ətrafında raket, mərmi tapılıb 18 Sentyabr 2019, 19:16 Goranboyun başçısı səyyar qəbul keçirdi 18 Sentyabr 2019, 19:02 Politoloq: “Gürcüstanın Ermənistanla da sərhəd problemi var” 18 Sentyabr 2019, 18:57 Əflatun Amaşov Ermənistanın vitse-spikerinə cavab verdi 18 Sentyabr 2019, 18:47 Azercell qalib jurnalistləri mükafatlandırdı 18 Sentyabr 2019, 18:37 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir 18 Sentyabr 2019, 18:26 Çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM 18 Sentyabr 2019, 18:22 Deputat qaliblərlə görüşdü 18 Sentyabr 2019, 18:20 Füzuli Rzaquliyev : “Bu yolu hər bir veteran özünün şərəf yolu sayır” 18 Sentyabr 2019, 18:10 Musiqimizin Məcnunu - Üzeyir Hacıbəylinin doğum günüdür - VİDEO 18 Sentyabr 2019, 18:09 Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi 18 Sentyabr 2019, 18:04 Zakir Həsənov Ordumuzun genişmiqyaslı təlimlərini izlədi - VİDEO 18 Sentyabr 2019, 17:54 Fuad Muradov “Press klub”un ilk qonağı olacaq 18 Sentyabr 2019, 17:47 Qənirə Paşayeva Milli Məclisdə vacib çağırışlar səsləndirdi 18 Sentyabr 2019, 17:42